Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Ölüm təhlükəsi ilə üzləşən 80 ailə kömək istəyir

Ölüm təhlükəsi ilə üzləşən 80 ailə kömək istəyir
Bölmə :
KİVDF
Yayım tarixi :
9/5/2013 [10:24]
Baxılıb :
624 dəfə
Vətəndaşlara verilməli olan mənzillər başqalarına satılıb

Bakının Cavanşir küçəsində yerləşən Tağıyev adına toxuculuq kombinatın 4 saylı yataqxanasının sakinləri dövlət qayğısına ehtiyacı duyurlar. Sakinlər qəzalı binada hər baş verəcək hadisədən ehtiyyatlanırlar. Onlar həyatlarına qarşı təhlükənin hər gün daha da yaxınlaşdığını bildirirlər.
Binaya yaxınlaşdıqda, mənzillərin bəzisində yaşayışın olmadığı pəncərələrdən də görünür. Sakinləri köçürülmüş mənzillərin pəncərə və divarları uçurulmuş vəziyyətdə idi. Pilləkənləri də uçmuş binanın döşəməsində hər addımda ayağın altında beton parçaları tərpənir. Döşəməyə yamaq vurulmuş taxta parçaları üzərindən keçərək ümumi mətbəxə girdikdə, yuxarı mərtəbələrdən süzülüb gələn suların tavanı, divarları yuduğu görünürdü.
Köçürülmüş evlərdə qapı da olmadığından küləyin qarşısını kəsmək üçün sakinlər evlərə pərdə çəkiblər. Eyvanların betonu isə əvvəldən bir neçə dəfə qırıldığına görə sakinlər eyvanlara nə özləri çıxır, nə də uşaqlarını qoyurlar.

“Bir ay ərzində problemin niyə həll olunmadı?

Yataqxanada yaşayan 80 ailə artıq qəzalı binada qalmağın mümkün olmadığını deyir. “Amma bizə yeni mənzillər də verilmir. Heç kim şikayətimizə məhəl qoymur. Bu il baş nazirin müavini Abid Şərifovla görüşdük. O, bir ay ərzində problemin həll olunacağını vəd etmişdi, ancaq bu baş vermədi”, deyə sakinlərdən Məhəbbət xanım şikayətləndi.
Məhəbbət xanımın sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyətindən sakinlərə deyiblər ki, onlara bir şərtlə mənzil veriləcək ki, şikayət etməsinlər. Yataqxananın sakinləri isə binaya baxış keçirmək üçün ekspert tutublar. Ekspert deyib ki, 3,5 bal gücündə zəlzələ olsa, bina uçacaq və təmiri də mümkün olmayacaq.
Onlar dünən yenidən Prezident Administrasiyasına üz tutmuşdular.
Sakinlər problemləri həll olunmayacağı təqdirdə “Qara bayraq” adı verdikləri aksiyaya başlayacaqlarını vəd etmişdilər. Şikayətçilərin sözlərinə görə, “Qara bayraq” rəmzi məna daşıyır, sakinlər bununla həyatlarına olan təhlükəni ictimaiyyətə göstərmək niyyətindədirlər.
Onlar dövlət qayğısına ehtiyaclarının olduğunu vurğulayaraq, qəzetimiz vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət etdilər.
Şikayətçilər deyirlər ki, binlarının qəzalı durumda olması ilə bağlı dəfələrlə Prezident Adminitrasiyasında, Nazirlər Kabinetində qəbulda olublar.

