Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Buterbrod jurnalistikası - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
21/7/2012 [10:43]
Baxılıb :
2573 dəfə
Qaynar xəbərlər isti çörək qədər lazımlı deyilmiş
«On dörd ildir redaktor işləyirəm, amma ilk dəfədir ki, qəzetin redaktəsi üçün nəsə bilmək lazımdır fikrini eşidirəm». Mark Tven

Onları sevmirlər. Onları təqib edirlər. Onlar bəzən döyülür, xəsarət alır, təhqir və təqib edilirlər. Onlar cəmiyyət üçün işlədiyini düşünür. Amma cəmiyyət bunu fakt kimi qəbul etməkdən imtina edir. Onların işi göz qabağındadır. Cəmiyyət onların işini görür də, axtarır da, izləyir də, yəqin ehtiyacı da var. Amma onların məhsulunu işlədən cəmiyyət istehsal edənə qarşı bir çıxış olarsa heç vaxt onların tərəfinə keçmir və onları müdafiə etmir. Onlar jurnalist olduğunu tez-tez deməyi də sevmir. Onlardan bəziləri isə bunu lazım olduğundan artıq deyir. Çünki bilir ki, bu sözdən qorxanlar daha çoxdu. Soruşan lazım, əgər həqiqətən belədirsə niyə bu peşənin dalıyca gedənlərin kökü hələ kəsilməyib? Deməli bu ağır peşənin cəzbedici tərəfləri də var.

281 saylı fərman

Onlara bəzən 4-cü hakimiyyət də deyirlər. Amma hakim təbəqənin güzəşt və imtiyazlarını onlardan əsirgəyirlər və bəzən bu məsələyə qısqanclıqla yanaşırlar. Etiraf etməyimiz lazım, qəzetlər millətə çörək qədər lazımlı olmadı. Hər səhər isti çörək almağa düşən azərbaycanlı qaynar xəbərləri isti kofesinə, ya da çayına qatıb içəri ötürmək istəmədi. Sabah Azərbaycan əzilən və təhqir edilən mətbuatının gününü qeyd edəcək. «Əkinçi» qəzetinin nəşrə başladığı gün artıq 1991-ci ildən bəri 281 saylı fərmanın imzalanmasıyla start götürdü. İyulun 22-si çox vaxt Milli Mətbuat günü kimi adlanır. Jürnalistlərdən bu günü gözləyənlər də az deyil. Mükafatlar, diplomlar, bəlkə də hədiyyələr almaq ehtimalı var.

«Hər demokratik jurnalist geydir» (!?)

Jurnalist kimdir? Etibarlı mənblər deyir ki, o, məlumatları toplayb, düşünərək daxili prizmasından keçirib auditoriya üçün dəyərli sayıla bilən fakt, hadisə, insan və fikirləri ortaya çıxarıb KİV-ni zənginləşdirməklə məşğul olan bir peşə sahibidir. Onların içində köşə yazarları ictimai fikir formalaşdırdığına, həm də cəmiyyət və hakimiyyət arasında kommunikasiya vasitəsi kimi çıxış etmək imkanına görə daha prestijli sayılır. Yerdə qalan zəhmətkeş zümrə müxbirlər, reportyorlar, şərhçilər, telereportyorlar, fotoreportyorlar, köməkçi peşələrdə korrektorlar, operatorlar, montajçılar, texniki personal, yəni işi pərdə arxasında, daha doğrusu imza arxasında qalanlar birgə cəhdləri və zəhmətləri sayəsində həyaytımıza rəng qatırlar. Bu rəng qara da ola bilər, rəngbərəng də. Bəlkə də ona görə onları müxtəlif təhqiredici sözlərlə adlandırırlar. Bayram ərəfəsi səmimi olmağımız da lazım, jürnalistikada fırlananların elə 95 faizi bu ləğəblərə layiqdir.
Bəli, jürnalist yalançıdır. O, ilan kimi hara lazımdı, daha doğrusu hara lazım deyil sürünüb girə bilər. Siçovul kimi ən murdar yerlərə meyllidir. Pis qoxuyan hadisələrdə eşələndiyinə görə özünü donuz kimi apara bilər. Hadisələrdən baş açmayanda durub qoyun kimi gözünü döyər, ya da şir kimi cumub kimin istəsən boğazını gəmirər. Hadisədən sonra yerdə nəsə qalarsa çaqqal kimi burcudub ən yaxşı tikəni güdər, qarnı doyandan sonra tülkü kimi hiyləgər olub özünə yuxarı başda yer ala da bilər. O, hər yerə burnunu soxduğuna görə yoluxucudur və cəmiyyətdə sürünən arasıkəsilməz miflər, səhv fikirlər, yanlış düşüncələr, cəmiyyəti daxildən çürüdən və «Mən İnsanam!» cümləsini fəxrlə deməyə mane olan bütün mənəvi xəstəliklərin daşıyıcısıdır.
İnanmırsız, gəlin KİV-də deyil, klassik ədəbiyyatda eşələnək:

