Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«İndiki durum 2013 sekçilərinə ümid yaratmır» - Müsahibə

«İndiki durum 2013 sekçilərinə ümid yaratmır» - Müsahibə
Bölmə :
Müsahibə
Yayım tarixi :
21/7/2012 [12:35]
Baxılıb :
1317 dəfə
“Təəssüf ki, partiyalar illər boyu kimlərinsə qapılarını döymələrini və hansısa sənədlərinin olduğunu sual etmələrini gözləyirlər”
Anar Məmmədli: «Əgər 20 faiz seçici fəallığı varsa, deməli, vahid namizədin adı həlledici deyil, başqa vacib məsələlər var!»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli «Bizim Yol» qəzetinə müsahibəsində seçki sistemi, Qərb təşkilatları ilə əməkdaşlıq problemləri, qarşıdan gələn prezident seçkiləri, QHT-hökumət dialoqu və s mövzular ətrafında suallırı cavablandırıb. Müsahibəni təqdim edirik.  

- Anar bəy, Vyanada ATƏT-nin seçki ilə baqlı tədbirindən aldığınız təəssürat baxımından hakimiyyətin bütün beynəlxalq təşkilatları iqnora qoyduğunu bildirirsiniz. Amma Prezident Administrasiyasının rəsmisi Əli Həsənov bir müddət əvvəl QHT üzvləri ilə görüşüb təklifləri dinlədi. Belə olan halda hansı iqnordan danışırsınız?

- Əvvəla, dialoq təklifləri vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə səslənib. Xüsusən, ATƏT-nin 2010-cu il seçkiləri ilə haqqında hesabatında dialoq təşəbbüsü çağırış kimi yer alıb. Amma ötən iki ildə hər hansı dialoq olmayıb. Mən dialoqun həyata keçirilməsinin ən mükəmməl formasını azad və ədalətli seçkiləri hesab edirəm. Ölkədəki maraqlı siyasi qruplar və vətəndaşlar dialoqu məhz seçkilər vasitəsilə həyata keçirməlidirlər. Yəni azad və ədalətli seçkilər vətəndaş-dövlət dialoqunu təmin etməlidir. Bunun nəticəsində formalaşan parlament vətəndaşlar üçün kifayət qədər açıq olmalıdır. Çünki dialoq yalnız bu zaman baş tutmuş sayılır. Ancaq Azərbaycanda seçkilər demokratik keçirilmədiyindən vətəndaşla dövlət arasında əlçatmaz münasibətləri müşahidə edirik. Saxta seçkilər vətəndaşların öz siyasi görüşlərini ifadə etməyə problem yaradır. Ki, nəticədə vətəndaş dövlətin idarə olunmasından kənarda qalır. Konkret Əli Həsənovun QHT üzvləri ilə görüşünə gəlincə, biz dialoqa əhəmiyyət verir və nəticənin necə olmasını gözləmək üçün kifayət qədər vaxtımız da, səbrimiz də var. Amma dialoq bir masa arxasında söhbət etməkdən ibarət deyil. 

- O zaman təklifləriniz nədən ibarətdir?

- Hakimiyyət rəsmiləri ölkədəki problemləri yaxşı bilirlər. Əgər etimad yaradıcı tədbirlər həyata keçirilməsə, hakimiyyətə olan inamsızlığımız davamlı olacaq. Birinci növbədə ifadə azadlığı ilə bağlı problemlər həll edilməlidir. Çünki ifadə azadlığı olmayan ölkədə azad və ədalətli seçkilərdən danışmaq əbəsdir, bu, bütün normal ölkələrin gəldiyi qənaətdir. Bu gün vətəndaşla dövlət orqanları arasındakı münasibətlər bağlı qapılar arxasında gedirsə, yəni vətəndaş problemlərini İTV-də, dövlət televiziyasında və özəl kanallarda dilə gətirə bilmirsə, konkretləşdirsək, ciddi senzura varsa, dialoqun hansı səmərəsindən danışmaq olar? Bir daha deyirəm, vətəndaşın ifadə azadlığı haqqı tanınmayacaqsa, dialoq fiaskoya uğrayacaq və bu monoloq olacaq. Bəzən çox səhv olaraq düşünürlər ki, media ilə hakimiyyət rəsmiləri arasında dialoq olursa, bu, mətbuatın sosial-maddi problemlərinin həllini gücləndirməlidir. Yaxud QHT-lərlə dialoq o demək deyil ki, bu, milli donorçuluqla bağlı problemlərin həllinə həsr edilməlidir. Xeyr, belə deyil. Əgər mən seçki pozuntuları haqqında məlumatı dövlət orqanına çatdıra bilmirəmsə, məhkəmələrdə seçki hüquqları barədə şikayətlər təmin olunmursa, deməli, narazılıq qalacaq. 

