Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Ölkədəki hər üç bankdan biri zərərlə işləyir»

«Ölkədəki hər üç bankdan biri zərərlə işləyir»
Bölmə :
Müsahibə
Yayım tarixi :
20/7/2012 [12:39]
Baxılıb :
1206 dəfə
Əli Məsimli: «Yeni inkişaf modelinə keçid demokratik islahatların yeni mərhələsinə başlanılmasını zəruri edir»
«İnhisarçılıq və korrupsiya problemini həll etməklə çox möhtəşəm bir dövlət qurmaq olar”¦Â»

Prezident İlham Əliyevin rəhbərliyi bu ilin birinci yarısının yekunlarına həsr edilən hökumətin son müşavirəsində ölkənin sosial-iqtisadi həyatında bir sıra uğurların olması barədə fikirlər səsləndirdi. Amma müxalifət neftdən asılı olan ölkə iqtisadiyyatının tənəzzülə uğradığını, korrupsiya və inhisarçılığın, dövlət vəsaitlərinin hakim zümrə tərəfindən talan edilməsinin böyük fəlakətlərə səbəb olacağını bildirir. Milli Məclisin İqtisai siyasət komitəsinin üzvü Əli Məsimli qəzetimizə müsahibəsində bununla yanaşı, özəl banklara olan müdaxilələr, əmanətlərin qaytarılması prosesi və günün başqa aktual məsələləri ilə bağlı sualları da cavablandırıb. Müsahibəni təqdim edirik.

- Əli müəllim, Azərbaycanda 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanda 2012-ci ilin birinci yarısında ÜDM-in artım tempi 2011-ci illə müqayisədə bir qədər artıb və 0,1 faizdən 1,5 faizə çatıb. Amma bu ilin altı ayında qeyri-neft sektorunda artım tempi bundan 7,5 dəfə sürətli olaraq 11,3 faizə çatıb. Bu yaxşı haldır. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. İnflyasiya 2,2 faiz təşkil edib. Bununla belə onu da qeyd etmək lazımdır ki, əhalisinin artım tempi 1 faizdən yüksək olan Azərbaycanda bu cür yüksək templə artımın təminatını lazımi dərəcədə qarşılamaqdan ötrü, bizə ildə 1,5 faizlik yox, ən azı orta hesabla 4 faiz, əslində isə 8 faiz ətrafında artım lazımdır. Bu onu göstərir ki, indiyədək tətbiq olunan və çox yüksək artım templərinə nail olmağa imkan verən iqtisadi inkişaf modelinin imkanları artıq tükənir. İnsan kapitalından, sərvət amilindən və inteqrasiya imkanlarımızdan kompleks şəkildə səmərəli istifadəyə əsaslanan yeni- innovasiyalı inkişaf modelinə keçməliyik. Bu isə iqtisadiyyatla yanaşı cəmiyyət həyatının bütün sahələrində demokratik islahatların yeni mərhələsinə başlanılmasını zəruri edir. Azərbaycan iqtisadiyyatının yüksək sürətli və davamlı inkişafını etibarlı şəkildə təmin etməyin ən zəruri şərtlərindən biri kimi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və sağlam rəqabətin dəstəklənməsini, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin güclənirilməsini, biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlavə tədbirlərin görülməsini, regionlarda yüksək maaşlı və rəqabət qabiliyyətli yeni iş yerlərinin dairəsinin genişləndirilməsini, texnokratların irəli çəkilməsinə üstünlük verilməklə, kadr islahatları ilə müşayət olunan institusional islahatların genişləndirilməsi, İKT-dan daha geniş və səmrəli istifadənin təmin edilməsini, sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılməsı və bu sahədəki problemlərin həllinin və əhalinin aztəminatlı təbəqəsinin güzəranının yaxşılaşdırılması işinin sürətləndirilməsini zəruri hesab edirik.

- Son zamanlar Azərbaycanda bank sektoru təlatüm içindədir. Ötən həftə daha bir iri bank bağlandı. Sizcə bank sektorunda əslində nə baş verir?

