Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Orada xoş gün görəcəyimizə inanırıq...”

“Orada xoş gün görəcəyimizə inanırıq...”
Bölmə :
KİVDF
Yayım tarixi :
3/5/2013 [11:33]
Baxılıb :
601 dəfə
Yeni şəhərciklərə köçürülmə prosesi və ümidlə yollara dikilən gözlər

Yaxın 2-4 il ərzində Qobu qəsəbəsində tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək. 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək. Bunu aprelin 19-da Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yeni Qobu şəhər yaşayış massivinin layihələndirilməsi barədə keçirdiyi müşavirədə bildirib: “Bir daha vurğulayıram ki, Qobu qəsəbəsindəki yaşayış məntəqəsi müvəqqəti məskunlaşmaq üçün tikiləcək şəhərcikdir. Burada köçkünlər müvəqqəti yaşayacaq, öz doğma yurdlarına qayıtdıqdan sonra orada salınan şəhər Abşeron rayonu İcra Hakimiyyətinə və ya ölkə rəhbərinin şəxsi nəzarəti ilə vətəndaşlarımızın istifadəsinə veriləcək”.

Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: “Hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlərın hamısı yeni yaşayış massivinə köçürüləcək. Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir. Ötən il ərzində inşa edilən qəsəbələrdə 20 mindən çox məcburi köçkünün məskunlaşdırılması prosesi iki aya tam başa çatdırılacaq”.
Komitə sədri deyib ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni yaşayış məntəqələrinə köçürülməsi prosesi yaxın vaxtlarda başa çatacaq: “Daha sonra 7-ci mikrorayondakı yarımçıq tiklidə yaşayan vətəndaşlarımızın köçürülməsinə başlanılacaq. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan soydaşlarımız Masazır qəsəbəsində yeni istifadəyə verilən qəsəbəyə köçürüləcək. Mingəçevir şəhərində yaxınlarda açılışı olan qəsəbəyə də köçürülmə prosesinə start veriləcək”.

“Yaşamaq üçün hər cür şərait var”


Yeni mənzillərə köçürüləcəkləri günü gözləyən və hazırda müxtəlif yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin vəziyyətini öyrənmək məqsədilə, bu dəfə yollandıq Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasına. Burada da durum digərlərindən heç də yaxşı deyil. Sakinlər birmənalı olaraq yeni mənzillərə köçülürmələrini istəyirlər. Onlar yeni salınan şəhərçiyi televiziya kanallarından gördüklərini, yaradılan şəraiti yüksək qiymətləndirdiklərini vurğuladılar.
Ağdamdan məcburi köçkün olan Vaqif Alıyev bu istiqamətdə görülən işlərdən məmnundur: “Çox gözəl binalardır, yaraşıqlı mənzillərdir. Bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilib. Bir deyil, iki deyil, beşmərtəbəli 10 bina tikilib. Gördüm ki, çox gözəl, yaraşıqlı mənzillərdir. Bütün şərait yaradılıb, gözəl məktəb, tibb məntəqəsi, uşaq bağçası, yəni yaşamaq üçün hər bir şərait, bütün imkanlar vardır. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Əminəm ki, biz burada rahat yaşayacağıq”.
Həmsöhbətimiz qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilən dövlət proqramlarından da danışdı: “Proqramlar icra edilir, bu məqsədlər üçün çoxlu vəsait sərf olunub. On minlərlə məcburi köçkün artıq yeni mənzillərə, evlərə köçürülüb. Bütün çadır şəhərcikləri ləğv edildi. Artıq üç ildir ki, Azərbaycanda “çadır şəhərciyi” anlayışı yoxdur. İndi belə gözəl, yaraşıqlı evlər tikilir ki, soydaşlarımız müvəqqəti olaraq yaxşı şəraitdə yaşasınlar”.
O, dövlət başçısının məcburi köçkünlərlə görüşdəki çıxışını da diqqətə çatdırdı: “Bütün bu işləri görmək üçün əlbəttə ki, maliyyə imkanları və düşünülmüş siyasət lazımdır. Maliyyə imkanlarımız vardır. Bütün bu evlər və ölkəmizin müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına yaradılır. Bu, əslində dövlət vəsaitidir. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu işləri görə bilməzdik. Təkcə maliyyə imkanlarının mövcudluğu hələ məsələnin lazımi səviyyədə həll olunması demək deyildir. Siyasi iradə və düşünülmüş siyasət lazımdır. Bax, bu gözəl şəhərcik görülmüş işlərin bariz nümunəsidir. İnanırıq ki, Dövlət Proqramının icrası nəticəsində gələcəkdə əlavə tədbirlər görüləcək, fin qəsəbələri ləğv ediləcək, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımız da yeni evlərə köçürüləcəklər”.
Vaqif Alıyev işğal olunmuş torpaqların azad oluncağına da ümid edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də məcburi köçkünlərlə görüşündə bu məsələtə toxunmuşdu: “Uzun illərdir ki, soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Beynəlxalq normaları pozan Ermənistan əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Azərbaycan istəyirik ki, məsələni danışıq yolu ilə, sülh yolu ilə həll etsin. Ancaq görünür ki, Ermənistan tərəfi sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna görə danışıqlar prosesində yeni mərhələ başlanır”. 

“Oralarda iş tapa biləcəyikmi?”

Bu yataqxanada da hər şey ümumidir - mətbəx, tualet, hamam. Yemək bişirmə növbəsi burada da yaşanır. Şəraitsizlik, qarşışıqlıq, darısqallıq bu yataqxananın da əsas problemidir.
Həmsöhbətimiz Nailə Qədimova işsizlikdən də gileyləndi: “Gedib orda-burda qab yuyuram, ev təmizləyirəm, 5 manat pul qazanıb, nəvələrimə xərcləyirəm. Çox ağır vəziyyətdə yaşayırıq. Oğlanlarım iş tapa bilmirlər. Hara gedirik qapını üzümüzə bağlayırlar”.
Cəbrayıldan olan məcburi köçkün Arzu xanım deyir ki, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi ötən ilin dekabrında onların da ailəsini qeydə alıb: “Köçürülmə ilə bağlı dəqiq söz deyən yoxdur. Yəni, bu barədə söz-söhbət neçə illərdir ki, gedir. Amma konkret iş görülmür. Görə-görə yaşayırıq”.
Digər bir məcburi köçkün neçə illərdir yeni mənzillərə köçürüləcəkləri günü gözlədiklərini deyir: “Amma hələ də real tədbir görən yoxdur. Bundan başqa bir dərdimiz də var ki, yeni köçürüləcəyimiz ərazidə iş tapa biləcəyikmi...? Biz ailədə 7 nəfərik, onlardan 5 nəfəri müxtəlif yerlərdə işləyir. Hamısının da iş yeri şəhərin mərkəzindədir. Güc-bəla ilə buralara öyrəşmişik. İndi də deyirlər ki, buradan köçürüləcəksiniz. Elə bilməyin ki, bu yataqxana üçün əldən gedirik. Xeyr, əslində biz öz torpaqlarımıza qayıtmaq arzusundayıq. Əgər sabah torpaqlarımız düşməndən azad edilsə, dərhal Füzuliyə gedərik. Bütün çətinliklərə baxmayaraq həyatımızı yenidən qurarıq, həm də bunların minnətini götürmərik”.

Dövlət vəd verir

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub: “Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edilib. Ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir”.
O, qeyd edib ki, indiyədək Dövlət Neft Fondundan və başqa mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymamasıdır. 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib”.
Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]