- Bu gedişlə 2013-cü il seçkilərindən gözləntiləriniz nədən ibarətdir?

- İndiki durum ciddi şəkildə ümidlənməyə əsas vermir. Hesab edirəm ki, çox işlər görülməlidir, birinci, seçkilər ümummili hadisə olduğundan dünyada qəbul olunmuş standartlara cavab verməsi üçün azad və demokratik seçki şəraitii təmin olunmalıdır. Bu şərtlərə siyasi azadlıqlar daxildir. Azərbaycanda belə düşüncə var ki, seçki prosesi seçki günündən ibarətdir. Guya, seçki günü bütün prosedurlara riayət olunsa, deməli, seçki demokratikdir. Buna əsaslansaq, İran hər 5 ildən bu cür “demokratik” seçki keçirilir. Halbuki, müqayisə baxımdan İranda seçkilər günü keçirilən proseduralar Azərbaycanla müqayisədə qat-qat mükəmməldir. 

- Konkretləşdirsək, hansı addımlar atılmalıdır?

- Birinci, vətəndaşların ifadə azadlığı təmin olunmalıdır. Əgər vətəndaş problem və istəklərini seçkilər arası dövrdə ifadə edə bilmirsə, yaxud seçki kampaniyası zamanı sərbəst toplaşmaq azadlığı, mediaya sərbəst çıxış imkanları təmin olunmursa, seçki mühitini təmin etməkdən ötrü ədalətli məhkəmə mühiti formalaşmayıbsa, biz demokratik seçkilərdən danışa bilmərik. Amma çox təəssüf ki, bu gün partiya üzvü olmaq və bunu ifadə etmək vətəndaş üçün ağırdır. Ikinci, hansısa bir narazılığı çatdırmaq üçün araya gəlib aksiya düzənləmək vətəndaşın fiziki-mənəvi itkilərə məruz qalmasına səbəb olur. Belə bir şəraitdə demokratik seçkilərə doğru getdiyimizi düşünmək sadəlöhvlük olardı. Ona görə də ciddi islahatlara ehtiyac var. 

- Prosesə bir il qalmış vahid namizəd ətrafındakı müzakirələrə ehtiyac görürsünüz?

- Ümumiyyətlə, vahid namizəd məsələsi keçid dövrünü yaşayan bütün ölkələrin gündəmində olur. Amma Azərbaycan siyasətçiləri bu məsələdə təcrübəsi olsa da, bir qədər yanlış məcrada gedirlər. Yəni vahid namizədi müəyyən etməzdən əvvəl vahid təşkilatın, vahid platformanın, vahid mexanizmlərin müəyyənləşməsinə ehtiyac var. Bu mənada vahid namizədin kimin olub-olmayacağı həlledici deyil. Əgər hakimiyyətə alternativ olmaq və demokratik islahatları aparacaq qüvvə varsa, həmin meyllər hansı formada təşkilatlanacaqlar və hansı mexanizmlər əsasında idarə olunacaqlar, o cümlədən seçkilərdən sonrakı addımları necə olacaq kimi sualları aydın olmadan bir şəxsin adını hallandırmaq yersiz ittihamlara rəvac verir. Həm də müxalifətdaxili münasibətləri də zədələyir. Çünki ölkədə ciddi siyasi münasibətlər olmalıdır ki, vətəndaşlar seçkiyə gəlsin. Təsəvvür edin ki, 2010-cu il seçkilərində ən yüksək seçici fəallığı ortalama 20 faiz olub. Əgər 20 faiz seçici fəallığı varsa, deməli, vahid namizədin adı həlledici deyil. Həlledici başqa məsələlər var!  

- Ümumiyyətlə, Qərbin seçkilərə münasibəti problemli görünür. Məsələn, Avropa institutlarının partiyaların inkişafından çox, QHT-lərə diqqət yetirməsi necə izah oluna bilər?

