Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Onlar yaşayacaqlar...”

“Onlar yaşayacaqlar...”
Bölmə :
KİVDF
Yayım tarixi :
14/5/2013 [11:02]
Baxılıb :
1399 dəfə
Azərbaycanda “Hemofiliya məktəbi” yaradılıb

(Əvvəli ötən sayımızda)

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti Gülnarə Hüseynova bildirir ki, hemofiliyalı vətəndaşlar Respublika Kliniki Xəstəxanasındakı Hemofiliya Mərkəzində müalicə alırlar: “Ora çoxprofili xəstəxana olduğu üçün xəstələrin qanını dayandırmaq və ya qanı bərpa etmək üçün bütün şərait var. Orada lor həkimi, cərrah və s. profili həkimlər olduğuna görə, xəstələrin bütün problemlərini aradan qaldırmaq mümkün olur”. 

Həmsöhbətim deyir ki, “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”na uyğun olaraq Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılıb: “Səhiyyə Nazirliyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən birgə hazırlanan reyestr bütün hemofiliyalı xəstələrin Səhiyyə Nazirliyi tərəfindən tam nəzarət altına götürülməsinə imkan verəcək. Respublika Klinik Xəstəxananın nəzdində yerləşən Hemofiliya Mərkəzində artıq reyestr xidməti fəaliyyətə başlayıb. Hər bir hemofiliyalı xəstə mərkəzə daxil olarkən onun barəsində bütün məlumatlar - sağlamlıq durumu, nə qədər dərman istifadə edilməsi və digər məlumatlar elektron məlumat bankına daxil olur. Bunun nəticəsində də həmin xəstə haqqında məlumatlar birbaşa Səhiyyə Nazirliyinin elektron məlumat bazasında əks olunur. Gələcəkdə bu internet şəbəkənin Gəncə və Şirvana da bağlanılması nəzərdə tutulur ki, həmin ərazilərdə yaşayan xəstələr barədə də məlumat Səhiyyə Nazirliyində qeyd olunsun. Bu günə kimi 1448 nəfər hemofiliyalı xəstə haqqında məlumat reyestr bazasına daxil olub.

“Sağlam insan qədər yaşayacaqlar”

Gülnarə Hüseynova “Hemofiliya daşıyıcısı olan xəstə müalicə aldıqda nə qədər yaşaya bilir?” sualına da aydınlıq gətirdi: “Hemofiliyalı insan düzgün və vaxtlı-vaxtında müalicə alarsa, sağlam insan nə qədər yaşayarsa, o qədər yaşayar. Çünki təhlükəsiz qandan istehsal olunmuş preparatlarla müalicə xəstələri bütün problemlərdən sığortalayır.

Dövlət Proqramında nəzərdə tutulub ki, xəstələr təhlükəsiz qan faktorları ilə təmin olunacaqlar. Bu böyük bir məsələdir. Proqram çərçivəsində təhlükəsiz, keyfiyyətli müalicə nəticəsində əlilliyin qarşısı alınacaq və hemofiliyalı insanlar sağlam vətəndaşlardan seçilməyəcəklər. Ümüd edirik ki, onlar da sağlam vətəndaşlar kimi təhsil alacaqlar, işləyəcəklər və cəmiyyətdə öz yerlərini tutacaqlar. 

Onu da deyim ki, proqram çərçivəsində rayonlarda yaşayan hemofiliyalı vətəndaşlar üçün tibbi yardım kabinetlərinin açılması da nəzərdə tutulub. Bu da ona imkan verəcək ki, rayonlarda, ucqar kəndlərdə yaşayan hemofiliyalı vətəndaşlar artıq müalicə üçün Bakıya gəlməyəcək, elə yerlərdəcə tibbi yardım ala biləcəklər. Bu da onları əlillikdən və hemofiliyanın digər fəsadlarından-ölümdən xilas edəcək”.