- «Jurnalistika - nə peşə, nə də sənət növüdür. Bura hər yerdən qovulandan sonra uğursuz yazarların doluşduğu bir qəlyanaltıxanadır. Bura iyrənc ayaqyoludur ki, balaca deyişində sidik süzülür, amma səkidən sürünüb özünü soxmağa yer axtaran əyyaşlara, içki düşkünlərinə soxulmaq üçün kifayat qədər böyükdür». - Xanter S. Tompson «Las-Veqasda qorxu və nifrət» 

- «Üç gündən sonra reportyorlar qarğa-quzğun kimi tökülüşüb gəldi» - Oldos Xaksli
- «Əgər jurnalistika fakultəsinə bakirə qız daxil olsa onda bina çökəcək» - Moskva şəhər əfsanələrindən
«Məndən soruşurlar, niyə gey və demokratik jurnalistlər arasında fərq qoymuram. Sual əlbəttə, maraqlıdır. Hər gey jurnalist deyil, amma demək olar ki, hər demokratik jurnalist geydir. Fiziki olmasa da mənəvi cəhətdən» - Lev Şaranski
«Jurnalist! Zəhərli nacins! Müasir sivilizasiyanın ən pis parazitləri, şarlatanların əlində silah və özünə hörmət qoyanlar üçün daimi maneə» - Artur Konan Doyl
«Bu adamı düzəltmək mümkün deyil. O, əlbəttə ki, yaxşı jurnalist olacaq. Axı vicdanı tamamilə yoxdur. Bir tək bu keyfiyyəti ilə o, irəli gedəcək» - Gek London «Martin İden»

3 nida və 3 nöqtə sindromu

Necə deyərlər, görə-görə gəlmişik, jurnalist müsahibindən laboratoriyadakı yeniliklə maraqlanırsa və alim xərçəng xəstəliyinin sağalmasında 10 faizlik irəliləyişdən danışırsa sabahısı gün «Alimlər xərçəngi sağaltmağın yolunu tapıb» adlı məqalə çıxacaq. Alim söhbətində «Biz gələcəkdə xəstəliklərin sağalmasında irəli aparacaq nəzəriyyələr üzərində işləyirik» desə manşetdə «Alimlər gələcəyə boylanır» başlığı işıq saçacaq. Müsahib söhbətin istiqamətini bəyənməyib jurnalisti məlum istiqamətdə yollayıb yağlı söyüşlə söysə manşetdə «Alim jurnalisti zorladı» başlığı yüzlərlə oxucu cəlb edəcək. Maraqalısı odur ki, dırnaq arasında yazılmış cümlənin hər birini başqasına, məsələn «Röya Aygünü söydü» cümləsinə dəyişdirsək bu, nəticəni dəyişdirməyəcək. Jurnalistlər başlığın sonuna sual işarəsi qoymağı da sevir. Çünki başlıq «Röya Aygünü söydü?» kimi yazılsa kimsə müəllifi məhkəməyə çəkə bilməz. İnternet resurslarında da hər şey eynən təkrar olunur. Bütün elmi nailiyyətləri «Britaniya alimləri» tapır. «Şok!!!» yaşanır, «Dedilər», «Göstərirlər», «Sirrlər açılır!», hər sözün arxasında 3 nida və ola bilər 3 nöqtə”¦ Bu resept bayağıdır, amma həmişə işləyir. Mənim arxivimdə ən uğursuz, amma çığıran başlıqlı yazılar ən çox oxunan olur. Jurnalistlər bu tip frazaları bir-birindən mənimsəyir və onlar internetdə virus sürətilə yayılır.
Amerikalılar deyir ki, jurnalistin milçəkdən fərqi odur ki, sonuncular üstəlik mürəbbəni də sevir. Jurnalist nədən istəsən yaza bilər. Hər hansı peşənin sahibi olmaq üçün əvvəl oxuyursan, sonra peşə üzrə çalışırsan, yalnız bundan sonra peşəkar sayıla bilərsən. Hamı bilir ki Azərbaycan jurnalistikasında jurnalistika fakultəsini bitirib sonra KİV-də çalışmaqla tanınan peşəkarları barmaqnan saymaq olar. Məşhur jurnalistlər yaxşı halda yaxın peşələrin, məsələn filologiyanı, tarixi, kitabxanaçılığı bitirənlərdir. Bəzən riaziyyatçı, iqtisadçı peşəli jurnalistlər siyasət, ya da mədəniyyətdən yaza bilər. Bəzən burada «universal jurnalist» termini də işlədilir. Yəni ki, redaksiyada müəyyən istiqamət seçməmiş jurnalist bu gün mədəniyyətdən, sabah siyasətdən, biri gün isə cəmiyyətdəki problemlərdən, sosial yönümdə yazılar yaza bilər. Mən dəfələrlə musiqiyə dəxli olmayan adamların özünü muşiqişünas adlandırıb mədəni hadisələrə şərh verməsini görmüşəm.

