Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Gözdən əlillər dövlətdən imtiyazlar istəyir

Gözdən əlillər dövlətdən imtiyazlar istəyir
Bölmə :
KİVDF
Yayım tarixi :
4/5/2013 [12:26]
Baxılıb :
3176 dəfə
Onların bağçada və orta məktəbdə təhsil alması üçün texniki imkanlar yoxdur
Reyhan Cəfərova: «Əlillərə hər cür dövlət qayğısı var…»

Son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanlar üçün hər bir şərait yaradılır və onların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. Təkcə gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi ümumi problemlərinin həlli istiqamətində bir çox əhəmiyyətli layihələrə imza atır.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti sədr müavini Reyhan Cəfərova həmsöhbət olub, gözdən əlillərə göstərilən dövlət qayğısından, güzəştlərdən, imtiyazlardan və onların problemlərindən danışdıq.


Cəmiyyətin əsas vəzifəsi

Reyhan Cəfərovadan öncə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəaliyyəti ilə bağlı maraqlandıq.
“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Əsas vəzifəsi bundan ibarətdir: gözdən əlillərin hüquqlarını müdafiə etmək, onların məşğulluq problemləri, sosial problemlərin həllinə yönəlik fəaliyyət göstərməkdir. Yerli və beynəlxalq təşkilatlarla layihələr həyata keçiririk. Son illər gözdən əlil insanların cəmiyyətimizə üzv olmaq marağı xeyli artıb. Onlar yaxşı bilir ki, bu insanların maraq və mənafeləri təmin edilir. Cəmiyyət regionlarda görmə üzrə əlil insanlar icması ilə görüşlər, onların aktivliyinin və intellektual səviyyələrinin artırılması üçün reabilitasiya tədbirləri həyata keçirir, yeni iş yerlərinin yaradılması üçün yollar müəyyənləşdirir. Kor və zəif görən insanların təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə xidmətlərdən maksimum yararlanmalarının təmin edilməsi, onlar arasında idman yarışlarının kütləviləşdirilməsi, eyni zamanda görmə üzrə əlil insanların sosial rifahının yaxşılaşdırılmasına nail olmaq məqsədilə müxtəlif dövlət qurumları ilə əlaqə yaradılır.
Üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına dəstək vermək, eyni zamanda cəmiyyətin infrastrukturunu yeniləşdirmək, habelə islahatlar yolu ilə cəmiyyətin fəaliyyətlərinin qeyri-hökumət təşkilatları haqqında qanunun tələblərinə uyğunlaşdırmaq məqsədilə islahat komissiyası yaradılıb. İslahat komissiyası cəmiyyətin respublika üzrə müəssisələrində və rayon, şəhər, rayonlararası və ilk təşkilatlarında yoxlamalar aparılıb və islahatlara dair bir sıra təkliflər hazırlanıb. Ciddi nöqsanlara yol vermiş müəssisələrin fəaliyyətləri qiymətləndirilib, lazımi tədbirlər görülüb”.

“Əlillər 100 ədəd mini kompüterlə pulsuz təmin edilib”

Həmsöhbətimiz deyir ki, cəmiyətin keçirdiyi layihələr çərçivəsində bir çox uğurlar əldə edilib: “Belə ki, təhsil sahəsində masaj məktəbi yaradılıb. Tibb məktəblərinin birində “idman və müalicəvi masaj” üzrə ixtisas yaradılıb. Növbəti ildən bu ixtisasa qəbul başlayacaq. Rabitə məktəbi açıldı və 3 il fəaliyyət göstərdi, bu müddətdə 24 min adam oranı bitirdi. Məktəbi bitirənlər Rabitə Kollecinə daxil odlular. Bu məktəb layihəsindən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əlaqələrimiz başladı. Bu nazirlik Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında “Neyro Tex” şirkəti tərəfindən görmə məhdudiyyəti olan insanlara səslə idarə edilən mini kompüterlər hazırlanıb və bu münasibətlə tədbir keçirilib. Azərbaycanda 2010-cu ildən etibarən mütamadi olaraq, gözdən əlil insanlara kompüter biliklərinin öyrədilməsi ilə əlaqədar kurslar təşkil edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 100 ədəd mini kompüter GSM nömrə bir illik açıq internet xətti ilə pulsuz təmin edilib və müəyyən kompüter bilikləri olan insanlara paylanılıb.
2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu gözdən əlillərin “İnformasiya - kommunikasiya texnologiyalarına çıxışlarının təmin olunması” layihəsinə start verilib. Bu layihə çərçivəsində fond tərəfindən respublikada kor və zəif görən uşaqlar üçün internat məktəbində İnformasiya Resurs Mərkəzi yaradılıb. Mərkəzdən məktəbin şagirdləri ilə yanaşı, Bakı şəhərində yaşayan digər gözdən əlillər də səmərəli istifadə etmək imkanı əldə ediblər. Sözügedən layihə çərçivəsində respublikanın digər bölgələrində - Naxçıvan, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində analoji resurs mərkəzləri yaradılıb. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti müxtəlif layihələr çərçivəsində gözdən əlillərin yeni peşələrə yiyələnməsi sahəsində müəyyən uğurlar əldə edib. Belə ki, onlar masajçı, rabitəçi, cildçi, dərzi peşələrinə yiyələnirlər”.
Reyhan Cəfərova bildirir ki, əlillərə hər cür dövlət qayğısı var: “Zabrat qəsəbəsində Gözdən Əlilllər üçün Resurs Mərkəzinin tikilməsi dövlət qayğısının göstəricilərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 4 mərtəbəli olacaq bu tikiliyə nəzarət edir. Burada hər çür xidmət nəzərdə tutulub. Eləcə də gözdən əlillərin mənzil-məişət şəriatinin yaxşılaşdırılması üçün yaşayış binları, şəhərçiklər tikilir. Gözdən əlillər üçün Bakıda mənzillər inşa olunur. Regionlarda isə əlillərin müraciəti nəticəsində mənzil tikilməsi üçün onlara yerli icra hakimiyyəti torpaq sahəsi ayırır”.

