Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Elmarın qətlinin üstü heç vaxt açılmayacaq”

“Elmarın qətlinin üstü heç vaxt açılmayacaq”
Bölmə :
Müsahibə
Yayım tarixi :
19/7/2012 [12:31]
Baxılıb :
1214 dəfə
Şahbaz Xuduoğlu: “Artıq bu işin araşdırılmasına ehtiyac yoxdur, məsələ bitib”
«Azərbaycanda yaxşı bir oxucu nəsli yetişir, onlar fərqli nəsildir»

“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun 45 yaşı tamam oldu. Daha doğrusu, 7 il öncə öldürülməsəydi, iyulun 17-də 45 yaşını qeyd edəcəkdi. Sirrlərlə dolu bu qətlin üstü hələ də açılmayıb. Bu yöndə “Qanun” Nəşrlər Evinin direktoru, mərhumun dostu Şahbaz Xuduoğlu ilə örtülü mətləblərə işıq tutmağa çalışdıq. 

- Şahbaz bəy, mərhum həmkarımız Elmar Hüseynovun 45 yaşı qeyd edildi. Həmin gün MTN-in mətbuat xidməti istintaqın davam etdiyini, qatilin 18 ölkədə axtarıldığını bildirdi. Doğrudanmı, 7 ildə heç nə dəyişmədiyindən, biz yalnız “istintaq davam edir” açıqlamasını eşidirik?
- Bu, faktdır. O mənada ki, istintaqda dəyişiklik olsaydı, biz əlavə məlumat eşidərdik. Dəyişiklik olmadığına görə biz ancaq köhnə məlumatları, amma yeni tarixdə eşidirik.
- Bəs bir həmkar kimi bizlər qatillərin tapılması üçün daha nələr edə bilərik?
- Məncə, hər bir baş vermiş cinayətin açılma müddəti var. Cinayət həmin müddətdə açılmırsa, arxiv sənədinə çevrilir. Bundan sonra cinayətin açılması tamamilə ağlasığan deyil. Əgər ilkin vaxtlarda açılış olsaydı, açılardı. Amma ilbəil həmin cinayət baş verən ərazidən də, cinayətdə istifadə olunan əşyalardan da və hətta o faktlardan da uzaqlaşır. O mənada cinayətin açılması daha da çətinləşir.
- O zaman demək istəyirsiniz ki, Elmarın qatilləri tapılmayacaq və cinayətin də üstü açılmayacaq?
- Bəlkə də bu cinayət açıqdır. O mənada ki, istintaq cinayəti Gürcüstan vətəndaşlarının törətdiyini bilir və hazırda həmin adamlardan bəziləri qonşu respublikadadır. Bəlkə də bizim bilmədiyimiz bəzi məsələlər var və istintaqa hər şey bəllidir. Mənim fikrimcə, Elmarın qətlinin üstünün açılması gələcəkdə də heç zaman mümkün olmayacaq. Ola bilər, siyasi dəyişikliklər nəticəsində yeni qüvvələr məsələni gündəmə gətirsin və cinayətin açılmasını vəd etsinlər. Amma adətən bu cür cinayət hadisələrinin üstü açılmamış qalır, bu barədə ətrafında çoxlu fərziyyələr olur, həqiqətə yaxın hansısa məlumatlar sızdırılır, müqayisələr, mübahisələr aparılır, hətta cild-cild kitablar da yazılır. Amma hansı fərziyyənin həqiqət olmasına gələndə, böyük şübhə yaranır. Beləliklə, bu fakt yox, ədəbiyyata çevrilir. Faktiki olaraq, bu gün Elmarın qətli fakt kimi yox, ədəbiyyat kimi səsləndirilir, zaman keçdikcə də bu hadisə yenə də ədəbiyyat olaraq hallanacaq. Çünki hadisə faktlığından çıxır.
- Siz bu cür cinayətlərin açılmadığını bildirirsiniz, amma Ukraynada həmkarımız Qonqadzeni öldürənlər həbs olundu ki...?
