Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Nəslimiz məhvə doğru gedir”

“Nəslimiz məhvə doğru gedir”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/5/2013 [10:22]
Baxılıb :
887 dəfə
“Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin sədri vəziyyətdən çıxış yollarını təklif edir

Məlumat verdiyimiz kimi, autizm xəstəliyinə düçar olan uşaqlar dövlət qayğısına ehtiyacı olan təbəqədən sayılırlar. Belə uşaqların sosial adaptasiyası, cəmiyyətə inteqrasiya olunması, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi və bu məqsədlə onların valideynlərinin maarifləndirilməsi pedaqoq və psixoloqların diqqət mərkəzindədir.

“Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Məmmədli ilə autizm xəstələrinin yaşayış durumu: gerçəkliklər və problemlər mövzusunda söhbətimizi davam etdiririk: “Gördüyümüz və görəcəyimiz işləri müvafiq dövlət qurumları ilə əlaqəsiz etmirik, müraciət və başqa şəkildə olsa da, məlumat veririk. Şükürlər olsun ki, dövlət bu xəstələrlə bağlı düşünür. Bu dövlət üçün elə də ağır problem olmamlıdır. Biz bir qeyri-hökumət təşkilatı olaraq dövləti maraqlandıra bilmişik. Autizm xəstələrinin problemi gündəmdədir. Bizdə olan məlumata görə, dövlət səviyyəsində bu məsələnin həlli gözlənilir”.

Təhsil problemi

Çiçək Məmmədli deyir ki, autizm sindromundan əziyyət çəkən uşaqların təhsil almaq problemi var: “Təəssüflər olsun ki, yardımçı məktəblərin sayı azdır. Autizmlə bağlı bir problem də yaşanır, o da ki bu sahə ilə bağlı ixtisaslaşmış müəllim heyyətinin olmamasıdır. Yəni mütəxəssis lazımdır ki, uşaqlarla məşğul olsun. 


Autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün baxça da yoxdur. Hazırda bu xəstəliyi olan uşaqaların təhsil problemi var. Bu problemin həll olunması vaxtı çatmışdır. Demək olar ki, təhsildə, təlimdə, tərbiyədə kənarda qalırlar. Biz qeyri-hökumət təşkilatıyıq, şəraitimiz və imkanımız yetərincə deyil ki, autizm sindromu olan xəstələr üçün xidməti daimi olaraq təşkil edək. Hardansa, qrantlar, layihələr olan zaman xidmət göstərmək üçün imkan yaranır.

Autizm xəstləri üçün xüsusi məktəblər olmalıdır. Xarici ölkələrdə autizm xəstələrinin problemi və onun həlli yolu ilə maraqlanmışam. Həlli yolu üçün təcrübələr var. Məsələn, uzağa getməyək, Antalydakı autizm məktəbindən danışım sizə. Bu məktəblə hazırda da əlaqəm var. Bax həmin təhsil ocağında 4 azərbaycanlı ailənin uşağı da təhsil alır. Heç onların bura gəlmək fikri də yoxdur, ta ki ölkəmizdə bu şərait yarananadək.

Onu da qeyd edim ki, Antaliydakı məktəb iki xeyriyyəçi tərəfindən tikilib dövlətə təhvil verilib. Hazırda məktəb dövlətin nəzarətindədir. Bu mətəbdə sırf autizm sahəsi üzrə ixtisaslaşmış şəxslər, müəllimlər fəaliyyət göstərirlər. Xəstələr cəmiyyətdən təcrid olunmurlar, kənarlarda xüsusi reabiltasiya mərkəzləri var ki, onlar autizm sindromundan əziyyət çəkən uşaqların cəmiyyətə reabiltasiya işini görür. Məktəbdə saat 09.00-da uşaqları qəbul edib, saat 18.00-da valideynlərinə təhvil verirlər. Məktəbin xüsusi maşrutları var, təlim keçirlər, peşə öyrədirlər. Hətta 3 ay tətil müddətində onlar tədris zamanı öyrəndiklərinin praktikasını təşkil edirlər. Bir müəllim bir siniflə, ya da iki siniflə məşğul olur. Ordan olan video görüntülər məndə var. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət elədim. Cavab oldu ki, guya bu məktəb autizm xəstələrinin cəmiyyətdən təcrid olunmasıdır. Xeyir! Bu belə deyil, sadəcə onlar bu məktəbin işini anlamadılar, ya da anlamamazlıqdan gədilər”.