“Qız uşaqlarında hemofiliyaya rast gəlinmir”

HXRA prezidenti hemofiliyalı xəstələr arasında HİV virusu daşıyıcılarından da söz açdı: “Bu gün hemofiliyadan əziyyət çəkən insanların 90 faizi HİV-ə yoluxub. Ancaq onların arasında AİDS-ə yoluxma halı yoxdur. Ancaq digər xarici ölkələrdə AİDS-ə yoluxan xəstələr də var. Hepatit S virusuna yoluxmanın səbəbi isə odur ki, vaxtilə təhlükəsiz dərman preparatları olmadığından, yaşlı vətəndaşların müalicəsində qan köçürülməsindən istifadə olunurdu. Qan köçürülmə zamanı isə hemofiliyalı insanlara virus ötürülüb. Bu problem bütün dünyada var. Ona görə də yaşı 30-dan yuxarı olan hemofiliyalı xəstələrin əksəriyyəti Hepatit S daşıyıcıdır. Uşaq yaşlarında olan xəstələrdə isə bu xəstəlik yoxdur. Çünki onlar dövlət tərəfindən alınan müasir qan preparatları ilə müalicə olunurlar.

Vurğulayım ki, belə xəstələr 2006-cı ildən dərman peraparatları ilə dövlət tərəfindən əvəzsiz olaraq təmin olunurlar. Ona görə də, son vaxtlar bu xəstəlik səbəbindən ölüm halları azalıb. Bildirim ki, hemofiliya xəstəliyi insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gəlir ki, bu da anadan, əsasən oğlan uşaqlarına ötürülür. Qadınlar yalnız xəstəlik daşıyan genin daşıyıcısı olduqlarına görə, özləri xəstəlikdən əziyyət çəkmir. Ona görə də qız uşaqlarında hemofiliyaya rast gəlinmir.

Qadınların belə bir genin daşıyıcısı olub-olmadığını müəyyən etmək olur. Bunun üçün qadının tibbi molekulyar müayinə olunması lazımdır. Belə bir müayinə aparılmazsa, bunu təyin etmək mümkün deyil. Əgər qadının nəslində belə bir xəstəlik aşkar olunubsa, o zaman aşkar olunmuş həmin qohumdan qan nümunəsi götürülür və həmin nümunə vasitəsilə qadının daşıyıcı olub-olmadığını müəyyən edilir”.

“Hemofiliya məktəbi”

Gülnarə Hüseynova prezidenti olduğu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının gördüyü işlərdən də söz açdı: “Biz hemofiliyalı vətəndaşlar üçün mütəmadi tədbirlər həyata keçiririk. Məsələn prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hemofiliyalı insanlarda əlilliyin profilaktikasına dair tədbir keçirildi. Eyni zamanda onlar üçün yay düşərgəsi təşkil olundu. Bu layihələr çərçivəsində hemofiliyalı uşaqlar istirahət etdilər, 300 nəfər əlilliyin profilaktikasına dair maarifləndirmə bilikləri əldə etdi. Proqram çərçivəsində həmçinin valideynlərə vena daxilinə iynə vurmaq qaydaları öyrədildi.

Onu da deyim ki, assosasiya tərəfindən dünyanın 96 ölkəsində mövcud olan “Hemofiliya məktəbi” yaradılıb. Məktəbin əsas funksiyası hemofiliya xəstəliyinin profilaktikasını təşkil etmək, fəsadlarının qarşısını almaq və maarifləndirmə işləri aparmaqdır. Proqram çərçivəsində xəstələrə təmənnasız dərman verilir, valideynlərə və uşaqlara həmin dərman preparatlarının istifadəsi öyrədilir”.

Müsahibimiz deyir ki, Gəncədə hemofiliyalı xəstələr üçün xüsusi kabinetlər yaradılacaq: “Qərb bölgəsində belə bir mərkəz ilk olaraq Gəncədə açılacaq. Gəncə və ətraf 12 rayonda 130-dan çox, Şirvan şəhəri və onun ətrafındakı 9 rayonda 114, Quba və ətraf 5 rayonda 62, Mingəçevir və onun ətrafındakı 6 rayonda isə 165 hemofiliyalı xəstə var. Uzaq rayonlarda, regionlarda yaşayan hemofiliyadan əziyyət çəkən vətəndaşlarımızın Bakıya gəlməmələri üçün regionların özlərində xidmət yaradılacaq. Bakıda olduğu kimi, xəstələr müalicə olunduqları tibbi müəssisəyə müraciət edərək, təmənnasız dərman preparatları ilə təmin oluna, müalicə və laborator müayinədən keçə biləcəklər. Biz istəyirik ki, bu xidməti Gəncədə təşkil edək”.