- Xeyr, bu iş də sona qədər açılmadı. Yəni hansısa bir mərhələdə dayandırıldı. Mən inanmıram ki, Qonqadzenin işində bütün nüanslar aydın olsun. Düzdür, danışıqlar açıqlandı və sifarişlər bəlli oldu. Amma məsələ sona qədər açılmadı, yenə də qaranlıq və müəmmalı məqamlar qaldı.
- Bəs Elmar Hüseynovun qətlində qaranlıq və müəmmalı məqamlar nədən ibarətdir?
- Ümumiyyətlə, Elmar Hüseynovun qətli başdan-ayağa müəmmadır, yəni bu hadisənin heç olmasa aydınlığına tam əmin olmaq mümkün olsaydı, yəqin ki, hər hansı bir məlumatı tam açıqlamaq mümkün idi. Elmarın qətli tamamilə müəmma içindədir. Baxın, ilkin istintaq qrupu yarandı, sonra qrup dəyişdirildi, sonradan qrupun rəhbəri istintaqdan kənarlaşdırıldı və nəhayət, iş MTN-ə ötürüldü. MTN də hər il qətl haqqında köhnə məlumatları yeni iş görmək kimi təqdim edir.
- Çıxışınızda “həqiqətə yaxın fərziyyələr” ifadəsini işlətdiniz. Sizin necə, həqiqətə yaxın fərziyyələriniz varmı?
- Bilirsiniz, biz istintaqçı olmadığımızdan, fərziyyələrimiz nəyə söykənə bilər? Birinci, Elmar qətlə yetiriləndə bir sıra qüvvələr məlumat yayırdı ki, hadisə məişət zəminində baş verib. Amma biz sübut etdik ki, Elmarı yazılarına görə öldürüblər. Yaxud biz sübut etdik ki, baş redaktoru izləyiblər və bu izləmə müddəti davam edib. Biz onun hərəkət trayektoryasını və getdiyi yerlərin hansında kameraların quraşdırıldığını da göstərdik. Həmin müddətdə biz sübut etməyə çalışırdıq ki, istintaqı aparan qüvvələr maraqlı olsa, cinayətin üstünü tez bir zamanda aça bilərlər. Amma niyə maraqlı deyillər? Bax, şübhə burada yaranır. Çünki bu barədə istintaqdan cavab ala bilmədik, halbuki, istintaq maraqlı olduğunu ifadə edirdi. Ancaq biz öz suallarımıza dolğun cavab ala bilməzdik. Bu da sübut edirdi ki, istintaqçılar işin açılmasında o qədər də maraqlı deyillər.
- Amma DİN-in sabiq zabiti Hacı Məmmədovun məhkəməsində də müəyyən şübhə yaradan fikirlər səsləndi...
- Düzdür, ola bilər qətlin icrasında Hacı Məmmədovun dəstəsinin üzvlərindən kimlərsə istifadə olunub. Amma mən Elmarın qətli işini Hacı Məmmədovun işindən bir az ayrı görürəm. Yəni birlik bir şey görmürəm. Sadəcə, Elmarın qətlə yetirilməsi ilə bağlı Hacı Məmmədov işini aparan istintaq qrupu müəyyən bir fikirlər səsləndirmişdilər. Mən Türkiyədən gələn qrupu nəzərdə tuturam. Onlar da yalnız texniki baxımdan müəyyən şeylər dedilər, sonradan isə həmin istintaq qrupundan heç bir səs çıxmadı. Əslində, biz həmin qrupdan məlumat aldıq, onlar söylədilər ki, bu işi açıb veriblər Azərbaycan hökumətinə və qayıdıblar Türkiyəyə. O zaman biz bu qrupdan faks aldıq, onlar yazmışdı ki, biz bu işi açdıq və geri döndük. Bizim sonradan informasiya kanallarımız bağlandı və əlavə məlumatlar ala bilmədik. Demək istəyirəm ki, Türkiyə tərəfi o xətti bizim üçün qapatdı.
- Bu qapatma prosesində hansısa qüvvələrin, konkret hakimiyyətin səyi ola bilərmi?