- QHT-lərə partiyalarla müqayisədə daha çox fərq qoyulması tendensiyasının olduğunu düşünmürəm. Sadəcə, QHT-lər siyasi iddiaları olmayan qruplardır və onlar bir qayda olaraq heç bir siyasi konyuktura gözləmədən ölkənin yerli problemləri səviyyəsində çıxış edirlər. QHT-lərə Qərbdən dəstəyin olması məqsədəuyğundur, belə də olmalıdır. Ancaq vətəndaş cəmiyyəti təşkilatlarının maddi resursları indikindən qat-qat artırılsada, son nəticədə yenə səmərə verməyəcək. Çünki QHT-lərin fəaliyyətində maliyyə əsas şərt deyil, əsas məsələ siyasi şəraitin olmasıdır. Ona görə ki, QHT-lər də siyasi diskriminasiyaya məruz qalır. Baxın, əksər bölgələrdə QHT-lərin normal fəaliyyəti mümkün deyil. Əgər hər hansı QHT bölgələrin birində rayon icra hakimiyyətinin dövlətdən aldığı dotasiyanı necə xərcləməsi haqqında tədbir keçirə bilmirsə, biz fəaliyyətimizin səmərə verə biləcəyini necə düşünə bilərik?  

- Ancaq partiyaların durumu daha ağırdır və Venessiya Komissiya “Siyasi partiyalar haqqında” qanuna gözlənilən qiyməti də vermədi.

- Bu məsələdə vətəndaş cəmiyyəti təşkilatlarının praktikasından istifadə etmək olar. Biz illər boyu harasa dəvət olunacağımızı gözləmirik. Təəssüf ki, partiyalar illər boyu gözləyirlər ki, kimsə qapılarını döyməli və hansı sənədlərinin olduğunu sormalıdır. Xeyr, belə deyil. Azərbaycan 5 il əvvəllə müqayisədə Avropa miqyasında siyasi fəaliyyət imkanları baxımından geniş imtiyazlar əldə edib. Birinci, 2009-cu ildən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ictimai-siyasi proseslərə cəlb olunmuşuq. Partiyalar bu imkanlardan yararlanmalı və Avropa məkanındakı müxtəlif siyasi qruplara inteqrasiya prosesləri başlamalıdır.

- Hansı addımlar atılmalıdır?

- Bir sıra partiyalarımız Avropadakı siyasi ittifaqlara üzv olublar. Məsələn, demokratlar, liberallar, sosialist internalistlər, amma nəticə nədən ibarətdir? Uzun illər Sosinternasionalın üzvü olmuş ASDP hazırda bu ittifaqın üzvü deyil. 

- Bu dəqiq məlumatdırmı?

- Bəli, artıq ASDP-ni Sosinternasional ittifaqından xaric ediblər. O cür siyasi partiyanı özünə hörmət edən ittifaq üzv kimi saxlamaz. Məsələnin mahiyyətinə qayıdaq, biz bu imkanlardan istifadə edib Avropa Birliyində, AŞPA-da və ATƏT-in Parlament Assambleyasında təmsil olunan sosialistlərlə işləmək olardı. Yaxud liberallar, demokratlar, mühafizəkarların təmsil olunduğu ittifaqlar, adlarını xatırlatdığım beynəlxalq təşkilatlarda Azərbaycan haqqında hansısa qətnamə müzakirəyə çıxarılırsa, həmin ittifaqlara üzv olan AMİP və Müsavat partiyaları iş aparmalıdır. Təəssüf ki, bu kimi meyllər yoxdur. Bəzən biz Avropada siyasi qruplarla işləməyin çətin olduğunu deyib məsələləri qəlizləşdiririk. Avropanın bütün beynəlxalq strukturlarında parlament-məşvərətçi qurumlar var və hər birində siyasi qrupları təmsil edən deputatlar fəaliyyət göstərir. Bundan istifadə edib həmin parlamentlərdəki qruplar vasitəsilə Azərbaycandakı siyasi şəraiti daim gündəmdə saxlamaq olar. 

- Qərbin təzyiqləri, xüsusən AŞ PA-da “Kürü diplomatiyası” ilə bağlı hesabat təqdim olunmasını nəzərə alsaq rəsmi Bakıya bu münasibət davamlı olacaqmı?

