Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Yatırımlarda dövlət başçılarının payları olur»

«Yatırımlarda dövlət başçılarının payları olur»
Bölmə :
Müsahibə
Yayım tarixi :
21/7/2012 [12:58]
Baxılıb :
2995 dəfə
Tanınmış iqtisadçı ARDNŞ-ın Moteneqroda və İseçrədəki əməliyyatlarını «Bizim Yol»a şərh edib
İlham Şaban: «Azərbaycanda ofşor şirkətlərlə işləmək daha geniş vüsət alıb»

Son günlər Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ətrafında gedən proseslər mətbuatın əsas gündəminə çevrilib. Şirkətin Monteneqroda ada alaraq, turizm sektorunda böyük vəsait yatıracağı, daha sonra İsveçrədə iri əməliyyatlara baş vurması 

cavabsız suallar yaradıb: ARDNŞ-in xaricdə yatırdığı sərmayələrin aqibəti necə olur? Onların gəlirliyi, cəlb olunan şirkətlər barədə məlumatların şəffaflığı təmin olunurmu? Bu kimi suallara aydınlıq gətirmək üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbət etdik.

- İlham bəy, ARNDŞ-ın və onun törəmə şirkətlərinin xaricdə yatırdığı sərmayələrin şəffaflığı nə dərəcədə təmin olunur?

- Bunu Dövlət Neft Şirkətinin hesabatlarında axtarmaq lazımdır. 2010-cu ilin hesabatında SOCAR və törəmə şirkətlər haqqında cədvəl yerləşdirilib. Cədvəldə törəmə şirkətlərin gəlirləri, mənfəəti və Dövlət Neft Şirkətinin onlarda payı haqqında məlumat verilir. Əvvəlki illərin hesabatında belə bir şey yox idi. İndiki hesabat irəliyə doğru atılmış bir addımdır. Amma ARDNŞ-i «bp» şirkəti ilə müqayisə etdikdə, çatışmazlıqlar çoxdur. «Bp» Azərbaycanlı bağlı davamlı inkişaf adlı hesabat hazırlayır. Onun qeyri-hökukmət təşkilatları ilə birgə təqdimatını həyata keçirirlər, geniş ictimaiyyətə təqdim edirlər. Doğrudur, demirəm ki, ingilis şirkətinin həmin hesabatları idealdır, verdiymiz təkliflər növbəti illərdə yenə də öz əksini tapmır. 
Amma Dövlət Neft Şirkətində vəziyyət başqa cürdür. Onlara sual olunanda ki, nə üçün hesabatlar növbəti ilin sonunda açıqlanır. Cavab verirlər ki, 22 struktur var və onların hamısının audit olunub hesabatlarını cəmləşdirmək xeyli zaman alır. O zaman ortaya sual çıxır; bu qədər struktur nəyə lazımdır. Deməli islahatlara ehtiyac var. Məsələn, «bp»-də qazma təşkilatı yoxdur, servis kimi müqavilə bağlayır. Amma Dövlət Neft Şirkətinin həm özünün qazma idarədəri, həm də də birgə müəssisələr olaraq törəmə şirkətləri var. Yəni qurumda bir-birini təkrarlayan strukturlar çoxdur. ARDNŞ hələ ki, sona kimi formalaşmayıb.
Müsbət cəhətlərdən biri odur ki, bu il aprel ayından Dövlət Neft Şirkəti konfrans keçirərkən, ilk dəfə gəlirləri, xərcləri və mənfəəti barədə məlumat verdi.

- Qurum xaricdə nə qədər sərmayə qoyulması və nə qədər gəlir əldə edilməsi barədə həmin hesabatda məlumat yerləşrilibmi?

- 2010-cu ilin hesabatında ARDNŞ ilk dəfə olaraq Türkiyə və Gürcüstanda nə qədər sərmayə yatırrması, xərcləməsi və mənfəət əldə olunması barədə audit olunmuş məlumatı yerləşdirib. Gürcüstanda mənfəət çoxdur. Bu ölkəyə birbaşa 685 milyon dollar sərmayə qoyulub. Türkiyədə isə mənfəət, əsasən, 2013-cü ildən gələcək. Çünki bu ölkədə hələ ki, yatırımlar qoyulur. Türkiyə və Gürcüstan cəmiyyəti bu sahədə şəffafdır. Düşünürəm ki, Avropadakı yatırımlarda da şəffaflıq təmin olunmalıdır. Bunlar Azərbaycanda kənarda daha sivill işləyirlər. 

