Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Mənə görə 4-5 milyon dollar rüşvət vermişdilər”¦Â» - 1-ci bölüm

«Mənə görə 4-5 milyon dollar rüşvət vermişdilər”¦Â» - 1-ci bölüm
Bölmə :
Müsahibə
Yayım tarixi :
23/7/2012 [19:19]
Baxılıb :
2252 dəfə
Rəsul Quliyev: «Azərbaycanda demokratiyanı bərpa edəcək siyasi fiqur görmürəm»
«Çe Gevaranın ruhuna and olsun ki, mən 2008-ci ildə və ondan sonra heç zaman və heç yerdə İlham Əliyevi dəstəkləməmişəm»

Bir neçə həftə idi Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevlə üz-üzə müsahibə almağa çalışsam da müxtəlif səbəblərdən istəyim alınmırdı. Tərəfdarları isə suallarımı Rəsul müəllimə yazılı göndərməyimi məsləhət görsələr də, bundan imtina etdim. Çünki belə formatda müsahibdən istədiym sualın cavabını ala bilmirəm. ACP liderinin Skype ünvanını aldım, güman edirdim ki, tezliklə Rəsul Quliyevlə söhbətimiz alınacaq. Amma gözləmədiym halda eks-spiker zənglərimə cavab verilmədi. Nəhayət, Arif Hacılı ilə qalmaqallı müsahibəm təmas qurmağa yardım etdi. Günün birində eks-spiker özü zəng edib müsahibəyə hazır olduğunu söylədi.  

- Rəsul müəllim, Sizinlə bağlı mediada, siyasi dəhlizlərdə söhbət düşəndə daha çox “O, nə zaman qayıdacaq” sualı səslənir. Çünki bu barədə iki dəfə bəyanatınız olub - 2003 və 2005-ci il seçkiləri zamanı, amma qayıtmamısınız. Ona görə söhbətimizi bu sualla başlamaq istəyirəm: Ola bilərmi ki, Azərbaycana qayıtmayasınız, elə ABŞ-dan dəyişikliklərə təkan verən addımların atılmasına dəstək verəsiniz? Yaxud qayıtmağınız dəyişikliklərə kömək edə bilərmi?

- Mənim 18 ildən bəri söylədiyim əsas fikir odur ki, Azərbaycan xalqının gələcəyini ancaq demokratiyada görürəm. 1994-95-ci illərdəki çıxışlarıma baxsanız, görərsiniz ki, yarım demokratiya, yarım diktaturanın mümkünsüzlüyünü daim vurğulamışam. Ya tam demokratiya, ya da tam diktatura olmalıdır. Bu mənada əsas məqsədim Azərbaycanda demokratik cəmiyyətin qurulmasıdır. Ona görə də mənim xaricdə və daxildə olmağımdan asılı olmayaraq bu məqsəd uğrunda mübarizə aparmışam və son günümə qədər də bu mübarizəm davam edəcək. Sözsüz ki, mən xaricdə olsam da, “əlimi yanıma salıb” sakit dayanmamışam, ölkədə demokratik dəyişiklərin baş verməsi üçün çalışıram. Yəni onlarla xarici ölkələrin siyasi liderləri, deputatları ilə təmaslarımda əsas mövzu Azərbaycanda demokratiya məsələsidir. Bilirsiniz, elə-belə “kömək edirəm” deməklə ortalığa bir şey qoymaq da mümkün deyil. Gərək, real köməyi necə etməyin izahı da olmalıdır. Bax, mən görüşlərimdə real köməyin detallarına varıram. Eyni zamanda, gördüyüm bu iş birbaşa Azərbaycana qayıtmağımla bağlıdır. Yəni Azərbaycanda demokratiyanın bərpasından söhbət gedəndə hər bir vətəndaşa yaradılan normal şəraitin vacibliyi qabardılır. 2005-ci il də Azərbaycana dönə bilmədim, artıq 7 il ötüb, bu müddətdə baş verənləri təhlil etmişəm və o zamankı səhvlərimi yenidən təkrar etmək istəmirəm. 

- Səhvləriniz nədən ibarət idi?