- Mən hansı qüvvələrin rolu barədə nəsə bilmirəm. Amma fakt odur ki, biz istintaq qrupunun rəhbərindən faks almışdıq. Sonradan isə məlumatları dəqiqləşdirmək istəyəndə, onlar bizə əlavə məlumatlar vermədi.
- Elmarın dostu və həmkarı kimi bu işi gələcəkdə araşdırmaq fikriniz varmı?
- Bilirsiniz, bu işin araşdırılması heç lazım da deyil. O mənada ki, bu iş araşdırılıb və bitib. Faktiki olaraq bizim cəhdlərimiz nəticəsiz qaldı. Çünki Türkiyədən gələn istintaq qrupu işlərini tamamlayıb getdilər və bu barədə bizə heç bir məlumat vermədilər. Sonra qatillərin Gürcüstanda olduğunu dedilər və qonşu respublikanın hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. Amma onlar İnterpol xətti ilə həmin adamların axtarışa verilmədiyini dedilər. Halbuki, Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxslərin İnterpol axtarışında olduğunu bildirmişdilər. Faktiki olaraq, biz xeyli nəticəyə nail olduq. Ona görə heç bir şey etmədiyimizi düşünmək də doğru deyil. Qalan işləri dövlət aparatı həyata keçirilməlidir. Ki, bunu biz həll edə bilmərik.
- Söhbətimizin yönünü dəyişək, son günlər İranda girov kimi saxlanılan iki gənc şairimizin müdafiəsində fəallıq göstərirsiniz. Hazırda onların azad olunması ilə bağlı vəziyyət hansı mərhələdədir?
- Bilirsiniz, mənim bu məsələdə fəallığım təsadüf nəticəsində olub. Ki, mən səhər işə gələndə sosial şəbəkələrdə həmin gənc şairlərlə bağlı İran mətbuatının yeni açıqlamasını eşitdim. Amma gördüm ki, Azərbaycan mətbuatında və ictimaiyyətində bu məsələyə heç bir reaksiya yoxdur. Bu münasibət məni xeyli pəjmürdə etdi və düzdür, qərarım bir qədər emosional oldu. Çünki dərhal xalq yazıçısı Çingiz Abdullayevə zəng etdim. Ondan PEN-Klub-un Azərbaycandakı nümayəndəsi kimi məsələyə münasibət bildirməsini xahiş etdim. Necə ola bilər ki, bizim tanıdığımız, yanımızda işləyən, son dərəcə tərbiyəli, bacarıqlı uşaqlar Azərbaycandan İrana gedir və narkotik alverçisi, İsrailin casusu olurlar? Bu, mümkün deyil ki, bir adam vətənində bir cür olsun, amma başqa ölkəyə gedən kimi tez dəyişilsin. Demək istəyirəm ki, biz əmin olduğumuz insanları müdafiə edirik. Mən siyasi məsələləri kənara qoyuram, sadəcə, həmin gənclərin müsbət tərəflərini qabardaq. Bu baxımdan biz onları müdafiə etməklə İranın şairlər haqqında söylədiklərinin şər və böhtan olduğunu sübut etməliyik. Onlar yalnız siyasi münasibətlərin qurbanına çevriliblər. Beləliklə, Çingiz müəllimlə bu söhbətimdən sonra o, razılaşdı və biz mətbuat konfransı keçirdik. Bundan sonra oxşar toplantı Slavyan Universitetində keçirildi və xalq yazıçısı Anar, ziyalılar İranın dini rəhbərinə müraciət etdilər. O cümlədən Azərbaycan XİN hadisə ilə bağlı bir neçə nota verdi. Düzdür, sadaladıqlarımın heç bir nəticəsi yoxdur. Amma hər halda Azərbaycan ictimaiyyətində şairlərin müdafiəsi ilə bağlı bir canlanma yarandı. Bizim üçün də əsas məqsəd ictimaiyyəti şairlərin girov saxlanmasına cəlb etmək idi.
- Əgər bu günə qədər də onların girovluqdan buraxılmasına bir ümid yeri yoxdursa, daha hansı addımlar atılmalıdır?