- Dünya maliyyə sistemi ən ağır dövrlərindən birini yaşayır. Bu sahədəki ağır durum dünya maliyyə bazarına inteqrasiyanın dərəcəsindən və daxili amillərlə bağlı bank sisteminin sağlamlıq vəziyyətindən asılı olaraq müxtəlif ölkələrin bank sisteminə müxtəlif cür təsir edir. Hətta ABŞ-ın və Avropanın aparıcı ölkələrinin kifayət qədər güclü bankları böhranın dağıcı dalğasına düşıb, çox ciddi zərbələr aldılar. Onların bir hissəsi bağlandı, digərləri dövlətdən borc almaq məcburiyyətində qaldılar. Obyektivliklik hissini itirməyən hər kəsə məlumdur ki, Azərbaycan maliyyə sistemi dünya maliyyə sisteminə ən yaxşı halda, orta səviyyədə inteqrasiya olunub və bu baxımdan, gözlənildiyi kimi, Azərbaycan bankları bu böhranın dağıdıcı dalğasından az itki ilə çıxa bildilər.Təbii ki, bu müsbət dəyərləndirilməlidir. Beynəlxalq praktikada bank ağır vəziyyətə düşəndə ya iflasa gedir, ya da ki, dövlətin maliyyə dəstəyi ilə dirçəldilir. Amma Azərbaycanda nə müflisləşmə mexanizmi işləyir, nə də Qərb ölkələrində olduğu kimi, belə vəziyyətlərdə banklar dövlətdən yetərli qədər maliyyə dəstəyi alır. Bir tərəfdən, dünya maliyyə sistemindəki kataklizmlərin davam etməsi, bu konteksdə ortaya çıxan yeni risklər və təhlükələr, digər tərəfdən isə dünya bank sisteminə tam inteqrasiya olunmayan sektorun problemləri xaricdən çox daxili amillərlə bağlı olduğundan, Azərbaycanın bank sektorunun yeni çağırışlara cavab verən səviyyəyə çatdırmaqdan ötrü islahatların yeni mərhələsinə başlanılması zərurəti yaranıb. Məlumdur ki, Azərbaycanda “yad” bank yoxdur, hamısının konkret “arxası” var. Bununla belə,“Texnikabank”da baş verən proseslər müvafiq qurumlar açıqlama verdikdən sonra, əlahiddə təhlilə ehtiyacı olan məsələdir. Amma Azərbaycanda iri banklara qarşı hücumların davamlı hal alması, bir neçə iri bankın sıradan çıxarılması görüntüsü yaradan proseslər, fikrimizcə, əslində daha çox banklarla bağlı səlahiyyətli fərd və qurumların bu sektorda təmərküzləşmənin yeni mərhələsinə bir qədər ağrılı üsullarla başlamasıdır.

- «Royalbank»ın bağlanmasına əsas səbəb kimi «Vikliks» saytında yayımlanan İranın çirkli pullarının yuyulması ilə bağlı məlumat göstərilir. Sizcə bu, həmin bankın bağlanmasına nə dərəcədə əsas verib?

- Postsovet məkanında, o cümlədən onun bir həlqəsi kimi Azərbaycanda ən qapalı sahələrdən biri bank sektoru olduğundan, bu fikri təsdiq və ya inkar etməkdən otrü əlimizdə təhlili material və ya faktlar yoxdur. Bunu yalnız aidiyyatı orqanlar aıqlama verdikdən sonra mükəmməl şərh etmək olar. Bununla belə Azərbaycanda çirkli pullarının yuyulmasına qarşı mübarizə ilə bağlı qanunun qəbul edilməsi Mərkəzi Bankın üzərinə bu sahədə çox ciddi məsuliyyət qoyub və təbii ki, Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində həmin funksiyanı yerinə yetirməlidir.

- Azərbaycanda bank sektorunda bu hallar davam edərsə, nəticəsi necə olacaq?