- ARDNŞ-ın törəmə şirkətləri olan SOCAR Trading SA, SOCAR Energy və SOCAR Black Sea barədə qalmaqal yarandı. Sizcə bu şirkətlərin fəaliyyətində qaranlıq məqamlar nədən ibarətdir?

- Bu qalmaqalla bağlı Dövlət Neft Şirkəti öz saytında açıqlama yaydı. Əslində, törəmə şirkətlərdəolan hər bir dəyişilik barədə öncədən xəbər verməli idi. O zaman belə qalmaqallara yer qalmazdı. Mən ilk dəfə xəbəri oxuyanda təəccüblənmişdim. Çünki sorğu nəticəsində adları öyrənilən şəxslr Dölvət Neft Şirkətində idarə rəisləri idi. Onlar da İdarə Heyətinin üzvləri çıxdı. Əgər SOCAR Tradingin saytında idarə heyətinin üzvlərinin adları verilsəydi, o zaman jurnalistləri narahat edən belə məsələlər ortaya çıxmaz. SOCAR Trading-in dövriyyəsində Azərbaycan neftinin payı heç 20 faiz deyil.

- Bəs, nefti hardan almağa üstünlük verirlər?

- Onlar dünya birjasından müxtəlif ölkələrin neftini alıb və satırlar. Əsasən, üçüncü neft ölkələrinin məhsulları ilə ticarət edirlər. Qolovuşkinin 2011-ci ilin nəticələrinə dair müsahibəsində bildirmişdi ki, 30 milyard dollarlıq dövriyyələri var. 2010-cu ildə isə 19 milyard dollar olub.

- Burada mənfəət göstərilirmi?

- Treydinq şirkətlərində mənfəət çox cüzi olur. Onlar satışdan deyil, əsasən daşınmadan və neft satışındakı faizdən mənfəət əldə edir. 30 milyardlıq dövriyyənin 5 faizlik mənfəəti olubsa, bu böyük məbləğdir. Düşünürəm ki, bu rəqəm heç 5 faiz də deyil, ondan da aşağı olar. Bütün treyd şirkətlərində dövriyyədən olan gəlir 2-3 faiz arasındadır.
Sadəcə olaraq, problemin kökündə duran məsələ ictimaiyyəti daim məlumatlandırmamaqdır. Məsələn, Dövlət Neft Şirkəti hasilatın pay bölgüsü sazişlərində operator dəyişir, amma bununla bağlı heç br məlumat vermir. Ona görə də fəaliyyət çox qeyri-şəffaf şəkildədir. ARDNŞ-in saytında hasilatın pay bölgüsü sazişlərinə baxsaq, imzalanan müddətində olan məlumatlardır. Halbuki, ondan sonra nə qədər alqı-satqı prosesləri olub. Yeni bağlanan müqavilələr barədə heç bir xəbər qoyulmur.

- Təsisçilər sırasında «Supra Holinq Limited» və «ROSSİM» şirkətləriinin adları çəkilir. Bu şirkətlərə kimlərə məxsusdur?

- «Supra Holdinq Limited»in təsisçilərindən biri Dövlət Neft Şirkətidir və 50 faiz paya malikdir. Özü də Maltada qeydiyyatdan keçib.

- Bildiyimə görə, Malta ofşor zonadır.

- Bəli.

- Dövlət Neft Şirkətinə məxsus treydinq şirkətlərin ofşor zonada qeydiyyatdan keçirməyə nədən üstünlük verirlər?

- 2008-ci ildə sonra Rusiya və Qazaxıstanda parlament səviyyəsində qanun qəbul edildi. Qanuna görə, ofşor zonlarada qeydiyyatdan keçən şirkətlərlə dövlətin müqavilə bağlaması qadağan edildi. Azərbaycanda isə ofşor şirkətlərlə işləmək daha geniş vüsət alıb. Hökumət bunu maliyyə məsələrinin daha tez həyata keçirilməsi ilə əlaqələndirir. Bu qədər hesablaşmaların olduğu bir vaxtda hökumətin bu siyasətinin mənası nədir? Tutaq ki, orada faizlər çox kiçikdir. O zaman hökumət də daxildə faizləri aşağı salsın, daha çox kapital cəlb etsin.