- Məsələn, 2005-ci ildə Azərbaycana təyyarə ilə gəlmək istəyirdim. Deməli, birbaşa Bakıya, Frankfurktdan, yaxud Londondan gələn şirkətlərə müraciət etdim, hətta ikisinə bilet də aldım. Ancaq sonradan mənə şirkət rəhbərliyi məlumat verdi ki, Azərbaycan Hava Limanının rəhbərliyi həmin şirkətlərə xəbərdarlıq edib ki, əgər sərnişinlər içərisində Rəsul Quliyev olsa, təyyarəni qəbul etməyəcəklər. Belə olanda, məcbur olub təyyarə ya Rusiyada, ya Gürcüstanda, ya da Türkiyədə enməlidir, o da baxır həmin dövlətlərin icazəsinə. Bu, mənim üçün çox gözlənilməz oldu. Ona görə birbaşa resylə gəlməyi nəzərdə tutdum və məsələ ondadır ki, bununla nəyəsə nail olmaq olardı, amma hakimiyyət yenə təyyarənin hava limanına enməsinə icazə vermədi. Bunun nəticəsində məni 3 gün Simferopolda saxladılar. Həmin 3 günlük həbs zamanı Azərbaycan hakimiyyətinin mənim qayıtmağımı istəmədiyini gördüm. Çünki vəkilim Osman Kazımov Bakıdan gələn Respublika Prokurorluğunun rəsmilərinə dedi ki, buyurun, bu da Rəsul Quliyev, aparın da, arxasınca gəlməmisiniz?! Onlar and-aman edirdilər ki, yox, elə şey ola bilməz. Bizə deyiblər ki, gedin nə edirsinizsə edin, Rəsul Quliyev 40 gün orda qalsın. 

- Həmin rəsmilərin kimliklərini deyə bilərsinizmi?

- Doğrusu adlarını yadda saxlamamışam. Ancaq respublika prokurorluğunun müavinlik səviyyəsində olan rəsmiləri idi, Osman müəllim daha yaxşı bilər. Hətta Simferopol hüquq-mühafizə orqanlarına 4-5 milyon dollar rüşvət də vermişdilər ki, məni deyilən müddətdə saxlasınlar, amma bu istəkləri baş tutmadı, üç gün sonra azad olundum. Deməli, həmin məqamda təyyarədən istifadə etmək səhv olmasa da, amma qarşısı tez alınacaq addım idi. Yəni istənilən zaman təyyarənin hava limanına enməsinin qarşısını almaq mümkündür. Çünki sən zorla hava limanına enə bilməzsən. Ona görə başqa vasitələrdən istifadə etmək lazımdır.

- Konkretləşdirmək olarmı hansı yollardan?

- Üzr istəyirəm, bu məsələni konkretləşdirə bilməyəcəyəm. 

- O zaman Azərbaycana qayıtmaq planınız qalır, ancaq təyyarə ilə deyil?

- Yox, təyyarə ilə də ola bilər. Mən demədim ki, mümkün deyil, mən bu variantın qarşısının alınmasının mümkünlüyünü vurğuladım. Ancaq təyyarə ilə elə qayıda bilərəm ki, qarşısını ala bilməzlər. Yəni təyyarənin içində kimlərin olmasından heç xəbərləri də olmaz, bu da mümkündür. Ona görə mən Azərbaycana sözsüz ki, gəlmək istəyirəm. Çünki mən vətənimdə demokratiyanın bərpasını istəyirəm, əsas məqsədim bundan ibarətdir. Məsələ ondadır ki, mən Azərbaycanda demokratiyanı bərpa edəcək siyasi fiqur görmürəm.

- Müxalifət liderlərindən İsa Qəmbər və Əli Kərimlidə bu potensial yoxdurmu?

- Kimin adını çəkirsiniz çəkin, amma belə bir fiqur görmürəm. Kiminsə adını çəkirsinizsə, bunu Siz xatırladırsınız. Mən İsa Qəmbəri ayırmaq istəmirəm və düşünmürəm ki, o, xüsusi qeyd olunmalı fiqurdur. 

- Siz demokratiyanın bərpa olunmasını əsas məqsədiniz hesab etdiniz. Ancaq 2003 və 2005-ci il seçkilərinə yanaşmanızla, 2008-ci il seçkilərindəki mövqeyiniz arasında fərq böyükdür. Yəni seçkilərə münasibətdə 180 dərəcə mövqe dəyişikliyi olub. Konkret olaraq, sonuncu prezident seçkilərində İlham Əliyevi dəstəklədiniz, amma bunun qarşılığında hakimiyyət Sizi Azərbaycana buraxmadı. Xahiş edirəm, bu məsələlərə münasibət bildirəsiniz...

- (Geyindiyim köynəyin üstündəki Çe Gevaranın rəsmini göstərib). Natiq müəllim, əyninizə geydiyiniz köynəyin üstündəki Çe Gevaranın ruhuna and olsun ki, mən 2008-ci ildə və ondan sonra heç zaman və heç yerdə İlham Əliyevi dəstəkləməmişəm. Əlbəttə, Çe Gevaranın adını zarafat olaraq xatırlatdım, amma ciddi şəkildə deyirəm, bu belədir! Mənim adımdan heç bir dəstək olmayıb.

- Axı ACP-nin o zamankı sədri Akif Şahbazov 2008-ci il seçkilərində hakimiyyətin namizədini dəstəkləmək bəyanatıyla çıxış etdi və Siz tərəfdən də etiraz olmadı...

