Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Deyirlər, bizi də köçürəcəklər...”

“Deyirlər, bizi də köçürəcəklər...”
Bölmə :
KİVDF
Yayım tarixi :
1/5/2013 [12:34]
Baxılıb :
606 dəfə
Digər universitetlərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin də qulaqları səsdədir

Bu ildən Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanıldığı üçün, digər ali məktəblərin yataqxanalarında məksunlaşmış məcburi köçkünlərin köçürülmə məsələsi də gündəmə gəlib. Digər yataqxanaların “qonaqları” nə zaman yeni mənzillərə köçürləcək? Bu dəfəki köç prosesinin ünvanı hara olacaq? Bu və başqa suallara cavab tapmaq üçün məcburi köçkünlərin məskunlaşdığı Azərbaycan Texniki Universitetinin (ATU) tələbə şəhərciyinə yollandıq. 
Söhbətləşdiyimiz insanların ümumi rəyi ondan ibarətdir ki, köçürülmə prosesinə başlanılmalıdır və onlar həmin günü səbrisizliklə gözləyirlər. Söhbət etdiyimiz məcburi köçkünlər 2011-ci ildən köçürülməyə başlanılacağı haqda məlumat yayıldığını bildirdilər. Yurdundan-yuvasından didərgin olan bu insanlar haraya köçürləcəklərindən isə məlumatsızdırlar. Bu yataqxananın şəraiti olmadığından, tez-tez su və kanalizasiya problemiləri ilə üzləşdiklərindən də gileyləndilər.

Qadınların mətbəx dərdi

“Köçürülümə ilə bağlı xəbərlər dolaşsa da, köçürülmə hələ baş verməyib. Baxın dəhliz qaranlıqdır. Məişət əşyaları otaqlara sığışmadığından dəhlizə qoyulan stollar, onların üstünü örtən su butulkaları onsuz da dar olan dəhlizi bir az da daraldır”, -deyə yataqxanaın giriş qapısında qarşımıza çıxan Nuriyə nənə bildirdi.
Yataqxanaya daxil oldum. Qaranlıq dəhlizdə ayaqqabılar bir-birinin üstünə çıxmış vəziyyətdədir. Üfunət iyindən dəhlizdə də qalmaq mümkün deyil… Amma, burada qocalar, uşaqlar yaşayırlar. Daha doğrusu buna məcburdurlar. 
Yataxanada hər şey ümumidir, elə mətbəx də. Burada bir neçə xanımın xörək hazırlamaq üçün növbədə dayandığının şahidi oldum. Onlar xörək hazırlayan zamanı həmişə çətinliklərlə üzləşdiklərini dedilər. Şəraitsizlik hətta, arzuolunmaz söz-söhbətlərə də səbəb olur. “Bir sözlə, başağrısıdır. Hələ qabları yuyan zaman da bir çətinliklə üzləşirik”, -deyə Nazlı Yarəliyeva bildirdi.
Həmsöhbətim olan N.Yarəliyeva deyir ki, qışda qadınların problemi bir az azalır: “Evdə plitələr quraşıdırırıq, eləcə də dəhlizdə… Amma, indi havalar istidir, bunu yazda, yayda etmək olmur. Elektrik plitələrindən istifadə də təhlükəsiz deyil, bəzən olur ki, elektrik xəttində qısaqapanmalar olur, yanğın baş verir. Yataqxanada həyatımın bir saatını yaşamağa da qıymıram, amma...”.

Hər şey göz önündədir

Köçkünlər 20 ildən artıqdır ki, acınacaqlı şəraitdə yaşadıqlarını deyərək, yeni mənzillərə köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Həyətdə bir xeyli söhbətdən sonra onlar bizi otaqlarına dəvət edib, içəridəki acınacaqlı vəziyyəti göstərdilər.
Binanın çölü qədər, içərisi də acınacaqlı durumdadır. Məcburi köçkünlər bizə əvvəlcə, yataqxananın mətbəxini, hamamını göstərdilər. Həqiqətən, gözlə görməsən, inanılası deyildi. Məcburi köçkünlər burada bir dəfə də olsun, təmir işlərinin aparılmadığını, odur ki, bu cür ağır şəraitin yarandığını vurğuladılar.
Yataqxanada yaşayanlarla söhbət zamanı məlum oldu ki, burada Ağdamdan, Cəbrayıldan, Füzulidən, Zəngilandan, Qubadlıdan, o cümlədən də bir neçə başqa rayonlardan olan ailələr yaşayırlar.

