Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

İşsizlikdən qurtulmaq imkanları…

İşsizlikdən qurtulmaq imkanları…
Bölmə :
KİVDF
Yayım tarixi :
7/5/2013 [10:51]
Baxılıb :
3419 dəfə
Dövlət işini itirən vətəndaşa hansı imkanlardan yararlanmağı təklif edir?

Bakı şəhərinin müxtəlif ərazilərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən mütəmadi olaraq “Əmək Yarmarkası” keçirilir. İşaxtaran vətəndaşlara münasib iş axtarışında, işəgötürənlərə isə ixtisaslı kadrların seçilməsində bu yolla köməklik göstərilir. Yarmarkaya ərazidə fəaliyyət göstərən müəssisə və təşkilatlardan boş iş yerləri təqdim olunur. Sosial müdafiəyə xüsusi ehtiyac duyan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların bu problemini nəzərə alıb onların məşğulluğunun təmin olunması məqsədilə Xəzər, Binəqədi və Səbail rayon Məğulluq Mərkəzində “Əmək Yarmarkaları” keçirilib.
Tədbirlərdə “Baksell LTD MMC” “As Sekuriti MMC”, “Sinteks MMC” “Miraj MMC” və digər müəssisələrinin nümayəndələri boş iş yerləri ilə iştirak ediblər. Ümumiyyətlə, mini yarmarkaya gəlmiş işaxtaranların ixtiyarına 16 vakansiya iş yerləri təqdim olunub. Mini yarmarkada 21 işaxtaran vətəndaş iştirak dibvə onlardan 4 nəfərə müxtəlif vakansiyalar üzrə işlə təmin olunmaq üçün göndəriş verilib, 1 nəfər peşə kursuna cəlb edilib, ilkin məlumata görə 2 nəfər müxtəlif işlərlə təmin olunub.
Xəzər rayon Məşğulluq Mərkəzində 6 müəssisənin iştirakı ilə keçirilmiş tədbirdə işaxtaranların ixtiyarına 30 vakansiya təqdim olunub. Tədbirdə ştirak etmiş 36 nəfər işaxtaran vətəndaşlardan 11 nəfərinə müxtəlif peşələr üzrə göndəriş verilib, 3 nəfər peşə kurslarına cəlb edilib, ilkin məlumatlara əsasən 6 nəfər müxtəlif işlərlə təmin olunub.
Binəqədi rayon Məşğulluq Mərkəzində keçirilmiş tədbirdə isə 9 müəssisə iştirak edib və tədbir iştirakçılarının sərəncamına 71 boş (vakant) iş yeri təqdim olunmub. İştirak etmiş 45 nəfər işaxtaran vətəndaşın 34 nəfərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə göndərişlər verilmib və ilkin məlumata görə 18 nəfər müxtəlif işlərlə təmin olunub.
Əmək birjalarının keçirdiyi qurumlardan biri də Səbail rayon Əmək və Məşğulluq Mərkəzidir. Qurum tərəfindən göstərilən xidmətlər bunlardır: 
Vətəndaşlara münasib is yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik;
Əmək bazarında olan tələb və təklif haqqında məlumat;
Gənclərin peşə seciminə koməklik məqsədilə peşəyönümünün təşkili;
İşsiz və işaxtaran vətəndasların peşə hazırlıgı, yenidən hazırlığı və ixtisaslarının artırılması;
Haqqı ödənilən ictimai işlərin təşkili;
Əmək yarmarkalarının təşkili;
İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi;
Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.
Bu barədə “Bizim Yol”a Səbail rayon Əmək və Məşğulluq Mərkəzindən məlumat verilib. Mərkəzin inzibati binası Səbail rayon, Mehdi Hüseyn, dalan 1,75 ünvanında yerləşir. 
Binada şəkil çəkməyə icazə verilmədi. Binanın dəhlizindəki stendlərdə qanunvercilik sənədləri yerləşdirilib. İş üçün müraciətlər var və vətəndaşlar qəbul edilir. Məqsəd irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, seçim azadlığının və bərabər imkanların təmin edilməsidir.
Mərkəzdən məlumat verildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıqlarına əsasən Bakı şəhərinin rayonlarında işaxtaran vətəndaşların işədüzəlməsini asanlaşdırmaq məqsədilə mini “Əmək yarmarkaları”nın keçirilməsi tədbirləri davam etdirilir.
Bu məqsədlə bir sıra Rayon Məşğulluq Mərkəzlərində ixtisaslaşdırılmış mini “Əmək yarmarkaları” keçirilib. 25.02.2013-ci ildə Səbail rayonunda təşkil olunmuş ixtisaslaşdırılmış mini “Əmək yarmarkası”nda işaxtaranlara 36 vakansiya təqdim olunub. 22-yə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi bu tədbirə 3 nəfər vətəndaş işlə təmin olub, 1 nəfər peşə hazırlığı kursuna cəlb olunub.
Belə ki, 2013-cü ilin yanvar ayı ərzində işaxtaran vətəndaşlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması istiqamətində Səbail rayonu ilə yanaşı, digər rayonlarda - Suraxanı, Nərimanov, Xəzər, Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Qaradağ, Nizami rayon məşğulluq mərkəzləri tərəfindən ixtisaslaşdırılmış “Əmək yarmarkalar” təşkil olunub. Bu tədbirlərdə işəgötürən müəssisələr iştrak edib və ümumilikdə, işaxtaran vətəndaşların ixtiyarına boş iş yerləri haqqında vakansiyalar təqdim edilib.
Mərkəzdən bildirildi ki, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Məşğulluq xidməti orqanlarının fəaliyyətində ən aktiv tədbirlər, əmək potensialından daha dolğun istifadə etməklə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması, qısamüddətli peşəhazırlığı kurslarının təşkilidir. Məşğulluğun təmin edilməsində işəgötürənlərin fəal iştirakı, onlar tərəfindən boş iş yerləri haqqında tam və düzgün məlumatların vaxtında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq Xidməti orqanlarına təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan vətəndaşı deyilsinizsə,..