“Qorxa-qorxa yaşayırıq”

Yataqxana sakini Anar Məmmədov: “Mətbəxdə yemək bişirmək olmur, su yeməyin içinə, uşağın üstünə damır. Uşaq çölə çıxa bilmir, qorxuruq beton tökülər. Yaşayış deyil bu”¦”.
Qumaş Qasımova da yataqxanada qorxa-qorxa yaşadıqlarını deyir: “Dedim sökməyin, külək olanda zibil başımıza gəlir. Siçovul stolun üstündən yeməyi götürüb qaçır. Uşaqları qoruyuruq ki, gəlib qulağını, ayağını dişləməsin”.
Yataqxanadan yeni evə köçürülmüş Aygün Baxşıyeva deyir ki, Hacıbala Abutalıbov yataqxanaya gələndə darısqallığı görüb və deyib ki, bura genişlənməlidir, bina çox yüklənib: “Bu gün-sabah qız köçəcək, oğlan evlənəcək. Ona görə də sağ olsunlar, gəlib tədbir gördülər. 80 nəfəri yerləşdirdirlər, 80 nəfəri də deyirlər yerləşdirəcəklərini deyirlər”.

“Hacıbala Abutalıbov sakinlərə söz verib ki”¦”

1985-ci ildən toxuculuq kombinatında işləyən yataqxana sakini Bircəgül Cavadova isə deyir ki, 2003-cü ildə yataqxananın balkonunun uçması nəticəsində 1 nəfər həyətə düşüb. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov yataqxanaya gələrək sakinlərə söz verib ki, onlar üçün torpaq sahəsi ayrılacaq və yeni bina tikiləcək. 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə sakinlərə bina tikintisi üçün Xətai rayonun Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi küçədə 40 sot torpaq ayrılıb”.
“Sonra “Bakı Şəhər İcra Hakimiyyəti bu işi necə həll etdisə, 80 ailə köçdü, 80-i qaldı. İndi bizi heç kəs eşitmir. Deyirlər sizə torpaq verilib, ev tikilib. Orada 230 ev var, iki sarı binadır. 10 sot torpaqda tikilib, 30 sot da onlara pay qalıb. Deyirik bizi niyə köçürmürsüz. Deyirlər meriyadan nə vaxt sərəncam gələr, köçürərik. Bu icra hakimiyyəti isə bizi yaxına buraxmır”, Bircəgül Cavadova bildirdi.
Onun sözlərinə görə, əvvəl kombinatda işləmiş sakinlər qala-qala başqa sakinlər yeni binalara köçürülüb: “Buradan köçürülənlərin içində qaçqın da köçüb, amma biz köçmədik”.
Yataqxanada yaşayan Güldanə Zalıyeva deyir ki, ailələrin yarısı yeni tikilən binaya köçürülüb yarısı qalsa da, o ərazidəki torpaq sahəsi 160 ailənin hamısınındır.

İcra nümayəndləri gəlib baxıb gedirlər

Şikayətçilərin sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və 137-ci Mənzil Kommunal Təsərrüfat Sahəsinin əməkdaşları yataqxanaya arabir baş çəkirlər, sakinlərin şikayətini dinləyib gedirlər. Ancaq ortada nəticə yoxdur.
Şikayətçilər binanın necə qəzalı duruma düşməsi bununla əlaqədər görülən tədbirlərin tarixi ardıcılığı xatırlatdılar. Belə ki, 4 saylı yataqxana 2000-ci ildə baş vermiş zəlzələdən sonra qəzalı duruma düşüb. Bununla bağlı sakinlər Bakı meriyasına müraciət ediblər, meriya isə Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Baş nazirin müavini Abid Şərifovun imzası ilə Bakı meriyasına sakinlər üçün yeni bina tikintisi başlamaq qərarı verilib. Bakı İcra Hakimiyyəti 2004-cü ildə Sadıqcan küçəsində sakinlər üçün bina tikilməsinə 40 sot torpaq sahəsi ayırıb.
Bakı meriyasının tövsiyyəsi ilə sakinlər öz aralarından 5 nəfər seçməklə “Ümid” tikinti kooperativi təsis ediblər. 2008-ci ildən tikinti işlərinə başlanılıb. 2012-ci ilin mayında hər biri 18 mərtəbə olmaqla 346 mənzillik iki bina tikilib istifadəyə verilib. Sənədlərə görə binanın maliyyə işlərini “Oğuz”, “Aqora” və “Beta-Layn” şirkətləri həyata keçiriblər.
2012-ci ilin mayında 160 ailədən 80-ninə həmin binalarda mənzil verilib, qalan 80 ailəyə və əlavə olaraq 12 qaçqın ailəsinə mənzil verilməyib. Yataqxanadakı ailələrə verilən mənzillər 40-45 kv.metr, satlıq mənzillər isə 60 kv.metr olub.
Mənzil ala bilməyən 80 ailənin nümayəndələri müraciət etdikdə onlara evlərin artıq satıldığı deyilib. Sakinlərin sözlərinə görə mənzillər verilən zaman onların bir qisminə kommunal xətlər çəkilişilə bağlı Bakı meriyasına ünvanlanacaq kağızlara imza atdırıblar. Sonradan bəlli olub ki, bu kağızlar sakinlərin yataqxanada qalmaq istəmələri və yeni mənzil almaqdan imtina etmələri məzmunlu olub.

