Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

4 minə yaxın uşaq bu xəstəlikdən əziyyət çəkir

4 minə yaxın uşaq bu xəstəlikdən əziyyət çəkir
Bölmə :
KİVDF
Yayım tarixi :
21/5/2013 [11:00]
Baxılıb :
2930 dəfə
Çiçək Məmmədli: “Təkcə bizim təşkilatda 6 yüzə yaxın autizm sindromu olan uşaq var”

Autizm xəstəliyinə düçar olan uşaqlar dövlət qayğısına ehtiyacı olan təbəqədən sayılırlar. Belə uşaqların sosial adaptasiyası, cəmiyyətə inteqrasiya olunması, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi və bu məqsədlə onların valideynlərinin maarifləndirilməsi pedaqoq və psixoloqların diqqət mərkəzindədir.

“Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Məmmədli ilə autizm xəstələrinin yaşayış durumu: gerçəkliklər və problemlər mövzusunda həmsöhbət olduq. Ç.Məmmədli bildirir ki, təşkilatının yaranma səbəbi autizm sindromu xəstələrinin problemlərinin geniş yayılması və maarifləndirmə işinin olmamasıdır: “Yaranma səbəblərindən biri də övladımın autizm xəstəliyindən əziyyət çəkməsidir. Bu sindrom nədir? Bu və bu kimi suallara cavab axtardım. Bu xəstəlik az tanınıb, ictimailəşib. Ölkəmizdə autizm barədə bilgilərin az olması təşkilatımın yaranmasına səbəb oldu. Bu xəstəlik barəsində internetlə araşdırma apardım, eləcə də xarici ölkələrə səfər edib araşdırdım, öyrəndim.

Bizim ölkədən fərqli olaraq, xarici ölkələrdə bu barədə ictimai təşkilatlar 60-70 il bundan öncə yaranıb. Artıq onlarda bu sahədə problem yoxdur, xaricilər reabiltasiya işi ilə məşğuldurlar. Bizdə isə bu sahə ilə bağlı təşkilatı ilk dəfə mən yaratdım, söhbət 2008-ci ildə yaranmış “Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzindən gedir. 

Autizm xəstələrinin sosiallaşması, cəmiyyətə adaptasiya və inteqrasiya olması gərəkdir. Azərbaycanda autizm problemləri üzrə yeganə ictimai təşkilatıq. Ancaq sonradan nevro-psixoliji mərkəzlər yarandı. Sevindirici haldır ki, indi bu problemlərlə bağlı başqa şəxslər də fəaliyyət göstərir. Autizm problemi üzrə xüsusi ixtisaslaşan, işləyən təşkilat bizik”.

“Onların sayı 4 minə yaxındır”

Mərkəzin sədri autizm xəstəliyindən əziyyət çəkən insanların statistikasını da açıqladı: “Dünyada təxminən 60-70 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Ölkə ilə bağlı bizim təşkilatımızın da statistikası var. Biz qeyri-hökumət təşkilatı olduğumuzdan, statisktikamız rəsmi rəqəm hesab olunmur. Ayrıca, nəzərə alaq ki, diaqnoz məsləsində problemlər çox yaşanır. Bizim araşdırmamıza görə, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların sayı təxminən 4 minə çatmaq üzrədir. Təkcə bizim təşkilatda 6 yüzə yaxın autizm sindromu olan uşaq var”.

“Autizm üç yaşından əvvəl başlayan və...”

Çiçək Məmmədlinin sözlərinə görə autizm sindromu - uşaqlarda əqli və psixoliji problemdir: “Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1000 adama bir, ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur.

Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artıb. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir, gerçək prevalansın artıb-artmadığı aydın deyil. Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış, ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqları qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda buna müvəffəq ola bilməkdədir.

İlk dəfə 1938-ci ildə...

Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar və müalicəsi təyin olunub. Martin Luterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Viktor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Neo-Latın autismus sözcüyü isveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilib. Bleuler sözcüyü yunanca autos (autos, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: “Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi”.

Autizm sözcüyü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərində apardığı almanca bir dərsdə Bleulerin “autistik psixopatlar” terminologiyası ilə istifadə edilib. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərlikləri göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə edib. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib-etmədiyi bilinməməkdədir.

Kannerin autizm sözcüyünü təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideyn təşkilatlarının ortaya çıxması və uşaqlıq ASP haqqındakı ictimai stigmanın (utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənib. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir: birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır”.