- Azərbaycanın bank sektoruna aid bankların bir hissəsinin fəaliyyəti tədricən öz relsinə düşsə də, digərləri dünya maliyyə böhranından sonra hələ də özünə gələ bilmir. Ölkə bankları arasında zərərlə işləyənlərin sayı artır. Fəaliyyətdə olan hər 3 bankdan biri yaxşı vəziyyətdə deyil və ya zərərlə işləyir. Bir qisim banklar istisna olmaqla, əksər banklarda kapitallaşma problemi yetərli səviyyədə öz həllini tapa bilməyib. Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında məntiqi əlaqə mövcud deyil. Uçot dərəcəsinin azalması, kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrində demək olar ki, təsir göstərmir. Azərbaycanda kommersiya banklarının faiz dərəcəsi keçmış SSRİ məkanında ən yüksək dərəcələrdən biridir. Banklar kredit riskinin idarə edilməsini təkmilləşdirməlidirlər. Problemli kreditlər getdikcə artır. Korporativ idarəçilik sahəsindəki problemlər, korporativ müştərilərlə müqavilələrdə şəffaflığın olmaması, eləcə də daşınmaz əmlak bazarında sabit mürəkkəb vəziyyətlə bağlı problemli kreditlərin qaytarılması çətinləşir. İqtisadi amillərlə yanaşı, inzibati, yəni həm obyektiv, həm subyektiv amillər bank sektorunun problemlərini artırır. Təbii ki, bank sisteminin dayanıqlığının və fəaliyyətinin səmərəliliyini artırmaqdan ötrü böhrandan sonrakı dövrün tələbləri kontekstində zəruri tədbirlər görülməlidir. Bu istiqamətdə görülən işlər içərisində bank sistemində təmərküzləşmənin sürətləndirilməsi, ilk növbədə bankların sayının azaldılması istiqamətində atılan addımlar daha çox nəzərə çarpır. Beynəlxalq praktikada özünü doğrultmuş üsullardan yaradıcılıqla istifadə edilsə, az ağrılı yolla bank sektorunun dayanıqlığı artırıla, hazırkı bədbin gözləntilər tədricən nikbin perspektiv gözləntiləri məcrasına yönələ bilər.

- Parlament Rəqabət Məcəlləsini yenə qəbul etmədi. Bu Məcəllənin qəbulunu əngəlləyən hansı maneəni görürsünüz?

- Doğrudan da, son illər Rəqabət Məcəlləsi Milli Məclisin qanunvericilik işləri planında əsas yerlərdən birini tutsa da, hələlik plenar iclasın müzakirəsinə çıxarılmayıb. Bunun səbəbinin obyektiv tərəfi onunla bağlıdır ki, Rəqabət Məcəlləsi üzərində həm Azərbaycan, həm də xarici ekspertlər səviyyəsində iş getdiyi barədə məlumatım olsa da, bütün məqamları razılaşdırılmış son variantın özü hələlik ortaya çıxarılmayıb. Subyektiv tərəfi isə budur ki, hansısa “yüngül əllərin” sayəsindəsə bu Məcəllənin plenar iclasa çıxarılması ləngidilir. Azərbaycanda inhisarçılıq və korrupsiya problemini etibarlı şəkildə həll etməklə çox möhtəşəm bir dövlət qurmaq olar. Belə ki, belə dövlətin ərazısinin 20 faizini işğalda, əhalisinin 1 milyonunu qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum vəziyyətdə saxlamaq mümkünsüzdür. Bu iki amil Azərbaycana hər il çoxmilyardlı zərbə vurur, dövlətçiliyimizin dayaqlarını sarsıdır,təşəbbüskarlığı,azad sahibkarlığı, inkişafın lokomotivi sayılan azad rəqabəti boğur. Təkcə süni qiymət artımının bircə faizindən monopolistlər və işbazlar ildə 150 milyon, ümumilikdə süni qiymət artımından isə isə milyardlarla pul götürürlər. Ona görə də Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbuluna yönəlmiş səylər artırılmalıdır. Biz demirik ki, bu məcəllə qəbul ediləndən sonra hər şey düzələcək, amma inhisarçılıq sahəsində “sınma məqamının” başlanğıcını qoyacaq.

- Azərbaycanın ÜTT-yə üzvlük məsələsində maraqlı olmamasına necə baxırsınız? Həmkarınız Ziyad Səmədzadə illərdir ki, «tələsməməliyik» deyir.

