Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Evində ölmək qorxusu ilə yaşayan 125 ailə…

Evində ölmək qorxusu ilə yaşayan 125 ailə…
Bölmə :
KİVDF
Yayım tarixi :
8/5/2013 [10:35]
Baxılıb :
747 dəfə
Bakı meriyasının uçmaqda olan binanı təmir etməyə vəsaiti yoxdur
Paytaxta xarakterik olan bu problemin həlli yolları mənzil sahəsində islahatlardan keçir

Tağıyev adına Kombinatın 1 nömərli yataqxanasında yaşayan 125 ailə dövlət qayğısına ehtiyacı duyurlar. Vaxtı ilə kombinatın “Qızlar yataqxana”sı adlandırılan yaşayış binası qəzalı vəziyətdədir. Xətai rayonu, Cavanşır küçəsi 8 ünvanında yerləşən bu yataqxanda yerli sakinlərlə yanaşı məcburi köçkünlər də yaşayır. Burada Füzulidən, Ağdamdan, Zəngilandan, Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıblar. Tağıyev adına Kombinatın 1 nömərli yataqxanası 1958-ci ildə tikilib. Burada 1980-ci illərdən yaşayan ailələr də var.
Beş mərtəbəli binanın hər mərtəbəsində ümumi sanitar qovşağı möcuddur. Sakinlər sanitar qovşağının yararsız vəziyyətindən də şikayətlənirlər. Onlar porblemlərlə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına rəsmi müraciət etdiblər. Amma aidiyyatlı qurumlar məsələnin həllini bir-birinin üstünə atmaqla işlərini bitmiş hesab ediblər. Artıq binanın müəyyən mərtəbələrində daşlar tökülüb. Kanalizasiya sistemi, su borusu yararsız duruma düşüb, bütün sanitar qovşaqları su içindədir. Binanın kənarından da bu açıq-aydın görünür. Su divarla axıb zirzəmiyə tökülür. Zirzəmi su ilə doludur, burada olduğu kimi dəhlizdən də üfunət qoxusu gəlir. Mənzillərdə nəmişlik var.
Yatqaxanda yaşayanlardan olan Zərifə Yaşıldağ deyir ki, Prezident Administrasiyasına müraciət ediblər. «Bizi ordan göndərdilər Nazirlər Kabinetinə. Burda bizi baş nazirin müavini Abid Şərifov qəbul edəcəyi deyildi. Ancaq onun köməkçisi Şahin Abbasov ərizəmizi aldı. Bizə vəd verdi ki, binaya 5 günə komissiya göndəriləcək, ancaq gödərilmədi. Müraciətimizin müsbət nəticəsi olmadı. Problemimiz həll olunmayana qədər Prezident Adminitrasiyasına getməyi planlaşdırırıq”.

Bakı meriyasının cavabı

Sakinlərin Prezident Administrasiyasına ünvanlanmış müraciətinə Bakı Şəhər İcra Hakimiyəti belə cavab verib: “Xətai rayonu, Cavanşır küçəsi 8 və 10 saylı binada yaşayan vətəndaşların müraciətinə baxılıb, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib. Qəza vəziyyətində olan binaların sayının çoxluğu və zəruri bərpa-gücləndirmə işlərinin aparılmasına külli miqdarda maliyyə vəsaiti tələb olunduğuna görə əlavə maliyyə vəsaitinin ayrılması məqsədi ilə Nazirlər Kabinetinə müraciət edilib. Hazırda hər hansı bir tədbirin görülməsi imkan xaricindədir. Gələcəkdə bu məqsədlə maliyyə vəsaiti ayrıldığı təqdirdə müəyyən tədbirlər görüləcəkdir”.

Mənzil Kommunal İstismar Sahəsi qadağa qoyub

Şikayətçilər deyirlər ki, tədbirlər görmək əvəzinə gəlib qəzalı vəziyyətdə olan tualetimizi, hamamızı, mətbəximizi möhürləyib gedirlər. «Yazıblar ki, “133 saylı Mənzil Kommunal İstismar Sahəsinin icazəsi olmadan qapını açmaq qadağandır”. Guya bizi düşünürlər. İnsanlar təbii ehtiyaclarını ödəmək üçün yer axtarırlar. Mətbəx, hamam, tualet yararsız vəziyyətdədir. İnsanlar əlacsız qalıblar. Yaşadığımız bina idarəolunmaz duruma düşüb, sahib çıxan yoxdur bizə”, deyə Səmayə Əsgərova şikayətləndi.  
Şikayətçilər tezliklə problemin həll olunmasını tələb edirlər. Vətəndaşlar ya mənzillə təmin olunmalarını, ya da yaşadıqları yataqxanın təmir olunmasını istəyirlər.