Gözdən əlillərin əsas problemləri 

Reyhan Cəfərovanın sözlərinə görə, gözdən əlillərin ən böyük problemi Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunmamasıdır: “İnklüziv təhsil almaq problemi var. Gözdən əlillərin bağçada və orta məktəbdə təhsil alması üçün texniki imkanlar hazırda mövcud deyil. Ona görə də ölkəmizdə əlillərin təhsil almaq problemi yaşanır. Bu problemlə bağlı olaraq Təhsil Nazirliyinə müraciət edilib”.
Həmsöhbətim gözdən əlillər üçün göstərilən səhiyyə xidmətindən də söz açdı: “Dövlət xəstəxanaları, polikilinkalarına əlillər müraciət edib pulsuz müayinə və müalicə oluna bilirlər. Özəl xəstəxanlarda isə bu xidmət pulludur, heç bir güzəşt yoxdur”. Reyhan Cəfərova bildirir ki, ictimai nəqliyyat vasitələrindən və kommunal xidmətlərdən istifadəyə görə əlillərə əvvəllər güzəştlər var idi: “Sonrada bu güzəştlər götürülüb. Bu sahədə əlillər üçün güzəştlərin olması arzuolunan hal olar. Sosial təqaüdlər 60 manatdır. Əmək pensiyası olduqda, təxminən qruplar arasında bu məbləğ 140-150 manat arasında dəyişir. İşləmirsə, yalnız sosial təqaüdlər alırlar”.


“Müraciətlər əsasən məşğulluq və təqüdlərlə bağlı olur”

Reyhan Cəfərovanın sözlərinə görə, gözdən əlillər QHT olaraq onlara müraciətlər edirlər: “Müraciətlər əsasən məşğulluq və təqüdlərlə bağlı olur. Hər hansı bir iş yerlərində gözdən əlillərin işləməsi üçün uyğunlaşdırılmış şərait yoxdur. Bu əlillər üçün şəriat yardılmalıdır ki, onlar da işləsinlər, özlərini təmin etmək imkanında olsunlar. Əlillərin 80 faziə yaxını bacaraqlı adamlardır. Onların bacardığı elə işlər var ki, fiziki sağlamlığında problem olmayan adamdan fərqli olaraq yüksək səviyyədə iş görmək qabliyyətindədirlər. Öz vəzifələrini layqincə icra edirlər. İş prosesi əlillər üçün uyğun şərait yaradılmalıdıdır. Onların hiss etmə qabiliyyəti güclüdür. Bircə nöqsanları görmə qabiliyyəti ilə bağlıdır”.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti sədr müavini bildirir ki, onlara edilən müraciətləri mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qaldıra bilirlər: “Bu elə bizim işimizdir. Demək olar ki, 70 faizə yaxın müraciət öz həllini tapır. Əlillərin yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə görüşünü də təşkil edirik. Onlar öz problemlərini qaldırırlar. Məsələn, Ailə, Qadın və Uşaq problemləri ilə bağlı Dövlət Komitəsi və Təhsil Nazirliyinin əmədkaşları ilə görüşlər təşkil etmişik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də, öz növbəsində hər zaman sağlamlıq imkanları məhdud insanlarla əməkdaşlığa, onlarla birgə layihələrə, konfranslara hazır olub. Tədbirin əsas məqsədi gözdən əlil olan insanlar arasında nikah müqaviləsinin əhəmiyyəti, gündəlik həyatda zorakılıq halları mövzularında hüquqi maarifləndirmə aparmaq və insanları sağlam həyat tərzinin təbliğinə istiqamətləndirmək idi”.
Reyhan Cəfərova söhbətimizin sonunda onu da bildirdi ki, dövlətin onlara göstərdikləri qayğıya, diqqətə cavab olaraq gözdən əlil insanlar nəinki ölkəmizdə, hətta dünya çərçivəsində də dövlətimizi layiqincə təmsil edir, bayrağımızı daima yüksəklərdə dalğalandırırlar: “2012-ci il yay paralimpiya oyunlarına nəzər salsaq görərik ki, Azərbaycanı təmsil edən idmançılar tərəfindən qazanılmış 12 medaldan 11-i Gözdən Əlillər Cəmiyyəti üzvlərinə məxsusdur. Əlbəttə bütün bunlar dövlətin və ölkə rəhbərliyinin gözdən əlil insanlara olan diqqətinin, qayğısının, onlar üçün yaradılmış şəraitin bariz nümunəsidir”.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]