- SOCAR, adları göstərilən şəxslərin İdarə Heyətində təmsil olunduqlarını göstərir. Sizcə, treydinq şirkətlərdə İdarə Heyətlərinin üzvləri necə seçilməlidir?

- Əlbəttə, Dövlət Neft Şirkətində rəhbər vəzifələrdə çalışan şəxslər oturmalıdır. Dövlət şirkəti törəmə şirkət yaradarısa, İdarə Heyətində idarə rəisləri, vitse-prezidentlər olmalıdır. Hansı ki, bu sahəyə cavabdehdirlər. Necə ki, Rövnəq Abdullayev, Vaqif Əliyev, Adnan Əhmədzadə kimi məsul şəxslər təmsil olunurlar.

- ARDNŞ Montoneqroda turizm sektoruna səramayə qoyacaq. Qeyri-neft sektoruna investisya qoymaq effekt verəckmi? 

- Rövnəq Abdullayevin açıqlaması real göstəricidir. Demişdi ki, «Biz Azərbaycan iqtisadiyyatının lokomativiyik. Ona görə də, sərmayə qoyaraq alacağıq. Amma işlətməyəcəyik. Turizm sektorunda çalışan şirkətlərə verəcəyik». Mənim üçün bunun mexanizmi, ARDNŞ yatıracağı 258 milyon avro, onun şirkətlərdə sonrakı qarşılıqlı münasibətləri və sair məsələlər aydın deyil.
Bu vəsaiti neçə ilə çıxaracağı aydınlaşmalıdır. Ola blisin ki, Dövlət Neft Şirkəti peşkəş etsin. Bilirsinizi niyə? ARDNŞ Azərbaycan Mərkəzi Bankından, büdcədən nizamnamə kapitalının artırılması ilə bağlı həm kredit, həm də yardım alır. Onun geri qaytarılmasının müqabilində turizm adasına yatırılan pul silinə bilər. Mexanizmlər cəmiyyətə açıqlanmadıqca, bu tip şübhələr artır, hər kəs korrupsiya elementlərini axtarmağa çalışır.

- Belə çıxır ki, ARDNŞ yatırım qoyub, dövlət pulunu siləcək, sonrada hansısa turizm şirkətinin dövriyyəsinə veriləcək. Müqavilə şərtləri buna nə dərəcədə imkan verir?

- Kommersiya sazişlərində bütün qazan öz əksini tapmalıdır ki, belə suallar ortaya çıxmasın. Monteneqro hökuməti mənfəətini göstərib ki, illik 5 faiz olmalıdır. Bəs, ARDNŞ-in mənfəəti nə olacaq? Biz kommersiya müqaviləsi bağlamışıq, ola bilsin ki, zərərlə işləsinlər. Hələ ki, hökumət cəmiyyət qarşısında məsuliyyətini yetərincə qiymətləndirmir, hesabat verməyi dərk etmir. Tutaq ki, ARDNŞ sərmayəni qoysun, sonra da hansısa turist şirkətinə versin. Bu, dövlət büdcəsindən, vergi ödəyicilərindən yararlanmış vəsaitdir. Və büdcəyə qayıtmalıdır. Əgər vəsait nəzərdə tutulduğu kimi büdcəyə qayıtmırsa, buna kim məsuliyyət daşımalı, kim cavab verməlidir? Əgər nəzərədə tutulan gəlir əldə olunmursa, 100 faiz özəlləşdirilməyə çıxarılmalıdır. Beləliklə, kommersiya baxımdan rentabelli layihələr yol açmış olursan. Əks təqdirdə dövlətin vəsaiti beləcə xərclənəcək. Necə ki, Bakı-Tiflis-Qars layihəsi daşa dirənib. Layihənin müddəti 2014-cü ilə kimi uzadıldı.

- Prosesə cəlb olunacaq şirkətlər şübhələrə yol aça bilər. Yəni onların hansı məmura məxsus olması istiqamətində araşdırmalar aparılacaq”¦

- Ümumiyyətlə, xarici ölkələrdə qoyulan yatırımlarda həmin dövlətin «bos»larının payı olur. Məsələn, Gürcüstanda Saakaşvilinin, Türkiyədə Ərdoğanın payı var. Sizcə, İsveçrənin prezidentinin üç dəfə Azərbaycana səfərinin məqsədi nə idi? Onlara yaxın şirkətlər bu layihələrdə müəyyən paylar alırlar. Bu, əslində, normaldır və rüşvət kimi saymaq olmaz.
Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]