Buterbrod jurnalistikası

Bəs kim bilir, jurnalistlər nəyi sevir, nəyi yox? Onlar pres-konfranslara və prezentasiyalara getməyi sevir. Çünki orda müftə yemək-içmək olur. Təşkilatçı simicdirsə heç olmasa blaknotdan, qədəmdən nəsə qoparıb qabaq düşmək olar. Öz aramızda buna buterbord jurnalistikası da deyilr. Amma burada yeyilən buterbrodlar «çörək kəsmişəm» kateqoriyasına aid edilmir. Yəni bir yerdə yeyilmiş buterbrod həmrn adam barədə gic-gic şeylər yazmaqdan sığortalamır. Bir də ki, əvvəlcədən müəyyənləşdirilmiş, danışılmış sualları verməklə jurnalist bir xeyləm qabaq düşə bilər.
Təcrübəli jurnalist müsahibə verməklə almaq arasındakı fərqi çox yaxşı bilir. Uğurlu jurnalistə həmişə verirlər, amma o, almır”¦ Bu səviyyəyə çatanacan pulsuzluq yollarında çoxlu maneələr olur. Təzə başlayan jurnalist ordan burdan köçürüb altında imza atır. Cümlələri səylə dəyişdirdiyinə görə yazdıqlarının müəllifi olduğunu şəstlə düşünür. Bu, onu əsil müllifin onu divara dirəyib təkzib istəməsinə qədər davam edir. Bəzən əsil müəllif duyuq düşmür və «uğurlu» reportajlar redaksiyadan çıxmadan yazılaraq səhifələrə doldurulur. Bəzən oğru o qədər ustalaşır ki, onu plagiatda ittiham etməyin özü çox çətinləşir. Jurnalistikada pul yoxdur demək pulu tam inkar etmək bir şeydir. Amma qara və ağ piar üçün cibə girən pulları saymaq üçün «jurnalist tədqiqatı» aparanlar heç vaxt rəqəmləri açıqlamır.

