Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Köçkünlərin rahat yaşamaq dərdi…

Köçkünlərin rahat yaşamaq dərdi…
Bölmə :
KİVDF
Yayım tarixi :
10/5/2013 [10:16]
Baxılıb :
721 dəfə
Pedoqoji Universitetin tələbə şəhərciyində məskunlaşanlar köçürüləcəkləri günü gözləyirlər

Bu ilin yanvar ayının sonlarından Bakıdakı universitetlərin tələbə şəhərciyində məskunlaşan köçkünlərin köçürülməsinə başlanılıb. Onlar əsasən Müşfiqabad və Mehdiabad qəsəbələrində salınan şəhərciklərə köçürüldülər.

Rəsmi məlumatlara görə, hazırda Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da bir hissəsi tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar. Onlardan biri də Dərnəgül qəsəbəsində yerləşən Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetin 2 saylı yataqxanasıdır.

Bu günlərdə yataqxanada uçqun olub. İnsanlar köçürüləcəkləri günü gözləyirlər. Köçkünlər suyun və işğın olduğunu desələr də, mavi yanacağın olmadığını bildirdilər. 

Söhbət etdiymiz sakinlər deyirlər ki, məcburi küçkünlərin köçürülməsi xəbərinə sevinirlər. Amma onlar üçün bu yuxu kimi görünür. Köçkünlər bildirir ki, yataqxana şəhərin mərkəzinə yaxın olsa da, köçürülmələrinə tərəfdarıdırlar. Buna səbəb yataxanada mənzil-məişət şəraitinin olmamasıdır.

Hər şeyin yaxşı olacağına ümid edirlər

“Otaqlar 16 kvadratmetrdir. Burada məişət əşyaları yığanda otaqın ərazisi da daha da azalır. Baxın, 20 ilə yaxındır ki, biz Ağdamdan məcburi köçkün düşümüşük. Oradan gələn körpələr, uşaqlar indi böyük adam olublar. Ailə qura biləcək nəfərlərdir. Bunun yayı, qışı var. Paltarı dəyişərkən, yatarkən psixaoloji gərginlik yaşayırıq. Məsələn, yay fəslində yatarkən otaq isti olur, bəzən unudub üstünü aça bilirsən, bu da ayıbdır axı. Böyük-kiçik, qız-oğlan, evlənəsi qardaş-bacı var. Bax, bunları biz düşünürük. Sonucda gərginlik yaranır, mənəvi əzab çəkirik. Biz bunda qurtulmaq istəyirik. Adam var, evinə gəlin gətirib, o qaynata ilin qışında, yayında eyvanda yatır. Çünki, başqa yolu da yoxdur. Bax bu dərd bizi üzür”, - deyə Ağdamdan məcburi köçkün Araz bəy bildirdi.

Araz bəy bu günlərdə olan uçqundan narahat oldqularını etiraf etdi: “Uçqun 5 mərtəbəli yataqxanının 3-cü mərtəbəsinin mətbəxində oldu. Uçqun baş verən mərtəbədə 24, bütünlükdə binada isə 125 ailə yaşayır. Uzun illərdir binanın su-kanalizasiya sistemi bərbad durumdadır, mərtəbələr arasındakı sızmalar binanın zirzəmisinin su ilə dolmasına səbəb olub. Nəticədə binanın müxtəlif hissələrində çatlar əmələ gəlib. Yataqxanada məskunlaşanlar Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilandan məcburi köçkünlərdir”.

Məcburi köçkünlərin arzuları...

Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, onlar köçürüləcəkləri zaman narazılğın olmayacağına əmindirlər. Təki köçürülmə olsun deyirlər. Köçürülmə zamanı övladlarının təhsil almaq üçün məktəblərin olacağına ümid edirlər. Uşaq bağçalarının tikiləcəyi xəbərinin gerçəkləşərsə, bunun da arzuolunan hesab edirlər. 

Bir sözlə məcburi köçkünlər hər şeyin yaxşı olacağına ümid edirlər. Onlar Dağlıq Qarabağ probleminin həllinə də ümidlidilər.

Mənzillə yanaşı məşğuliyyət probleminin həllini istəyirlər

Məcburi köçkünlər hesab edir ki, onların mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məşğulluq məsələsi həll olunmalıdır. Hazırda onlar arasında Dərnəgul bazarında alver etməklə çörək pulu qazananlar var.
“İş vacib məqamlardan biridir. Düşünürəm ki, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə iş yerlərinin açılması onlar üçün ən böyük kömək ola bilər. Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün prezident tərəfindən məbləğin bir neçə dəfə artırılması, əlbəttə ki, onun yurdlarından məhrum olmuş vətəndaşlarımıza göstərdiyi diqqətin, qayğının göstəricisidir və birmənalı təqdir edilməlidir. Güman edirəm ki, ilk növbədə, hazırda köçkünlərin ən ağrılı yerlərindən biri olan mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır. Bununla bərabər, ən vacib problemlərdən biri də işsizlikdir və bu istiqamətdə konkret işlərin görülməsinə ehtiyac var. Bu gün respublikanın müxtəlif bölgələrində köçkünlər üçün qəsəbələr salınır. Bunlar gözəldir, amma biz vətəndaşların əsas problemi işsizlikdir. Bu baxımdan oralarda hər hansı istehsal müəssisəsi, sex tikilsə, bəlkə də yüzlərlə ailənin işlə təmin olunmasına imkan yaranar”, deyə məcburi köçkünlərdən olan Nağı Quliyev bildirdi.

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılacaq

Söhbətimizə qoşulan yeni Azərbacyan Partiyasının üzvü olan, adının çəkilməsini istəməyən iqtisadiyyat müəlliminin sözlərinə görə qaçqın və məcburi köçkünlərin böyük himayədarı var: “O da dövlət başçısıdır. Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir”.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Müəllim deyir ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər: “Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Hər il məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni yaşayış məhəlləsi, qəsəbəsi istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirir: “Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün…

Xatırladaq ki, 26 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəddə yazılıb: 
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 (on dörd) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Tikinti işləri nə vaxt tamamlanacaq?

Bu ilin əvvəlində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdi ki, 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq.
O, vurğulamışdı ki, 2012-ci ildə Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 beşmərtəbəli yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilib.
Əli Həsənov 2013-cü ildə Saatlı, Oğuz və Beyləqan rayonlarında da axıska türkləri üçün 142 mənzilin tikiləcəyini bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bu il üçün nəzərdə tutulan bütün tikinti işlərinin avqust-sentyabr aylarına kimi tamamlanacağını bildirib.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]