Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Özlərini cəmiyyətə yararsız hesab edirlər...”

“Özlərini cəmiyyətə yararsız hesab edirlər...”
Bölmə :
KİVDF
Yayım tarixi :
16/5/2013 [10:54]
Baxılıb :
1120 dəfə
Əlilləri müstəqil həyata hazırlamaq üçün kurslar təşkil olunacaq

Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək hər bir cəmiyyətin və dövlətin borcudur. Azərbaycanda da bu təbəqədən olan vətəndaşların cəmiyyətdə tam və səmərəli iştirakına maneə yaradan amillərin aradan qaldırılması istiqamətində maarifləndirici seminarlar, layihələr, dövlət proqramları həyata keçirilir. 

Bu istiqamətdə reallaşan layihələrdə hər bir əlilin probleminin həllindən tutmuş, onlara qarşı münasibətlərin dəyişməsinədək, kompleks tədbirlər nəzərdə tutulub. Dövlətin də bu istiqamətdə apardığı siyəsət onların problemlərinin həllinə yönəlib.
Layihələr, seminarlar paytaxt Bakı ilə yanaşı bölgələrdə də baş tutub. Həyata keçirilən layihələrdən əsasən, əlillər, əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti, eləcə də bütövlükdə ictimaiyyət faydalanır. Layihələr, təlimlər, seminarlar çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir, əlilliyi olan insanların hüquq və mənafelərinin qorunması hallarına daha həssas yanaşılması təbliğ olunur.

Bu cür təbliğat çox önəmlidir. Bəzən yanından ötüb keçdiyimiz əlil insana hətta yolun o biri tərəfinə keçməkdə belə kömək göstərməyə ərinirik. Amma bu insanlar evin içində də problemlə üz-üzədirlər. Sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi və yaxud gərəkən şəkildə edə bilməmək onları daxilən üzür, incidir. Belə hallarda onlara dayaq olacaq, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar. Nə yaxşı ki, onları başa düşən və köməklərinə tələsən insanlar, təşkilatlar, ictimai birliklər var…

Belə təşkilatlardan biri də, öncəki saylarımızda da oxuculara tanış olan “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyidir. Bu ictimai birlik əlillərin sosial problemlərinin həlli istiqamətində işlər görür, əlil vətəndaşların həyat şəraitinin yüngülləşməsinə yönəlmiş tədbirlər həyata keçirir. Birliyin sədri Gülnarə Səlimova hazırda Ağsuda ictimai fəaliyyətlə məşğuldur. Onunla əlillərlə bağlı görülən və görüləcək işlərdən danışdıq.

960 əlil...

Gülnarə Səlimovanın sözlərinə görə, bu günlərdə Ağsuda məhdud hərəkətli insanlar üçün dərzilik kurslarına start verilib: ““Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə 4 ay davam edəcək. “Ağsu rayonunda məhdud hərəkətli insanlar üçün dərzilik sənəti üzrə sürətləndirilmiş ixtisas kursunun təşkili” layihəsinin icra planına uyğun olaraq Ağsuda “dəyirmi masa” təşkil etdik. Tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Həsən Səmədov, Ağsu rayon İcra Hakimyyətnin ictimai-siyasi şobəsinin müdir müavini Mirqubat Orucov və işçisi Talıbzadə Kənan. Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon nümayyəndəsi Ağacavad Cavadov, ictimai birliyin üzvləri və rayon ictimayyətinin nümayəndələri qatıldılar”.

Onun dediyinə görə, tədbirdə vurğulanıb ki, hazırda Ağsuda qismən sağlamlığını itirmiş 960 əlil var: “Onlardan 62 nəfəri Qarabağ müharibəsi əlili, 38 nəfəri Çernobl əlili, 6 nəfəri Əfqanıstan müharibəsi əlili, 14 nəfəri İkinci Dünya müharibəsi əlili, 71 nəfəri gözdən əlildir. Respublikamızda əlillərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülsə də, onların məşğulluğunun təmin edilməsi sahəsində problemlər qalmaqdadır. “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi də bu yöndə fəaliyyətimizin davamlılığını təmin etmək, xüsusən də məhdud hərəkətli insanların məşğulluq problemlərinin həll olunması üçün yeni layihələrin həyata keçirilməsini vacib bilib. Ağsu rayonunda əlillərin sənətə yiyyələndirilməsi və sosial durumun yaxşılaşdırılması üçün sürətləndirilmiş dərzilik ixtisas kurslarının açılması təklifi bu qəbildəndir. Bu kurslarda intensiv təlimlər vasitəsilə əlillərə dərzilik sənətinin sirlərini aşılamaq nəzərdə tutulur. Nəticədə əlillər dərzilik ixtisasına yiyələnməli və sərbəst şəkildə qadın və kişi üst geyimlərini hazırlamalıdırlar. Üç ay davam edəcək kursu uğurla bitirənlərə sertifikatlar təqdim olunacaq”.

“İstəyimiz odur ki...”