Standartdan kənar yaradıcı yanaşma

Yaxşı ki, son illər nümayişləri işıqlandırmaq üçün küçələrə çıxan jurnalistlər sarı jiletlər geyir, ya da heç olmasa vəsiqəsini boynundan asırlar. İnternetlə səs küylü nümayişdən olan reportaja baxırsan, sarı jiletlərin sayından kimin kim olduğunu görür və gülümsəyirsən. Polis bir nəfəri çığırda-çığırda aparır və 5 nəfər bu hadisəni müxtəlif rakurslardan çəkir. 5 jurnalist kolleqasının çəkdiyi kadrda «çoxsaylı» nümayişçilər kimi təqdim edilir. Bəzən sarı jiletlilərə də təpikdən, şillədən pay düşür. Bəzən fotoaparatlar ayaq altına, mənəviyyat isə gözdən düşür. Sonra redaksiyaya gəlib təəssüratı bölüşəndən sonra müəllif normal oxucunun sayıqlama saya biləcəyi bir mətn yazıb onu kreativ başlıq da qoyur. Jurnalistlər buna müəllif üslubu, ya da «yeni, standartdan kənar yaradıcı yanaşma» da deyə bilərlər.
Təzə-təzə ürkək demək olarsa ürkəyə bənzər addımlarla jurnalistikaya gələnlər ilk əvvəl Hitlerin «Mayn Kamf»ını oxuyur, az keçmiş yeri gəldi-gəlmədi doktor Gebbelsi xatırladır və ondan sitat gətirirlər. Doktor Gebbels beyinlərin kütləvi şəkildə yuyulması məsələsinin banisidir və nəzəri əsaslarını qoymuşdur. Onun anlamında xalq şüursuz kütlədir və onun baş-beynin aparmaqla, eyni sözləri tez-tez və ucadan təkrarlamaqla rahat idarə etmək mümkündür. Onun daha bir tapıntısı təbliğat zamanı sirrli, müəmmalı, əlbəttə ki, konkret detalları olmayan hadisələri təqdim etmək bacarığı idi. Dünya jurnalistikası doktor Gebbelsin açdığı çığırlarla irəliləməklə bu yolu artıq böyük bir magistrala çevirib. Vurma cədvəlini bilməyən adamlara işıqlı (yaxud sonu dəbə görə çox qaranlıq) gələcək barədə emosional nağıllar danışmağa nə var ki? Ağzına gələni de, nə istəsən vəd ver, onsuz da kütlə sirrli və «Həppi end» sonluqlu nəyə desən inanacaq”¦ Almanlar deyirdi, Gebbels susursa, bu sox qəribədir? Artıq neçə illərdir Gebbels susur, amma onun işi davam edir. Deyək ki, Gebbels sağ olsaydı bu günün liderlərinin insan beyninə yeritdiyi absurd fikirlərdən, KİV-in beyinlərə doldurduğu zir-zibilin qədərindən, insanların bu boyda çirkabı həzm etmək qabliyyətindən heyrətlənərdi. Necə deyərlər, şagird ustadını üstələdi.

Jurnalistikanın hələ də işaran qalıqları

Söhbət hələ ki, ciddi jurnalistikadan gedir. Yəni sarı mətbuat, reket mətbuatı, bloqçuluq, feysbukçuluq hələ ki, nəzərə alınmır. Bloqçular monitor qarşısında oturub, xarici mətbuatdan çırpışqdırdıqlarını səhfəyə doldurub milli mətbuatın bir gecədə, hamılıqla məhv olacağı anı gözləyir. Bəzən nüfuzlu xəbər portallarının idarəçiləri də özünü bloqçu kimi aparıb xəbər çırpışdırıb müəllifi və mənbəni silməklə sayta yerləşdirir. Əlbəttə, cəmiyyətdə hamı ölübsə xəbər dalıyca kim gedəcək ki? Məncə şükür eləməyimiz lazım, çünki Qazaxstanda informasiyalarla bağlı qərar qəbul edilib. Ona əsasən çatda, ya da forumda fikir yürüdən insan jurnalistə bərabər tutulur və dediklərinin cəzasını barmaqlıqlar arsında çəkə bilər.
Jurnalistlərin əksəriyyəti xəbər çoxluğu içində yaşamasıyla bağlı olaraq soyuqqanlı və həyasız görünmək istəyir. Bu, bir növ özünü qoruma instiktidir. Həyasızlıq jurnalist üçün zirəklik kimi görünür. Bayram ərəfəsi olsa da deməliyik, jurnalist şüurlu insan növü kimi əvvəl səhifələrdən, sonra isə cəmiyyətdən silinib getməkdədir və az qala qırmızı kitaba düşmək ərəfəsindədir. Onun hələ işaran qalıqlarını bir neçə sayt və barmaqla sayılacaq qədər qəzetlərin səhifələrində özü də nadir hallarda görmək mükündür. Teledebatlarda «ulduz»larla üzləşdirilən jurnalistlər artıq mövqelərini tam uduzublar.

