Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Şəhid ailələrinə güzəştlər artırılmalıdır”

“Şəhid ailələrinə güzəştlər artırılmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
17/5/2013 [11:12]
Baxılıb :
1932 dəfə
QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaiti hesabına yeni layihə başlanıb

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Qanunda göstərilir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 

Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: ailə başçısını itirməyə görə əmək pensiyası təminatı (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir);
valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;
işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir; həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir; tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən, notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

“Güzəştlər artırılmalıdır”

Bu dəfəki həmsöhbətimiz “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyinin sədri Nəzakət Həsənovadır. Onunla şəhid ailələrinə göstərilən dövlət qayğısından və mövcud problemlərdən danışdıq.

“Şəhid ailələrinə olan güzəştlər və imtiyazlar nələrdən ibarətdir? Və hesab edirsinizmi ki, güzəştlərə hansısa əlavələr ola bilər” sualımıza N. Həsənova belə cavab verdi: “Bu gün demək olar ki, şəhid ailələri üçün nəzərdə tutulan imtiyazlar, güşətlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunla tənzimlənir. Şəhid ailələri qanundan irəli gələrək bu imtiyazlardan bu və ya digər səviyyədə yararlanırlar. Bu istər layiqli yaşayış yeri ilə təmin olunma, istərsə də pensiya baxımdan, onların tibbi müayinəsi və digər güzəştlər var. Düzdür indi bir çox şəhid ailələri bundan istifadə edə bilmir. Aparılan araşdırmalar zamanı məlum olur ki, bütün bunların kökündə onların hüquqi biliklərinin az olması dayanır. 

Yeri gəlmişkən bununla bağlı “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyinə kifayət qədər müraciətlər daxil olub. Bütün bunları nəzərə alıb təşkilat olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələrinin hüquqi marrifləndirilməsində ictimai rolun artırılması” layihəsini həyata keçiririk. Layihə çərçivəsində Bakı ilə yanaşı, Qəbələ və Samuxda olan şəhid ailələri arasında hüquqi maarifləndirmə işi həyata keçiriləcək.

Güzəştlərə edilə biləcək əlavələrə gəlincə, bu gün şəhid ailələrinə bir sıra güzəştlərin verilməsi artıq zamanın tələbidir. Bir halda ki, Türkiyə kimi ölkədə şəhid ailəsi 40-dan artıq güzəşt və imtiyaza sahibdir, bizdə də güzəştlər artırılmalıdır. Bu ictimai nəqliyyatdan istifadə, elektrik enerjisinin ödənilməsi, və digər sahələri əhatə edə bilər.

Bununla belə, hazırda dövlətimizin şəhid ailələrinə diqqət və qayğısı danılmazdır. Bu gün bir şəhid ailəsi olaraq bunu hiss edirəm. Təşkilatımıza üzv olan şəhid ailələri ilə aparılan fərdi söhbət zamanı məlum olur ki, dövlətin bu təbəqədən olan ailələrə diqqət və qayğısı onları qane edir. Şəhid ailələrinə yeni-yeni mənzillərin tikilib istifadəyə verilməsi, pensiyaların artırılması bütün bunları deməyə əsas verir. Ancaq dediyim kimi, bir sıra imtiyazların tətbiqinə ciddi ehtiyac var”.

“Hüquqi maarifləndirməyə ehtiyac var”

Müsahibimiz bu təbəqədən olan vətəndaşlarımızın problemlərinin həlli üçün görülən tədbirlərdən danışdı: “Biz daimi olaraq layihələr həyata keçiririk. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid ailələrinin hüquqi maarifləndirilməsində ictimai rolun artırılması” layihəsinə start verdik. Bu gün şəhid ailələrinin hüquqi bilikləri istənilən səviyyədə deyil. Bu sahə üzrə hüquqi normativ aktların olmasına, hökumətin şəhid ailələrinin sosial-iqtisadi problemlərinin həlli üçün davamlı addımlar atmasına baxmayaraq, zaman keçdikcə mövcud problemlər özünü daha qabarıq göstərir. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, hələ də şəhid ailələrin bir çoxu 1993-cü ildə qəbul edilən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun haqda yetərli bilgiyə sahib deyillər. Təşkilatımıza müraciət edən şəhid ailələrinin bir çoxu ilə aparılan fərdi söhbətlər zamanı məlum olub ki, bu kateqoriyadan olanların hüquqlarını bilməməsi sonda onların hüquqlarının pozulması ilə nəticələnir. Nəticədə şəhid ailələri dövlət tərəfindən onlara verilən imtiyazlardan yararlana bilmirlər.

