Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

800 nəfər əlil istirahətə göndərilir

800 nəfər əlil istirahətə göndərilir
Bölmə :
KİVDF
Yayım tarixi :
18/5/2013 [11:15]
Baxılıb :
878 dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, tədbirlər çərçivəsində cari il ərzində 570 nəfər əlilliyi olan şəxsin Qəbələ, 230 nəfər əlilliyi olan şəxsin isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunacaq. Mayın 18-dən etibarən əlillərin istirahət mərkəzlərinə göndərilməsinə başlanacaq.

Əvvəllər olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil ediləcək.

Belə ki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətiriləcək.

Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məlumatı ilə bağlı əlillərdən və əlil təşkilatlardan münasibət öyrəndik.

“İstirahət güşələri çox gözəldir”

Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova bildirir ki, əlillərin istirahətə göndərilməsi çox müsbət haldır: “Əlillərin müalicə və istirahət etmələri üçün şərait və imkanların olması yaxşı haldır. Hazırda müalicə üçün şərait demək olar ki, yoxdur. Çünki bir müalicə olunmaq üçün aylarla növbə gözləməlisən ki, səni müalicəyə çağırsınlar. Bəlkə illərlə də olur. Ancaq istirahət güşələri əlillər üçün superdir. Mən hər il nazirliyin xətti ilə bəlkə 30-dan cox qadını istirahətə göndərirəm. Nabran, Lənkəran və İsmayıllıda 10 gün dövlət hesabına olur, nəqliyyat da daxil.


Əlillər ücün Bakıda 3 dövlət müalicə ocağı var. Bunlardan biri Şaqanda yerləşir, o biri də Əhmədlidə - Ortapedik Mərkəz. Habelə, Respublika Əlillərin Bərpa Mərkəzi də var. Bunlar da əlillər üçün azlıq təşkil edir”.

“Növbəti alqışlanası addım”

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti sədr müavini Reyhan Cəfərova da əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində tədbirlərin davam etdirilməsindən məmnunluğunu ifadə etdi: “Əlillərimizin istirahət məkanlarına göndərilməsi alqışlanası haldır. Bu hal hər il olur. Əlillər üçün təkcə istirahət şəraiti yaradılmır. Vurğulayım ki, Azərbaycanda Qarabağ müharibəsi veteranları və əlillərinin sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tədbirləri görülməkdə davam edir. Hazırda bu istiqamətdə ölkədə fəaliyyət göstərən veteran və əlil təşkilatları da var. Hökumət və qeyri-hökumət təşkilatları müharibə veteranlarının sosial şəraitinin yaxşılaşdırılması, onların işlə təminatı kimi bir sıra məsələləri qaldırır və həllinə çalışırlar. 

Əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi birgə əməkdaşlıq var. Əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimati-metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlil ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərilir”.

“Buna sevinsək də...”

“Qarabag Əlilləri və Vetaranları Cəmiyyəti” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin rəhbəri Əhməd Rəhmanov da sözügedən addımı müsbət qiymətləndirir. O, bu sahədəki möcud şərait, gerçəkliklər, görülən işlərlə yanaşı, problemlərdən də söz açdı: “Mən Qarabağ müharibəsi iştirakçısıyam, ikinci qrup əliləm. Əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilməsi sevindiricidir. Ancaq yenə də müalicə-istirahət problemimiz var. 


Müalicə məsələsini xüsusi ilə qabaradacam. Profilaktik mərkəzlər rayonlarda olsa da, ancaq ya qazları olmur, ya işıqları. Odur ki, rayonlarda yaşayan əlillər Bakıya üz tutur. İki ay bundan əvvəl Şaqanda yerləşən Mərkəzə getmişdim. Oradan çəkdiyim şəkilləri görsən, ağlayarsan. Yənə də deyirəm. Dərman və müayinə problemi güclüdür.
10-15 il bundan əvvəl diaqnostika mərkəzinə gedirdim, ancaq elə əlillik sənədini göstərirdim, qəbul edirdilər. İndi gərək mütləq Səhiyyə Nazirliyindən göndəriş verərlər. Mənim bir gözüm son 3 ildə tutulub. Göz Klinikasına 2 il get-gelə saldılar, sonra dedilər ki, biz müalicə edə bilmirik. Amma bunu sənədə yazmayacağıq. Mənə də yazdılar ki, profilaktik müalicə lazımdır. Təsəvvür edin... Göz damarlarım öldüyü üçün, profilaktik müalicə gərək idi”.

“Vətəndaş cəmiyyəti də prosesə qoşulmalıdır”

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyiin sədri Zərifə Quliyeva bildirir ki, dövlətlə yanaşı, vətədaş cəmiyyəti də əlillərin qayğısına qalmalıdır: “İctimai Birlik olaraq biz uşaq evində və ailədə yaşayan əlil və kimsəsiz uşaqların qayğısına qalmaqla yanaşı, zəif sosial təbəqəyə aid olan uşaqların sosial adaptasiyasına, onların psixoloji durumuna, tibbi sağlamlağına xidmət göstəririk. Uşaqların psixoloji, sosial, tibbi və digər reabilitasiyalarına da yardım edilməsinə çalışırıq.

Son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanlar üçün hər bir şərait yaradılır və onların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. Təkcə gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi ümumi problemlərinin həlli istiqamətində bir çox əhəmiyyətli layihələrə imza atılır.

İndiyədək 300-ə yaxın uşağı müalicə və əməliyyat etdirdik. Qeyd edim ki, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi 2005-ci ildən rəsmən fəaliyyətə başladı. Ancaq bizim istiqamətimiz artıq 2003-ü ildən etibarən formalaşmışdı. Biz - bir qrup gənc yoldaşlıq naminə toplaşmamışdıq, xeyriyyə məqsədi ilə toplaşan gənclər idik. Sadəcə onda bizim təcrübəsizliyimiz bir çox addımlarımızda səhvlər etməyimizə gətrib çıxarırdı. Amma intuitiv olaraq işləməyin öz özəlliyi var. Entuziazm üzərində qurulan təşkilat ilk addımlarında daha çox xeyriyyə tədbirləri keçirməklə, əməliyyatlar təşkil etməklə özünə təsəlli tapırdı. Amma mən hər zaman axtırışdaydım. Sanki nəsə çatmırdı. Onda artıq istiqamətim var idi. Amma bilmirdim hara aparacaq... Uzun yol keçdik, hazırda bilirəm ki, məqsədimə çatmışam. Sadəcə indi çatdığım məqsədi təkmilləşdirmək zamanıdır”.

“Bu, hər birimizin borcudur...”

Xatırladaq ki, millət vəkili Hadı Rəcəbli mətbuata açqılamasında bildirib ki, əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir: “Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox vacibdir. 

Əlliyin reabilitasyası ilə bağlı Azərbaycanda işlər görülür. Azərbaycanda əlillik fiziki qüsurların çox və azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bəzən əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər. Bu gün Azərbaycanda 10-dan artıq reabilitasiya mərkəzi var. Bölgələrdə belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar. Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar.  

Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyarddan artıq vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar. Bunlar vaxtaşırı atılan çox böyük addımlardır”. 

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]