Jurnalist sürfəsi

Əgər kommersiya şirkətləri barədə nəsə yaxşı bir məqalə oxuyursuzsa bilin, onun haqqı çatıb. Belə olmasaydı müxbir «Şirkətiniz qarşısında duran problemlərdən və onların həlli yollarından danışın», Â«İşinizə görə utanmırsız ki?», «Düzünü deyin, mallarınızdan özünüz istifadə edirsinizmi?», ya da «Şirkətiniz qiymətləri aşağı salıb. Yəni hər şey bu qədərmi pisdir? Sizi irəlidə bankrotluq gözləyirmi?» kimi suallar verəcəkdi. Əvəzində siz oxuyursuz: «Bu cür uğuru necə əldə elədiz?», «Keyfiyyətin yüksək olmasına baxmayaraq siz qiymətləri aşağı saldız. Bu hamı üçün rahat əldə edilən olmaq üçün idi?», «Bir qədər ailənizdən danışın, evdə də öz mallarınızı işlədirsizmi?», «Tərifləmək olmasın, mən sizin rəqiblərinizin mallarından istifadə etmişəm, heç müqayisə edilməz dərəcədə fərqlisiniz. Bunu necə əldə etdiz?»
Biz tənqid, ya da tərif jurnalistikasıyıq. Yazıda neytral olmaq hər kişinin işi deyil. Tərəflərin hər ikisini danışdırmaq artıq yüksək pilotajdır. Yəni hər iki tərəflə görüşüb danışıq əldə etmək deməkdir. Oxucu da artıq bilir, tərif edirlərsə oxumalı deyil. Tənqid edirlərsə bəlkə nəsə maraqlı məqamlar olar. Üzümüzü yenə də klassiklərə tutaq: Çexov deyirdi ki, «Tənqidçilər elə tip adamlardır ki, onlar vaxtilə şair, yazıçı, tarixçi, bioqraf olub istedadlarını bu istiqamətdə artıq yoxlayıblar. Uğursuzluğa tuş gələndən sonra tənqidçi olublar». «Hər bir axmaq tənqid edə bilir, çoxları da elə bununla məşğul olur» - S. Qarbett
Danşdıqlarımız artıq illər uzun yazı yazmaq bacarığı və hətta üslubu olan jurnalistlərə aiddir. Daha aşağı kateqoriya da var ki, onlar bəlkə də jurnalist sürfələri adlanmağa layiqdir. Onlardan hər redaksiyada var. Onlar gəlirlər və yaza-yaza yazmaq öyrənirlər, cümlə qurub orfoqrafiya qanunlarının sərt zəncirini gəmirirlər. Bəzən sonunda cümlə qurmaq alınır, bəzən isə alınmır. Amma bu, həmin adamı yararsız sayıb redaksiyadan uzaqlaşdrmağa əsas vermir. Sonra bu tip jurnalistlər sürfə mərhələsindən çıxmamış staj, zirəklik və çeviklik hesabına redaktor səviyyəsinə qədər yüksələ bilirlər.
***
Heç nə ilə qorunmayan oxucu beyni üçün bəlkə də bu informasiya tamamilə lazımsızdır. Jurnalistlər bilərəkdən aşağı səviyyəli yazılar yazır, şit verilişlər çəkir və ağıllı görünməkdən qaçırlar. Çünki geympley, jurnal qrafikası və baş qəhrəmanın «süd vəziləri»nin görüntüsündə böyümüş nəsil yetişib. Həmin nəsilin artıq saçları ağarmaqda, mimik qırışları əmələ gəlməkdədir. Beyinlərin yuyulması məsələsində rolunu anlayıb ayaq saxlamaq oxucu və dinləyici ilə bərabər maddi durumu itirmək deməkdir. Bu heç kimə lazım deyil.
P. S. Bununla belə, Media Hüququ İnstitutunin nümayəndəsi Xalid Ağalıyev deyib ki, bu ilin ilk 6 ayında söz azadlığı sahəsində vəziyyət yaxşılaşmayıb. Hazırda məhkəmələrdə jurnalist və qəzet redaksiyaları ilə bağlı 27 iş var. Dünyada da anoloji proseslər gedir. Jurnalistlər təqib edilir, məhv edilir, susdurulur. Amma jurnalistlərə qarşı təpkilər onları daha sıx birləşməyə vadar edir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]