“Ümid” MTK-nın sədri Mahir Quliyev köçürülmənin püşk atma ilə olduğunu deyir

“Ümid” MTK-nın sədri Mahir Quliyev bildirir ki, yeni binaya köçürülən sakinlərin siyahısını onlara Bakı şəhər İcra Hakimiyyəti verib və siyahı püşkatma əsasında müəyyənləşib: ““Ümid” MTK özü həmin yataqxana sakinləri tərəfindən yaradılıb. Kimlərin ora köçürülməsinə dair püşk də BŞİH nümayəndələrinin iştirakı ilə atılıb. Bizdə olan sərəncamda həmin 80 nəfərin adı olub. Biz də o sənədi yerinə yetirmişik”.
Yataqxanada yaşayanlar iyunun əvvəlində Bakı şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirərək yolu kəsmək istəyiblər. Bu zaman BŞİH-dən onlara bildirilib ki, qalan 80 ailə kirayə çıxarıla və yataqxana təmir edildikdən sonra yenidən oraya köçürülə bilərlər.

«80 ailə də yeni mənzillərə köçürüləcək» 

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Sahib Məmmədov deyir ki, həmin yataqxana 1979-cu ildə inşa olunub. H.Z.Tağıyev adına Toxuculuq Kombinatı fəaliyyətini dayandırdıqdan sonra yataqxana BŞİH-in balansına verilib:
“Köçürülmə mərhələ-mərhələ olub - ailələrdən 1-dən 80-ə kimi gediblər, 80-dən 160-a qədər sonra gedəcək. Yarısı yerləşdirilibsə, yarısı da yerləşdiriləcək”. Sahib Məmmədov bu məsələnin ilin sonuna kimi həll ediləcəyini bildirir.

Natiq Cəfərli: “Dövlətin, hökumətin borcudur ki, sakinlərin problemini həll etsin» 

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, kombinatın yataqxanasının qəzalı vəziyyətdə olması barədə qərardan 10 il keçib. Hələ də sakinlərin yarısının köçürülüb yarısının qalması onların həyatına təhlükə yaradır. Nəsə olsa, məsuliyyət birbaşa icra hakimiyyətinin üzərinə düşəcək: “Binanın tikilməsi çox normal və yaxşı bir haldır, amma bu halın davamı gəlməlidir, qanun sonacan icra olunmalıdır. Çünki insanların mənzil, yaşama hüququ var. Dövlətin, hökumətin borcudur ki, bu hüququ təmin etsin. Həmin insanların bir hissəsinin bu hüququnu təmin edib, digərlərini diskriminasiya etmək heç də icra hakimiyyəti, hökumət üçün düzgün atılmış addım deyil”.
İqtisadçı qeyd edir ki, püşkatma ilə yalnız kimin hansı mərtəbə və mənzildə yaşayacağı müəyyənləşə bilər. Püşkatma ilə kimin mənzil hüququnun olub, kiminin olmamağı absurddur.

Ramid 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]