Xəstələr üçün təlimlər

G.Hüseynovanın dediyinə görə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanda hemofiliyalı xəstələrin yaşaması üçün vacib sayılan qanın laxtalanma faktorları konsentrantlarının vena daxilinə vurulmasını öyrətmək məqsədilə təlimlər keçirib: “Şüvəlanda yerləşən istirahət mərkəzində dincələn hemofiliyalı xəstələrə və onların ailə üzvlərinə təlimlər keçirilir. Təlim zamanı validyenlərə 12 yaşından yuxarı xəstə uşaqlara venadaxili iynə vurulması öyrədilir. Belə xəstələrdə qanaxma və qansızmalar baş verdiyi üçün onların venadaxili iynə vurmalarını bilmələri cox vacibdir. İndiyədək 150 uşaq və 320 valideynə bununla bağlı təlimlər keçirilib”.

Assosiasiya 16 aprel 2013-cü il tarixində Ümumdünya Hemofiliya günü ilə əlaqədar tədbir də təşkil edib: “Həmin gün tədbir iştirakçılarına hemofiliya, problemlər və görülən işlər barədə ətraflı məlumat verdim, film nümayiş olundu. Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Yeganə Cəfərova, Milli QHT Forumu idarə heyəti sədrinin müavini Qorxmaz İbrahimli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sosia Hüquqların Araşdırılması ictimai birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış etdilər”.

Gülnarə Hüseynova onu da bildirdi ki, hemofiliyalı xəstələrin dövlət qurumlarından şikayətləri də olur: “Müraciətlər çox olur, araşıdırırıq. Müvafiq qurumlarla əlaqə yaradıb, məsələnin həllinə uyğun yanaşma olur. Çalışırıq ki, mümkün qədər müraciət cavabsız, nəticəsiz qalmasın”. 

Xatırlatma...

Bildirək ki, hazırda dünyada təxminən 400 min nəfər bu xəstəliyin daşıyıcısıdır. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gəlir və ya anadan oğlan uşaqlarına irsən ötürülür. Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar olur ki, bu da gənc yaşlarda şikəstliyə və ya ölümə səbəb ola bilər.

2006-cı ilə qədər hemofiliyalı xəstələrin müalicəsində yalnız qan və dondurulmuş plazmadan istifadə olunurdu. Ancaq “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na uyğun olaraq faktor preparatları Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq xaricdən ölkəmizə gətirilir və mərkəz onlarla tam təmin olunur. Dərmanlar xəstələrə dövlət hesabına verilir. Bu xəstələrə qan çox lazım olduğu üçün, donorlara ehtiyac var. Xəstələrə ilk yardımı valideynlər göstərməli olur.

Xəstəliyin tarixi

İlk dəfə hemofiliya xəstəliyi İngiltərə kral ailəsində müşahidə olunub və onun nəsildən-nəsilə keçdiyi öyrənilib. Hemofiliya xəstəliyi övladların dörddə birində, o da oğlan övladlarda baş verə bilər. Zənn edirlər ki, hemofiliya ilk dəfə mutasiya yolu ilə Kraliça Viktoriyanın X xromosomunda aşkar edilib. Kraliça bu cəhətdən heteroziqot imiş, yəni hemofiliyanın daşıyıcısı olub. Viktoriyadan qabaq kral ailəsində bu xəstəlik müşahidə edilməyib.

Rus çarı II Nikolay kraliça Viktoriyanın hemofiliyanı daşıyan nəvəsi Aleksandra ilə evlənib və bunlardan əmələ gələn şahzadə Aleksey hemofiliyadan dünyasını dəyişib.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]