G.Səlimova rəhbərlik etdiyi İctimai Birliyin fəaliyyətindən də danışdı: “Birliyin himayəsində olan əlilləri Respublika daxilində müalicə edirik və sanatoriyalara təmənnasız göndərmişik, hüquqlarını maarifləndirmişik, hüquqlarını qorumuşuq, məktəb yaşlı əlil uşaqları təhsilə yiyələndirmişik. Bu cür insanlar fiziki məhdudiyyətlərini özlərində qüsur sanaraq, küskünləşir və özlərini tamamilə yararsız hesab edirlər. Biz isə belləri ilə söhbətlər aparıb, psixoloji yardımlar göstəririk ki, aktiv olsunlar, mübariz olsunlar, öz bacaracaqlarını göstərsinlər, özləri-özlərini kiməsə ehtiyacı olmadan mümkün qədər idarə etsinlər”.
“Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin “Əlillərin sənətə yiyələnməsi” adlı layihəsi də olub: “Layihəyə uyğun olaraq üç aylıq kompüter təlimi kursuna başlanıldı. Əlillərə kursda Windows xp, Microsoft Word, Microsoft Excel, İnternet proqramları üzrə təlim kursu keçirildi və şəhadətnamə ilə təltif olundular. Eləcə də, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqəsində qalib olduq. Layihənin adı “Əlillərin sosial durumunun yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi” idi. Layihədə problemin təsviri belə idi: “Cəmiyyətimizlə, əlillərin ailə üzvləri ilə, əlillərin özləri ilə söhbətlər aparmaq və onları maarifləndirmək lazımdır ki, yaşından, cinsindən, millətindən, dinindən asılı olmayaraq, əlillər cəmiyyətə qatılsınlar, aktiv olsunlar. Fiziki məhdudiyyəti özlərində qüsur hesab edib miskin olmamalıdırar. Təhsilə, sənətə yiyələnsinlər. Əlillər öz hüquqlarını bilsinlər, çalışıb öz iradəsi naminə ehtiyaclarını mümkün qədər ödəsinlər. Kiməsə ehtiyacı olmadan müstəqil yaşamağı bacarsınlar. Əlbəttə, bunun üçün biz dəstək olmalıyıq”.

QHT rəhbərinin sözlərinə görə, bütün bunları nəzərə alaraq, rəhbərlik etdiyi qurum belə bir layihəni həyata keçirməyə qərar verib: “İstədik ki, maddi durumlarını qismən də olsa yaxşılaşdırmaq üçün, əlillər öz karyeralarını, bizneslərini qursunlar. Bunun üçün banklardan müqavilə bağlamaqla qısa müddətli, uzun müddətli kredit əldə etməklə sərbəst öz bizneslərini yaratmaq imkanlarına maıik ola bilərlər. Bu problemi aradan qaldırmaq üçün əlillər mütəmadi olaraq bizim birliyə müraciət edirlər ki, sosial durumlarının yaxşılaşdırılması üçün yardım edək, həlli yollarını göstərək, istiqamətləndirək. Bu problemi aradan qaldırmaq üçün cəmiyyətimi, əlillərin ailə üzvləri, icra orqanları da maariflənməlidir ki, əlilləri qəbul etsinlər. Əlillərə diqqət və qayğıdan yayınmasınlar. Biz QHT-lər hökumətə kömək təşkilatlarıyıq və icra orqanları, bələdiyələr, məşğulluq mərkəzləri, banklar və digər orqanlar da bu işdə bizə yaxından köməklik etməlidirlər. Birləşib bərabər qarşımıza qoyduğumuz problemləri həll edə bilərik. Əlillərin əsas problemlərindən biri də onların işlə təmin olunmamasında çətinliklərdir. Bu çətinlikləri yaradan səbəblərdən biri də onların peşə və ixtisaslara malik olmamasıdır. Odurki, əlillər özlərinə uyğun istədikləri hər hansısa sənətə yiyələnməlidirlər”. 

“Hər şey birlikdən asılıdır”

Gülnarə Səlimova deyir ki, əlillərin sosial durumlarının yaxşılaşdırılması üçün, rəhbərlik etdiyi təşkilatın nəzdində olan kompüter kursundan əldə olunan pul vəsaiti hesabına iki ədəd tikiş maşını alıb: “Bu iş üçün iki nəfər şəhid ailəsini, bir nəfər Qarabağ əlillini Birlikdə işlə təmin etmişəm. Hazırda iki nəfər şəhid ailəsi tikiş maşını ilə bugünkü tələblərə cavab verən yumşaq yataq dəstləri hazırlayır.

Ağır əngəlimin altında tək istədiyim əlillərin cəmiyyət içinə çıxa bilməsidir. Evlərə bağlanıb çarəsiz qalmamalarıdır. Ömürlərinin çürüməməsini istəyirəm. Mənim məqsədim yalnız budur. Əlillərin qarşısında bir çox imkanlar ola bilər. Sənətlə məşğul ola bilərlər. Yazı yaza bilərlər, şəkil çəkə bilərlər. Bununla da qismən öz problemlərinin həllinə nail ola bilərlər. Az və ya çox gəlirləri olar. Heç kimin əlinə baxmazlar. Bu gün fiziki olaraq əlil ola bilərəm, amma özümə az da olsa bir gəlir yaratdığım üçün xoşbəxtəm. 

Bütün bu problemlər başqa ölkələrdə də var. Bu əngəlləri həll etməyimiz üçün əhəmiyyətli olan türklüyümüzü və birliymizi unutmamağımız, problemləri birlikdə həll etməyimiz, çətinlikləri həmrəyliklə aşmağımızdır”.

Bildirək ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]