Autizmli uşaq kimdir?

Həmsöhbətimiz “autizmli uşaq kimdir?” sualına cavab olaraq bu xəstəliyin əlamətlərini aşağıdakı şəkildə konkretləşdirir:


-Başqalarına qarışı laqeyddir;

-Göz-gözə baxmaqdan çəkinir;

-Başqaları ilə münasibət qurmağa həvəssiz olur;

-İstəklərini özündən böyüklərin əllərindn istifadə edərək işarələrlə bildirir;

-Uşaqlarla oynamır”

-Daha çox müəyyən bir mövzuda danışır;

-Tez-tez təkrara yol verir;

-Səbəb olmadan ağlayır, gülür və səbəbi izah olunmayan hərəkətlər edir;

-Mənasız sözləri tez -tez təkrarlayır;

-Müəyyən hərəkətləri dəfələrlə təkrarlamağı xoşlayır;

-Yaradıcılıq tələb edən oyunlar oynamır;

-Bəziləri isə yaradıcılıq tələb etməyən işləri olduqca cəld və yaxtında yerinə yetirirlər.

Əlamətlər

Ç.Məmmədli deyd edir ki, “autizm” termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektirli vəziyyətləri özündə birləşdirsə də, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur:

Sosial bacarıqlar

· Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik;

· Ətrafdakılara yad və laqeyd münasibət;

· İnsanlara cansız əşyalara olduğu kimi münasibət;

· Sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq);

· Başqa insanların da istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək.

Təsəvvür

· Bir fikirdən digərinə keçməkdə çətinlik;

· Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət);

· Rollu təsəvvüredici oyunlarda iştirak etməkdə çətinlik;

· Digər insanların fikirlərini anlamaqda çətinlik.

Onlarla necə işləməli?

Mərkəz rəhbərinin sözlərinə görə, autizmli uşaqlarla işləyən zaman Piks istifadə olunur: “Piks - qara fonun üzərində çəkilmiş ağ şəkillər və surətlərdir. Piks-in yaradıcısı - kanadalı mütəxəssis Cubxas Maxaracdır. O, Piks üsulunu nitqi daha yaxşı dərk etmək və qavramaq üçün hazırlamışdır. Sözlərlə və jestlərlə birlikdə işlənilən Piks-lər nitqi başa düşmək üçün köməkçi vasitələrdir. Eyni zamanda Piks ünsiyyət qurmaqda çətinlik çəkən insanlara öz fikirlərinin ifadə etməyə kömək edir. Sözlərdən və işarələrdən fərqli olaraq Piks yox olmur, göz qabağında olur və şəkilləri tanımaq üçün və ya şəkillər kombinasiyasının mənasını başa düşmək üçün lazım gəldiyi gədər vaxt olur (bəzi öyrənmə çətinlikləri olan insanlar üçün buna 20 saniyəyə qədər vaxt tələb olunur).

Nə üçün başqa ünsiyyət üsullarından çox Piks-ə üstünlük verilir? Bunun səbəbləri aşağıdakılardır:

· Piks simvollardan yox şəkillərindən ibarətdir. Ona görə də, insan onları yalnız tanımalıdır, simvollardan fərqli olaraq mənasını yada salmaq üçün yaddaşını yormamalıdır;

· İşarələrdən fərqli olaraq Piks-lərdən isitfadə zamanı kiçik motorikanın yaxşı inkişaf etməsi şərt deyil;

· Qara fonun üzərində ağ şəkillərin və surətlərin dərk edilməsi daha asandır, nəinki, əksər hallarda qəbul edilən ağ fonun üzərində qara şəkillərin;

· Piks-lər hamı tərəfindən tanınınr. Məsələn: dükanda satıcı Piks-lə ifadə olunan alma şəklini daha asan başa düşər, nəinki jestlə göstərilən.

Bir də var sensor inteqrasiya. Bu bizim sağ qalmaq mexanizminin bir hissəsidir. Bu mexanizm hansı qıcıqları nəzərə almamaq, hansılara isə reaksiya vermək lazım olduğunu müəyyənləşdirir. Autizmli bir çox uşaqlar hissiyat orqanları vasitəsilə qəbul etdikləri məlumatları qəbul etməkdə və onları təhlil etməkdə çətinlik çəkirlər. Eyni uşaq müxtəlif vaxtlarda eyni bir qıcığa qarşı hiper və ya hiporeaksiya verə bilər”.

(Ardı var...)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]