Çoxmənzilli binaların idarə olunması

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin hüquqşünas eksperti Azad Talıbov çoxmənzilli binaların idarə edilməsinin hüquqi aspektlərinə, xüsusən Mənzil İstismar Sahələrinin hüquqi statusuna toxundu: “Sovetlər məkanında mənzil-istismar sahələri çoxmənzilli binalarda yerləşən binaların kommunal xidmətləri ilə təmin olunmasında və həmçinin bu kimi xidmətlərdən istifadəyə görə həyata keçirilən ödənişlərin toplanmasında xüsusi əhəmiyyət kəsb edirdi. Mənzil-istismar sahələri müasir dövrdə də faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu kimi fəaliyyəti həyata keçirməsi üçün heç bir hüquqi baza yoxdur. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş yeni Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunmasının üç üsulu göstərilir:
1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsı;
2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
3. idarəedici təşkilat tərəfindən idarə edilməsi.
İdarə üsullarından birincisi, çoxmənzilli binanın inzibati-struktur quruluşuna malik olan hər hansı bir konkret təşkilatın müdaxiləsi olmadan, bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə olunması üsuludur. Digər iki üsulu isə, binanın konkret təşkilat tərəfindən idarə olunması üsullarını bildirir. Lakin son iki üsuldan heç biri çoxmənzilli binaların hazırda mövcud olan müvafiq mənzil-istismar sahələri (MİS) tərəfindən idarə olunmasını bildirmir. Müasir Mənzil Məcəlləsində əvvəlki mənzil-istismar sahələrinin müvafiq funksiyalarının ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri tərəfindən, yaxud da mənzil mülkiyyətçiləri ilə bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsi əsasında fəaliyyət göstərən idarəedici təşkilatlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur”.

“Post sovet məkanının bəzi dövlətlərində bu məsələ daha yaxşı tənzimlənilir”

Mənzil idarəçiliyində bələdiyyələrin roluna hüquqşunas ekspert bildirdi ki, Məcəllədə bu məsələ əksini tapsa da bir sıra nöqsanlar mövcuddur: “Mənzil Məcəlləsinin 141.4 maddəsində göstərilir ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Ancaq bu normanın nöqsanı ondan ibarətdir ki, binanın idarə edilməsi üsulunun seçilməsi üçün müəyyən edilmiş 6 ay müddətinin hansı vaxtdan hesablanmalı olması dəqiq məlum deyil. Post sovet məkanının bəzi dövlətlərində bu məsələ daha yaxşı tənzimlənilir. Məsələn, Qazaxstanda bu göstərici kondominium obyektinin qeydiyyatdan keçdiyindən 1 aydan gec olmayaraq, Rusiyada isə binanın istismara başlanmasına rəsmi icazə alındığı vaxtdan 10 iş günü müddətində idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirir”.

Çoxmənzilli binanın idarə olunması üsullarından biri...

A.Talıbov Mənzil Məcəlləsi əsasında mənzil idarəçiliyinə MİS-lərin cəlbi ehtimalını da diqqətə çəkdi: “Çoxmənzilli binanın idarə olunması üsullarından biri də, onun idarəedici təşkilat tərəfindən idarə edilməsı üsuludur. Zənnimizcə, bu kimi idarəedici təşkilatlar qismində gələcəkdə, məhz, indiki mənzil istismar sahələri (MİS) çıxış edəcəklər. Çoxmənzilli binaların idarə olunması sahəsində məhz mövcud olan mənzil-istismar sahələrinin böyük təcrübəyə malik olmasını, yaxud da ki, yeni təşkilatlar yaratmaqdansa, məhz mövcud olanlardan istifadə etməyin maddi və vaxt baxımından daha əlverişli olması əsas gətiriləcək. Ancaq məsələ ondadır ki, idarəedici təşkilatların mənzil istismar sahələrinin keçmiş dövrlərdə çoxmənzilli binanın ümumi istifadə sahələri (məsələn, binanın zirzəmiləri, binaların birinci mərtəbələrində sovet dövründə ticarət müəssisələri və ya anbarlar kimi fəaliyyət göstərmiş sahələri və binaya bitişik ərazidəki torpaq sahəsi və s.) üzərində sərəncam vermək hüququ yoxdur. Lakin bizim təcrübədən məlum olduğu kimi, yuxarıda sadalanan bütün bu obyektlər üzərində son 20 il ərzində məhz mənzil-istismar sahələri sərəncam veriblər”. 
Ekspert eyni zamanda diqqəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mülki-hüquqi statusunu aydınlaşdırılmasına, mülki qanunvericilikdə hüquqi şəxslərə verilən tələblərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti timsalında nə dərəcədə əməl olması məsələsini araşdırılmasına yönəltdi. “Kondominiumların mülki-hüquqi rejimi və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin statusunu tənzimləyən yeni qanunvericilliyə bizim cəmiyyətdə böyük ehtiyac var. Bu qanunun ən böyük üstünlüklərindən biri də, “qonşuluq hüququ” kimi aktual məsələnin də məhz həmin mənbədə əks olunacağı perspektivi ola bilər. Sovetlər məkanı dağılandan sonra çoxmənzilli binalardakı birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s.-nin acınacaqlı və əsasən yararsız vəziyyətə düşməsi göz qabağındadır”.
Mənzil Məcəlləsinə əsasən qəza vəziyyətində olan mənzillərin və yaşayış binalarının yenidən qurulması və yenidən planlaşdırılması qaydaları müəyyənləşdirilib.
Məcəllənin 28-ci maddəsinə əsasən, mənzilin və ya evin qəza vəziyyətinə düşməməsi üçün sahibi onu vaxtlı-vaxtında əsaslı təmir etməlidir. Əgər mənzil təbii fəlakət və ya digər səbəblərdən qəza vəziyyətinə düşübsə, sahibi onu ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]