Səbail rayon Məşğulluq Mərkəzindən o bildirildi ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər ölkənin ərazisində mövcud qanunvericiliyə uyğun olaraq işlə təmin oluna bilərlər. Bununla əlaqədar daha geniş məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinə müraciət edilməlidir.
Peşə hazırlığı və ixtisasartırma kurslarına isə rayon (şəhər) Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar aşağıdakı hallarda cəlb olunurlar:
- İşaxtaranın lazımi peşə və ya ixtisası olmadığına görə, onun üçün münasib iş seçmək mümkün olmadıqda;
- İşaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün, onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;
- İşaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.
Qeyd edək ki, işaxtaranların peşə hazırlığı, yenidən hazırlığı, ixtisaslarının artırılması Məşğulluq Xidməti orqanlarının tədris mərkəzlərində və ya Təhsil Nazirliyinin tabeçiliyində olan tədris müəssisələrində, eləcə də özəl tədris müəssisələrində həyata keçirilir.

İşsizlik müavinətinin məbləği necə hesablanır?

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (Məşğulluq Xidməti orqanlarında işaxtaran kimi qeydiyyata alındığı gündən etibarən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az haqqı ödənilən işə malik olduqda isə, işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minumum məbləğində (55 manat) müəyyən edilir. Bütün hallarda, müavinətin məbləği respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən (55 manat) az olmamalıdır.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış, qeydiyyata alındıqdan 11 gün ərzində münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Bunun üçün tələb olunur:
- Şəhər, rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) almaması haqqında arayış;
- Yaşadığı ərazi üzrə vergi orqanından fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması haqqnda arayış;
- Yerli İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
- Himayəsində olan 18 yaşıına çatmamış uşaqlarının şəhadətnamələrinin surəti;
- Qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.

İşsizlərə dövlətin verdiyi təminatlar

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir:
- Məşğulluq Xidməti orqanlarının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə;
- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılması, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsinə;
- Vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərə cəlb olunmasına;
- İşsiz statusu alanlara işsizlik müavinətinin ödənilməsinə;
- Özünüməşğulluğa köməklik göstərilməsinə;
- Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına köməklik göstərilməsinə;
- Məşğulluq Xidməti orqanlarının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə;
- Məşğulluq Xidməti orqanlarının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə.

RAMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]