- Azərbaycanda ÜTT-yə üzvlük məsələsində maraqlı olmaması kimi yox, ikili münasibətin olmasının bu prosesi gecikdirdiyini desək, vəziyyəti daha dəqiq ifadə etmiş olarıq. Azərbaycan bir tərəfdən, ÜTT-yə üzvlükdə maraqlı olduğunu bəyan edir, müəyyən danışıqlarda fəal iştirak edir, digər tərəfdən isə bu sahədə görülməsi zəruri olan ümumi işlər çox ləng həyata keçirilir. Hələ onlarla qanun qəbul edilməli və ya əlavə və dəyişikliklər edilməlidir. Dənizin sahilində oturub, dənizdə üzənlərə baxmaqla üzməyi öyrənmək olmaz, gərək üzməyi öyrənə-öyrənə dənizə yavaş-yavaş baş vurasan. ÜTT-yə girmək yox, hazırlıqsız girmək təhlükəlidir. Ona görə də Azərbaycan ÜTT-yə üzvlüklə bağlı 1997-ci ildə etdiyi müraciətlə 15 illik rerord qırdığından, artıq “tələsməmək” dən yox, “tələsmək”dən danışmalıyıq. Çünki zaman keçdikcə Azərbaycanın ÜTT-yə üzvlük məsələsi ilə bağlı şərtlər getdikcə sərtləşir.

- Yeri gəlmişkən, Rusiyanın ÜTT-yə üzv olması Azərbaycana necə təsir edəcək?

- Rusiyanın ÜTT-yə üzv olması, fikrimizcə, Azərbaycana 3 istiqamətdə təsir göstərə bilər: Birincisi, Rusiyanın ÜTT-yə üzv olması Azərbaycanın bu təşkilata üzv olmaq sahəsində özü-özünə yaratdığı ən ciddi maneənin- psixoloji baryerin aradan qalxmasına müsbət təsir göstərə bilər. Bu da prosesin müəyyən dərəcədə sürətlənməsinə səbəb ola bilər. İkincisi, Azərbayan məhsullarının, xüsusən də ayrı-ayrı fərdlərin ənənəvi olaraq Rusya bazarına kiçik partiyalarla apardıqları malların həmin bazardə satımlasına probleblemlər yarana bilər. Rusiyanın ÜTT tələbləri səviyyəsində davranışları bu problemlərin miqyasını genişləndirə bilər. Üçüncüsü, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlarda ölkəmiz Rusiya tərəfindən əlavə yeni şərtlələ qarşılaşa bilər.

- Milli Məclisdə əmanətlərin qaytarılması məsələsini müvafiq qanun təqdim etməklə qaldıran bir millət vəkili kimi, bu sahəsindəki işləri necə dəyərləndirirsiniz? Bəzi iqtidaryönümlü iqtisadçılar hesab edirdilər ki, əmanətlərin qaytarılması inflyasiya yarda bilər”¦

- Sovet dövründən qalma əmanətlərin qaytarılması postsovet məkanına aid ölkələrin hamısında ağır gedib. Ona görə də Azərbaycan vətəndaşlarının müəyyən problemlərın yaşanması, bu prosesin mürəkkəbliyi təbii haldır. Amma bu sahədə inflyasiya təzyiqi gözlənilən olsa da, inflyasiya ilə bağlı təbii qanunauyğun və real problem yox dərəcəsindədir. İşbazlar əmanətlərin qaytarılmasında sui-istifadə edərək süni şəkildə inflyasiya yaratmasalar bu vəsait ciddi inflyasiya mənbəyi ola bilməz. Ona görə ki, qaytarılan vəsaitin məcmusu dövriyyədəki pula, pərakəndə əmtəə dövriyyəsinə, əhalinin məcmu xərclərinə və s. bu kimi göstəricilərə nisbətdə 1-2 faizin arasındadır ki, bu da ciddi inflyasiya yaradan rəqəmlər deyil. Hökumət süni qiymət artımına qarşı tədbirlər görməlidir ki, işbazlar əhaliyə verilən bu əmanətlərə tamah edib, süni şəkildə qiymətləri artıraraq əhalinin 20 il gözlədiyi həmin pulları bahalaşma yolu ilə mənimsəyə bilməsinlər.

Pərviz Həşimli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]