Səhiyyə problemi

Müsahibimiz autizm xəstələrimizin müayinə və müalicə məsələsindən narazılığını da ifadə etdi: “Autizm xəstəsi olanların 90 faizinin bezə ehtiyacı var. Xarici ölkələrdə bu xəstələrə dərmanla bərabər, bez təminatı da olur. Ancaq bizdə bu təminat yoxdur. 6 ayda nələr yaşamışam, bunu bir mən bilirəm. Müvafiq hökumət və özəl təşkilatlar öz maraqlarını güdürlər. Mən özəl təşkilatlarla 2, 3, ya da 4 ay müavilə bağlayaraq, autizm xəstələrinin bez təminatı məsələsinin həllinə çalışmışam.

Səhiyyəmizdə bir porblem də diaqnozla bağlıdır. Belə ki, bu xəstələrə autizm diaqnozunu 6-7 yaşında qoyurlar. Bu vaxta qədər demirlər. Bu isə geçikmiş forma olur. Yəni autizm xəstəsi olacaq uşağın normal insan kimi böyüməsi, inkişafı üçün mümkün imkanlar da əldən çıxmış olur. Xarici ölkələrdə uşağın psixoloji inkişafı doğuş günündən başlayaraq yoxlanılır. Bir balaca geriləmə olan kimi valideynə məlumat verilir. Bizdə isə uşaq yoxlanılmadan, hamısına peyvənd vurulur, nevroloji xəstə olan uşağa peyvəndin vurulması arzuolunmazdır. Buna baxmayaraq doğulan kimi uşağı yoxlamadan heyvan kimi hamısını iynələyirlər. Nevro-psixoloji sindromlu uşaqların yoxlanılmadan, araşdırılmadan iynələnməsi düzgün deyil. Nəsil yox olub gedir, yəni nəslimizin sonuna gedirik.

Mən demək istəmirəm ki, peyvənd ləğv olunsun, deyirəm öncə müayinə olunsun, sonra peyvənd olsun. Buna da heç bir polikinkada riayət eləyən yoxdur. İndi nəinki, uşaq polikilinkalarında uşaq psixoloji mərkəzləri var, heç ixtisaslamış şəxs üçün bir otaq belə ayrılmayıb. Bu barədə Səhiyyə Nazirliyinə müraciət etmişəm, ancaq heç bir nəticəsi olmadı. Ya başa düşməməzlikdən irəli gəlir müraciətimin nəticəsiz qalması, ya da ki, bilərəkdən nəslimiz məhvə doğru aparılır. Ümumi işmizin xeyrinədir ki, bu barədə maarifləndirmə işini, tədbirləri görək.

Azdan-çoxdan bu barədə biz iş görürük, məsələni qaldırırıq. Yeri gəlmişkən deyim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə layihəmiz də oldu. Autizm maarifləndirmə layihəsində bu problemi da qabartdıq. Yəni pulsuz olaraq həm səhiyyə işçilərini, həm də autizm sindromundan əziyyət çəkən xəstələrin valideynlərini maarifləndirdik. Sadəcə xəstələrimizə biganədirlər. Ona görə də xəstələrimizin valideynləri ölkəni tərk edirlər. Uşaqları ilə birlikdə ölkə vətəndaşlığından çıxırlar”.

Qanun qəbul edilərsə...