- Bir dəqiqə, Akif Şahbazov, yaxud partiya belə bir bəyanat verdi və Rəsul Quliyev nəsə dedi, bunların arasında həddən artıq böyük bir fərq var. 

- Bu fərq nədən ibarətdir?

- Fərq ondan ibarətdir ki, əgər bu işin təşəbbüskarı mənəmsə, bəyanatı da mən verməliyəm. İkinci, İlham Əliyevə Akif Şahbazovun bəyanatı lazım deyil, hakimiyyətə mənim hər hansı xoş sözüm daha böyük təsir bağışlayar, nəinki kiminsə dəstəyi. Həmin xoş sözü də mən heç zaman deməmişəm və deyə də bilmərəm. Ola bilər ki, partiya “onsuz da mənası yoxdur” deyib hansısa addım atsın və mən də “bu Sizin şəxsi işinizdir” söyləyə bilərəm. Hətta indi də partiya oxşar addım atsa, həmin fikri işlədərəm, amma mənim hakimiyyətə münasibətim məlumdur.  

- Ancaq partiyanın lideri Sizsiniz...

- Bir daha deyirəm, elə partiyanın lideri kimi 2008-ci ildə mən mövcud hakimiyyətin namizədini dəstəkləməmişəm. Partiyanın belə təşəbbüsdə bulunmasını da özümə qəbul etmirəm. Bir nəfər tapa bilməzsiniz ki, mən ona partiyaya belə bir tapşırıq verməyimi təsdiqləsin. Mən sualınızı bundan artıq izah edə bilməyəcəm. 

- Aydındır, ancaq müəyyən fasilədən sonra və 2013-cü il seçkilərinə 1 il qalmış yenidən fəallaşmanızı bəzi təhlilçilər hakimiyyətdəki müəyyən qrupun layihəsi ilə bağlayırlar. Yəni Rəsul Quliyev ənənəvi müxalifəti zəiflətmək üçün bir layihədir, bu barədə nə deyə bilərsiniz?

- O qədər absurd və gülünc fikirdir ki, münasibət bildirməyə ehtiyac duymuram. Doğrudanmı, Azərbaycanda belə düşünən təhlilçilər də var, inanmaq istəməzdim. 

- Rəsul müəllim, adətən, Sizin siyasi fəaliyyətinizi xarakterizə edərkən iki amili qabardırlar: maliyyə və regionçuluq, məsələn, ADP sədri olarkən partiya rəhbərliyinin əksər funksionerləri eyni regiondan idilər, bu gün ACP-nin sədri həmin bölgədəndir. Maliyyəyə gəldikdə isə, imkanlı olduğunuz üçün ətrafınızda adamlar var deyə, bildirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Hər ikisi ittiham deyil, nə adlandıraq ki, düz gəlsin?! 

- Necə istəyirsiniz adlandırın...

- Yox, mən sadəcə, izah etməyə söz tapmıram. Ona görə ittiham hesab etmirəm ki, belə şey də ola bilər. Yəni məni naxçıvanlılar dəstəkləyir, yaxud maliyyə imkanım var, bu, elə bir şey deyil, yəni ittiham ola bilməz. Sözdür, deyilir də. Amma hər iki fikir düz deyil. 

- Arqumentləriniz nədir? 

- Birinci, maliyyədən başlayaq, gərək maliyyənin sahibi imkanını bilsin, düzdürmü? Təkcə, filankəsin pulu var deməklə, nəsə dəyişmir axı. Bax, maliyyənin sahibi kimi mən deyirəm ki, 100 faiz o yoxdur (gülür). İkinci, yalnız mən yox, yerli və xarici media da, beynəlxalq təşkilatların hesabatlarında da indiki rejim korrupsioner adlandırılır. Fikirlərini əsaslandırmaq üçün bildirirlər ki, gündə 1 milyon barel neft çıxır və bunu hesablayanda görürlər ki, gəlir azdır. Arada qalan fərq hakimiyyətdəkilərin cibinə gedir. İndi mənim haqqımda da deyirlər...

- Bəli deyirlər, konkret olaraq, REAL sədri İlqar Məmmədov Sizi ən böyük korrupsioner adlandırır...

- Doğrusu, mən bu İlqar Məmmədovu tanımıram...

- O, vaxtilə AMİP sədri Etibar Məmmədovun müavini olub...