- Bilirsiniz, sistemli iş aparılmalıdır, nəticə hər gün olmur, ola bilər ki, aylarla hazırlaşarsan və bir gündə dəyişiklik baş verər. Bu mənada biz öz etirazlarımızı təşkilatlanmış formada aparsaq, yəqin ki, nəticəsi olacaq. Çox zaman bu işlərin dövlətin etməli olduğunu bəyan edirlər, axı bu dövləti də kimsə yönləndirməlidir. Əgər cəmiyyət ölüdürsə, dövlət heç bir iş görməyəcək. Cəmiyyət diri olanda dövlət qoyulan tələbə cavab verməyə məcbur olacaq.
- Bir qrup jurnalistin İrana səfəri barədə təşəbbüsünə hansı reaksiyalar oldu?
- Biz bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etmişik. Müraciətdə saxlanılan yazarların durumu ilə tanış olmaq üçün qonşu ölkəyə gedəcək qrupa izn istənilib. Qrupda jurnalistlərlə bərabər, QHT üzvləri və vəkillər təmsil olunurlar. Biz həm də qrupun təhlükəsizliyinin qorunmasını istəmişik. Hələ müraciətimizə cavab verilməyib. Ümumiyyətlə, bu vaxta qədər İran İslam Respublikasının müvafiq orqanlarına ünvanlanan hər hansı səviyyədə müraciətlərə cavab alınmayıb.
- Yaranan qeyri-müəyyənlikdən çıxmaq üçün daha hansı addımları zəruri hesab edirsiniz?
- Məncə, bu məsələ beynəlxalq müstəviyə çıxmalı və yerli mətbuatın diqqətindən xarici mətbuatın diqqətinə qalxmalıdır. Amma bu o demək deyil ki, olacaq diqqət şairlərin dərhal azad olunması ilə nəticələnəcək. Sadəcə, göstərəcək ki, İran Azərbaycan üçün də təhlükəli qonşudur. Artıq XİN vətəndaşlarımızın İrana getməkdən ehtiyatlanması haqqında məlumat yayıb.
- Amma Prezident Administrasiyasının rəsmisi Əli Həsənov İran-Azərbaycan münasibətlərinin “yumşaldığı”nı bildirdi...
- Hər halda mən XİN-in açıqlamasını oxudum və ciddi qəbul etdim. Yəni boş yerdən bu cür açıqlama verməzdilər. Münasibətlər yaxşılaşmağa doğru gedər, ancaq nə qədər ki, şairlər azad olunmayıb, münasibətlər gərgin olaraq qalır.
- Bəlkə qonşu ölkənin səfiri ilə görüşə cəhd edəsiniz?
- Əgər səfirliyə müraciətimizə cavab vermirlərsə, görüşə cəhd üçün də cavab almayacağıq. Bütün hallarda biz yenə cəhd edəcəyik. Daha doğrusu, PEN-Klubun rəhbəri Çingiz Abdullayev səfirlə görüş üçün müraciət edib. Amma bu təmasın nə vaxt reallaşacağı bilinmir.
- Nəhayət son sual: Ölü adlandırdığınız cəmiyyətdə “Qanun” Nəşr Evinin kitablarını oxuyurlarmı?
- Mən ölümcül ətalət deyərdim, amma tam ölü cəmiyyət demək olmaz. Həm də yay aylarına biznes aləmində ölü aylar deyirlər. Çünki əksəriyyət istirahətə gedir. Ümumiyyətlə, mən kitab işi ilə çox ürəklə məşğul oluram və əhəmiyyətini görürəm. Hazırda Azərbaycanda yaxşı bir oxucu nəsli yetişir, onlar fərqli nəsildir, aralarında elə qeyri-adi gənclər var ki, 19-20 yaşında nə zaman bu qədər ədəbiyyatı oxuduğunu və filmlərə baxdığını sual edirsən. Əslində bu gənclər adama işləmək stimulu verir. Bizim uğurumuz yalnız maarifçilikdə, nailiyyətimiz təhsilimizdədir.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]