Çiçək Məmmədli bildirir ki, autizm xəstələri ilə bağlı qanunverici sənəd yoxdur: “Mənim də autizm xəstəliyindən əziyyət çəkən uşağım var. Bu xəstəliyin qanuni sənəd olması üçün 17 maddədən ibarət müraciət də hazırlayıb Milli Məclisə göndərdim. Ancaq bu müraciətə parlamentdə baxılmadı. Eşitdiyimə görə, bu günlərdə autizmlə bağlı qanun layihəsi hazırlanıb. Ola bilsin, qanun qəbul edilsin. Hazırda məsələ gündəmdədir. Qanun qəbul edilsə, dövlət qayğısı da olacaq. Autizm xəstəliyi ilə bağlı mərkəz yardılmalıdır. Xarici ölkələrdən mütəxəssislər dövlət tərəfindən dəvət olunsunlar.

Autizm xəstələrinin istirahəti və reabiltasiyası üçün problemlər var. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdim. Müraciətimə cavab olaraq bildirdilər ki, autizm xəstələri üçün ayrılmış yerləri yoxdur. Təhsil Nazirliyinin tabeliyində, Mərdəkanda yerləşən bu cür xəstələr üçün nəzərdə tutulmuş sanatoriya var. Təəssüf ki, xidmət pulludur. Valideynlə uşağın bir günü üçün 30 manatdır. Valideyinin isə buna gücü çatmır. Necə dövlət müəssəsidir ki, mən ora bir valideyni pulsuz göndərə bilmirəm? Valideynlərin olan-qalan pullarını uşaqları üçün gərək olan dərmanlara, mülicəyə veririlər”.

Xatırlatma

Autizm sindromu - uşaqlarda əqli və psixoliji problemdir: “Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1000 adama bir, ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur.

Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artıb. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir, gerçək prevalansın artıb-artmadığı aydın deyil. Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış, ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqları qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda buna müvəffəq ola bilməkdədir.

Dünyada təxminən 60-70 milyon nəfər bu xəstəlikdən əziyyət çəkir. “Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin araşdırmalarına görə, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların sayı təxminən 4 minə çatmaq üzrədir. 

Autizm xəstəliyinə düçar olmuş uşaq aşağıdakı əlamətləri ilə seçilir:

-Başqalarına qarışı laqeyddir;

-Göz-gözə baxmaqdan çəkinir;

-Başqaları ilə münasibət qurmağa həvəssiz olur;

-İstəklərini özündən böyüklərin əllərindn istifadə edərək işarələrlə bildirir;

-Uşaqlarla oynamır”

-Daha çox müəyyən bir mövzuda danışır;

-Tez-tez təkrara yol verir;

-Səbəb olmadan ağlayır, gülür və səbəbi izah olunmayan hərəkətlər edir;

-Mənasız sözləri tez -tez təkrarlayır;

-Müəyyən hərəkətləri dəfələrlə təkrarlamağı xoşlayır;

-Yaradıcılıq tələb edən oyunlar oynamır;

-Bəziləri isə yaradıcılıq tələb etməyən işləri olduqca cəld və yaxtında yerinə yetirirlər.

- Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik;

Təsəvvür:

- Bir fikirdən digərinə keçməkdə çətinlik;

- Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət);

- Rollu təsəvvüredici oyunlarda iştirak etməkdə çətinlik;

- Digər insanların fikirlərini anlamaqda çətinlik.

Autizmli uşaqlarla işləyən zaman Piks istifadə olunur. Piks - qara fonun üzərində çəkilmiş ağ şəkillər və surətlərdir. Piks-in yaradıcısı - kanadalı mütəxəssis Cubxas Maxaracdır. O, Piks üsulunu nitqi daha yaxşı dərk etmək və qavramaq üçün hazırlamışdır. Sözlərlə və jestlərlə birlikdə işlənilən Piks-lər nitqi başa düşmək üçün köməkçi vasitələrdir. Eyni zamanda Piks ünsiyyət qurmaqda çətinlik çəkən insanlara öz fikirlərinin ifadə etməyə kömək edir. Sözlərdən və işarələrdən fərqli olaraq Piks yox olmur, göz qabağında olur və şəkilləri tanımaq üçün və ya şəkillər kombinasiyasının mənasını başa düşmək üçün lazım gəldiyi gədər vaxt olur (bəzi öyrənmə çətinlikləri olan insanlar üçün buna 20 saniyəyə qədər vaxt tələb olunur).

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]