Köçürülmə ümidi ilə yaşayanlar

Görüşdüyümüz sakinlər kommunal xidmət probleminin olmadığını, tək narahatlığın darısqallıq olduğunu deyirlər. Bu darısqallıq da hər ailəyə bir problem yaradır. Bəzi ailələrin 6-8 üzvü bir otaqda məskunlaşmalı olur, bəzi ailələr də otaq, yer olmadığından evinə gəlin gətirə bilmir.
Burada yerləşən məcburi köçkünlər arasında elə insanlar var ki, nə vaxtsa onlar üçün nəzərdə tutulmuş evlərə köçürüləcəkləri ümidi ilə yaşasalar da, artıq yavaş-yavaş ondan da ümidlərini üzürlər. “20 ilə yaxındır ki, biz yataqxanada yaşayırıq. Elə deyirlər ki, köçürəcəklər, bizi başqa evlərə köçürəcəklər, amma köçürmürlər. Fəhlə çörəyi yeyirik, aylıq gəlirimiz imkan vermir ki, heç olmasa, kirayə ev tutub, özümüz köçək”, -deyə Tural Qəniyev bildirdi.
Digər həmsöhbətimiz Əntiqə xanımın sözlərinə görə, yataqxanada hər şey ümumidir - ayaqyolu da, hamam da, mətbəx də: “Adicə paltar yuyanda nə qədər növbə gözləyirsən ki, öz paltarlarını yuyasan. Bir mərtəbədə 25-26 ailə var, o qədər ailə üçün cəmi iki mətbəx var. Bizim otaqda dördnəfərlik ailə yerləşib, amma elə otaqlar var ki, 30 kvadratmetrlik yerdə 7-8 nəfər yaşayır. Məcburi köçkünlərin hamısı burada 1 otaqlı mənzillərdə məskunlaşıblar. Elə otaq var, orada 2 ailə, eləsi var ki, 3 ailə birgə yaşayır. Qaçqın ailələrinin çoxu evsizlik ucbatından övladlarını evləndirə bilmirlər. Gəlib görsünlər nə vəziyyətdə, hansı şəraitdə yaşayırıq. Gündə bir yataqxana yanır, niyə? Çünki baxımsızlıqdan elektrik xətləri bərbad vəziyyətə düşüb. Otaqlarda şərait olmadığı üçün burada bütün mərtəbələrdə hamı öz mebelini koridora yığıb. İnanın, bir balaca alov düşsə, bu yataqxana kül olacaq”. 
Həmsöhbətimiz işsizlikdən də gileyləndi: “Gedib orda-burda qab yuyuram, ev təmizləyirəm, 5 manat pul qazanıb, nəvələrimə xərcləyirəm. Çox ağır vəziyyətdə yaşayırıq. Oğlanlarım iş tapa bilmirlər. Hara gedirik qapını üzümüzə bağlayırlar”.
Füzulidən olan məcburi köçkün Səbinə xanım deyir ki, “Qaçqınkom” ötən ilin dekabrında onların da ailəsini qeydə alıb: “Köçürülmə ilə bağlı dəqiq söz deyən yoxdur. Yəni, bu barədə söz-söhbət neçə illərdir ki, gedir. Amma konkret iş görülmür. İndi deyirlər ki, bizi gələn il Masazıra köçürəcəklər. Yaxın zamanlarda bu işin reallaşacağına inanmıram. Çünki hələ həmin ərazidə torpağın ayrılıb-ayrılmadığı tam dəqiqləşməyib. Əgər torpaq ayrılıbsa, onda niyə tikinti işləri getmir? Bu, boş şeydir. İnanmıram ki, evlə təmin etsinlər. Heç bizə torpaq da verməyəcəklər”.
Başqa bir köçkün Kifayət xanım da onlara şəhərin hansısa bir yerində ev verəcəklərinə inanmadığını deyir: “Görə-görə yaşayırıq. Neçə illərdir insanları evlərindən köçürüb hansısa bir dövlət obyektini tikəcəklərini deyirlər. Ancaq heç kəsə düz-əməlli pul ödənilmir. İndi bizə uçuq-sökük bir ev veriblər. Buranı da sökəcəklər. Evi olanı əlindən alıb, sökənlərə “gözün üstdə qaşın var” deyən tapılmırsa, bizi burdan didərgin salanlara kim nə deyəcək ki?. Biz ailədə 7 nəfərik, onlardan 5 nəfəri müxtəlif yerlərdə işləyir. Hamısının da iş yeri şəhərin mərkəzindədir. Güc-bəla ilə buralara öyrəşmişik. İndi də deyirlər ki, buradan köçürüləcəksiniz. Elə bilməyin ki, bu yataqxana üçün əldən gedirik. Xeyr, əslində biz öz torpaqlarımıza qayıtmaq arzusundayıq. Əgər sabah torpaqlarımız düşməndən azad edilsə, dərhal Füzuliyə gedərik. Bütün çətinliklərə baxmayaraq həyatımızı yenidən qurarıq, həm də bunların minnətini götürmərik”.

Dövlət vəd verir

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub: “Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edilib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edilib. Ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir”.
O, qeyd edib ki, indiyədək Dövlət Neft Fondundan və başqa mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymamasıdır. 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib”.
Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar. 

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]