Layihə çərçivəsində Bakı şəhərində Qəbələ və Samux rayonunda olan şəhid ailələri arasında hüquqi maarifləndirmə işi aparılacaq. Layihə çərçivəsində səhid ailələrinin hüquqi biliklərini artırmaq məqsədilə web sayt yaradılacaq. Saytda həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımız haqqında ətraflı məlumatlar yerləşdiriləcək.

Şəhid ailələrinin hüquqi maarifləndirilməsi ilə yanaşı, onların bir sıra sosial problemlərini qarşılamaq üçün təşkilatın İdarə Heyəti mütamadi addımlar atır. Onu da nəzərinizə çatdırım ki, məhz elə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə biz 2010-2011-ci illərdə şəhid ailələrində böyüyən uşaqlar üçün peşə kursları təşkil etdik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması” layihəsi mühüm işlərimizdən biridir. 4 ay həyata keçirilən bu layihə çərçivəsində Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə kompüter, bərbər (kişi-qadın) və dərziçilik peşələri üzrə təlim kursları keçirilib. Kurslarda ümumi 90 nəfər iştirak etdi. Çoxsaylı müraciətləri dəyərləndirən təşkilatımızın idarə heyəti 50 nəfərin kurslara cəlb olunması yönündə qərar qəbul etdi. Ümumilikdə layihə çərçivəsində 56 nəfər kompüter ixtisası üzrə, 23 nəfər bərbər peşəsi, 11 nəfər isə dərzi peşəsi üzrə kursları bitirib. Sonra kompüter, bərbər və dərziçilik kurslarını bitirən tələbələrə ixtisasları üzrə şəhadətnamələrin təqdimat mərasimi keçirilib.

Bununla yanaşı, biz təşkilat olaraq bir sıra şirkətlərlə əməkdaşlıq edirik. Sağ olsunlar, hər bayram ərəfəsində şəhid ailələrini sevindirirlər. “Azərsun” Holdinq və digər şirkətlər daimi olaraq bayram sovqati ilə təşkilatımıza yardımlar edir. Biz də həmin yardımları şəhid ailələrinə paylayırıq. Düzdür, indi bir sıra şəhid ailəsi deyəcək ki, biz bu yardımları görmürük. Çünki imkanlarımız məhdud olur, yəni ayrılan yardımlar az olduğundan biz onu planlı şəkildə paylayırıq. Çalışırıq ki, bu yardımlardan daha çox ehtiyacı olanlar yararlansın”.

“Rəsmilərlə görüşlər keçirəcəyik”

Nəzakət Həsənova şəhid ailələrimizin əsas şikayətləri nədən ibarət olması məsələsinə də toxundu: “Şəhid ailələrinin şikayətləri, əsasən işsizlilə bağlıdır. Bir çoxları bununla bağlı bizə müraciət edir. Biz də müvafiq şirkətlərlə danışıqlar aparıb onların probleminin həllinə çalışırıq. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bu istiqamətdə əməkdaşlıq edirik. Nazirliyin aidiyyəti qurumları şəhid ailələrinə çox həssas yanaşır və demək olar ki, bu yöndə olan problemlər qısa zamanda öz həllini tapır”.

QHT rəhbəri əlavə etdi ki, yaxın zamanlarda problemin həlli istiqamətində müvafiq dövlət, hökumət qurumlarının nümayəndləri, millət vəkilləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması planlaşdırılıb.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]