- Bilirəm, haqqımda danışandan sonra soruşdum ki, İlqar Məmmədov kimdir? Doğrusu, mən onu tanımıram, birdən-birə düşdü ortalığa. Bilirsiniz, normal ölkə olsa, səni korrupsioner adlandıran haqqında məhkəmə iddiası qaldırıb onu məhşər ayağına çəkərsən. Ki, nə vaxt və necə olduğunu sübut et. İndiki hakimiyyətin korrupsioner olması aydındır. Gələk mənə, Azərbaycan 1991-ci ildə müstəqil olub və mən o zaman iş adamı olmamışam. 1996-cı ilə qədər, yəni mən ölkəni tərk edənə kimi Azərbaycandan 1 barel neft eksport olunmayıb və yalnız daxildə satılıb. Bir nəfər də Rəsul Quliyevə rüşvət verdiyini deyə bilməz. Yaxud başqa bir nəfər də iddia edə bilməz ki, Rəsul Quliyev nəyisə satıb və ondan öz cibinə qoyub. Ona görə bu cür bəyanatlara necə cavab verə bilərsən, əgər müstəqil məhkəmə yoxdursa, bunun qarşısını necə almaq olmaq mümkündür? Güman ki, hakimiyyət onun kimilərinin açıqlamasından mənə qarşı istifadə edir. Deyirlər ki, get ağzına gələni de, o, da danışır. Halbuki, onun danışdıqları sübuta əsaslanmayan bir şeydir. Bu mənada mənim rüşvət və korrupsiya əsasında olan maliyyəm heç zaman olmayıb və bu gün də yoxdur. Mənim 3-5 manat pulum olanda da, kimisə müalicəyə, ya da təhsil almağa göndərmişəm. Demək istəyirəm, özümün pulu olmayıb.

- O zaman ABŞ kimi dövlətdə necə yaşayırsınız?

- Bilirsiniz, mənim var-dövlətim beynimdədir və əvvəllər də beynimin hesabına yaşamışam. Bunun da qarşısını heç kim ala bilməz. 

- Necə yəni beynin hesabına, bəlkə bunu açıqlayasınız?

- Məsələn, hər hansı firma, fond, yaxud şirkət müəyyən ölkənin siyasi-iqtisadi analizini istəyir, tövsiyə səviyyəsində, tutaq ki, filan işi aparmaq üçün. Bax, mən analizlərim hesabına yaşayışımı təmin edirəm. Ümumiyyətlə, mən ömrüm boyu beynimin hesabına yaşamışam. İndi nə edək ki, Allah da mənə bunu verib?! Beyin də elə-belə olmur axı, gərək gündə 150-200 səhifə nəsə oxuyasan, əziyyət çəkəsən ki, həmişə formada olsun. 

- Söhbət beyindən, oxumaqdan düşdüsə, Sizə ünvanlanan qüsurlardan birini xatırladım. Bildirilir ki, Rəsul Quliyev 15 ildən çoxdur Amerikadır, ancaq ingilis dilini hələ də öyrənməyib. Cavabınızı bilmək istərdim...

- Ümumiyyətlə, 50 yaşdan sonra başqa dili öyrənmək çox çətindir. İkincisi, bir sıra insanlar ikinci dili öyrənə bilmir. Amma bu amil həmin adamın yaradıcı olmaması düşüncəsinə rəvac verə bilməz. Üçüncüsü, mən senatorlarla, konqresmenlərlə və başqa diplomatlarla apardığım danışıqlarda ingiliscə danışıram. İnanın, mənim tərcüməçim yoxdur, amma öyrənməyə də bilərdim. Mənim nəvələrimdən biri, yanında istənilən dildə danışdıqda, tez onu götürür, o biri nəvəm isə bir dil bilir, başqa dili qavraya bilmir. Bu, beynin xüsusiyyətidir, çox dil bilmək insanın ağlını xarakterizə etmir. Əgər çox dil bilmək ağıllı olmağı xarakterizə etsəydi, o zaman 5-10 dil bilənlər ən ağıllı adamlar olardı. 

- Maliyyə ilə bağlı ittihamlar sırasında uzun müddət mətbuatda təbliğatçınız olmuş Elnur Məhərrəmlinin Sizi xəsislikdə ittiham etməsini necə izah edərdiniz?

- Bu suala bilmirəm necə cavab verim. Mən heç zaman xəsis olmamışam, hardasa oturub çörək yemişiksə, hesabı özüm ödəmişəm, araşdıra bilərsiniz (xeyli gülür).

- Bəs Elnur Məhərrəmli niyə belə deyir? 

- Nəyə lazım onu salmısınız ortalığa, indi o, istəyir ki, mənə görə bir balaca reklam olunsun, Siz də bu işi görmək istəyirsiniz?

- O zaman yuxarıda regionçuluqla bağlı səsləndirdiyim sualıma qayıdaq. Hansı səbəbdən Sizin son illərdə rəhbərlik etdiyiniz partiyaların rəhbərliyində daha çox naxçıvanlılardır?

(Müsahibənin davamını oxumaq üçün keçid...)

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]