- Əvvəla, “Kürü diplomatiyası”nın təşəbbüskarı avropalılar yox, rəsmi Bakıdır. Yəni hökumət avropalıların qapısını döyüb deyib ki, siz nələrinsə müqabilində bir sıra məsələlərə “gözünüzü yumun”. Konkret misal, 2010-cu il seçkilərinin səhəri Avropa Parlament Assambleyasının və ATƏT-nin müşahidə missiyaları birgə mətbuat konfransında AŞ PA-nın başçısı, belçikalı deputat Paul Ville çox gözlənilməz şəkildə dedi ki, Azərbaycanda seçkilər ATƏT standartlarına uyğun keçirilib. Mən bu bəyanatdan şoka düşdüm, çünki birgə missiyanın bəyanatında, həmin fikrə rast gəlməmişdim. Deməli, Ville özündən bir fikir irəli sürür, hansı ki, birgə missiyanın bəyanatında yer almayıb. Bununla bağlı bir sıra QHT-lər müzakirə aparıb AŞ PA-ya müraciət etdik və ötən ilin yanvarında həmin açıqlamaya görə xeyli sayda avropalı deputat bizdən üzr istədi. Açıq şəkildə dedilər ki, bu, Ville tərəfindən qeyri-peşəkar bir addım idi. Çünki o, vahid bir sənəddə yer almayan fikir səsləndirib və bununla da hakimiyyət təbliğatına konyuktura üçün imkan yaradıb. Sual yaranır, bu adam niyə gözlənilmədən bu fikri səsləndirib? Əlbəttə, artıq Villenin şəxsi maraqları və sövdələşməsi ortalığa çıxır. Amma məni bu rüsvayçı hadisənin niyə baş verməsi maraqlandırır? Bu rüsvayçılığı həyata keçirən şəxs AŞ PA nümayəndə heyətinin rəhbəridir. Ona görə də biz AŞ PA deputatları ilə sıx işləməliyik. Bu il keçirilən “Demokratiya naminə oxu” kampaniyası göstərdi ki, Avropa informasiya məkanındakı media strukturlarının Azərbaycana nüfuz imkanları həddən artıq böyükdür. Artıq Azərbaycanda söz azadlığı, siyasi məhbuslar, mülkiyyət toxunulmazlığı ilə bağlı bütün hadisələr bir neçə saat ərzində Avropa mediasında öz əksini tapır. Birinci amil ölkədəki blogerlərin fəallığı, ikinci isə mühacirətdəki azərbaycanlıların Qərb ölkələrində yaratdığı qurumlardır. Onlar artıq mühacirət müxalifətinə çevrilirlər və bu, Avropada Azərbaycanla bağlı alternativ fikri söyləmək imkanının genişləndiyini göstərir. 

- Bu günlərdə AŞ PA-nin məruzəçisi Ştrasserin hesabatı və siyasi məhbus siyahısı müzakirə yaratdı. Bu barədə səslənən narazılıqların əsası vardımı?

- Siyahıdan narazıları başa düşmürəm və buna heç bir əsas yoxdur. Çünki Ştrasser Azərbaycana səfər imkanından məhrum olunub, o, hesabatı hazırlayarkən hüquq müdafiəçilərinin və AŞ PA-nın 2009-cu ilə qədər Azərbaycana təyin etdiyi məruzəçilərin hesabatlarına istinad edib. Təəssüf ki, narazı olanlar bu hesabatı ciddi şəkildə oxumayıblar. Axı bir sıra hüquq müdafiəçiləri bu gün imtina etsələr də, 5-6 il əvvəl siyasi məhbus siyahıları yayırdılar və sənədlər beynəlxalq təşkilatlarda öyrənilirdi. Ştrasser də bu siyahılar üzərində işləyib, amma onunla əməkdaşlıq edən az sayda insan oldu. Mən Ştrasserlə bu məsələdə təmaslarım olub və onun yeri gələndə istintaq materialları ilə tanış olduğunu bildim. Misal üçün, Səid Dadaşbəylinin işi Ştrassertin hesabatında geniş əks olunub, həmməruzəçi bu barədə məlumatı vəkillərdən, məhbusların ailələrindən alıb. Yəni bu gün informasiya almaq elə də çətin deyil. İkinci, Ştrasserin siyahısında məhbuslar kateqoriyalara bölünüb: məsələn, siyasi olduğu fərz edilən qrup, bu hissəyə terror aktı törədənlər daxil edilib. İradlardan biri Ştrasserin azadlığa buraxılmış şəxsləri də siyahıya salmasıdır, mən bu məsələni onun köməkçiləri ilə dəqiqləşdirdim. Deməli, hesabat onun mandatı olan dövrü əks etdirir, yəni 2009-12-ci illər. Bu mənada hesabatda adları siyahıya düşənlər 2 qrupa bölünür: birinci, 2009-cu ilə qədər siyasi məhbus sayılanlar, ikincisi Ştrasserin mandatı dövründə həbs olunanlar. Bu mənada o, heç kimi siyahıdan kənarda qoya bilməzdi. Çünki ona qədər beynəlxalq təşkilatların siyahısında həmin adamların adı olub. Özü mandatı olan dövrü araşdırıb və sənədlər əsasında adları daxil edib. Nəhayət, hesabat həftənin birinci günü elan olunub, əfv fərmanı isə həftənin sonunda imzalandığından aprel məhbuslarının adlarının siyahıda olması gözlənilən idi. 

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]