Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Rüstəm İbrahimbəyov kimdir ki, onun alternativi olmasın?!

«Rüstəm İbrahimbəyov kimdir ki, onun alternativi olmasın?!
Bölmə :
Müsahibə
Yayım tarixi :
19/7/2012 [12:05]
Baxılıb :
1410 dəfə
Əli Həsənov: «Telekanallar bir-iki partiya sədrini nə qədər az versələr, o qədər yaxşıdır»
«YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevdir, amma bu barədə hələ özü açıqlama verməyib»

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına müsahibə verib. Dövlət rəsmisi jgündəmdə olan atual mövzularla bağlı hakimiyyətin mövqeyini açıqlayıb. Müsahibəni ixtisarla təqdim edirik. 

- QHT rəhbərləri və baş redaktorlarla görüşləriniz oldu. Bunu hakimiyyətin ölkədə yeni bir dövrü başlatması və uzun illərdir gündəmdən düşməyən dialoq prosesinin başlanğıcı saymaq olarmı?

- Görüş bizim üçün yenilik deyil. Sadəcə olaraq QHT-lərlə ayrıca bir görüş keçirmək, dialoq aparmaq, onların istək və arzularını dinləmək, bundan sonrakı dövr üçün nə düşündüklərini, dövlət siyasətini necə qiymətləndirdiklərini, özlərinin fəaliyyətini necə dəyərləndirdiklərini dinləmək birbaşa 2012-ci ilin təşəbbüsü idi. Bu təşəbbüsü prezident İlham Əliyev irəli sürmüşdü. Dövlət başçısının təşəbbüsünün nəticəsi olaraq mən QHT-lərlə ayrıca bir görüş keçirdim. Hamı bilsin ki, bu görüş nəticəsiz qalmayacaq. Hazırda Azərbaycanın 2020-ci ilədək sosial-iqtisadi inkişafının yeni strategiyası hazırlanır. Gələcək inkişafımızda, bu strategiyanın hazırlanmasında da QHT-lərin təkliflərini, bəzi təşəbbüslərini mütləq nəzərə alacağıq. İnkişaf strategiyası bir dəfə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə müzakirə olunub. Belə bir müzakirə yenidən təşkil ediləcək. Biz istəyirik ki, Azərbaycandakı bütün proseslərdə QHT-lər iştirak etsin.

- Dialoq hansı formada davam etdiriləcək? Müxalifətlə görüş keçirəcəksinizmi?

- QHT-ləri müxalifət-iqtidar düşərgəsinə ayırmaq olmaz. Mən onları başqa cür təsnif edərdim. Konstruktiv vətəndaş təşəbbüslərini obyektiv şəkildə reallaşdıran QHT-lər və qeyri-konstruktiv, dağıdıcı meylləri dəstəkləyən, dövlətin, cəmiyyətin inkişafına daha çox mənfi təsir edən QHT-lər var. Ona görə də QHT-ləri iqtidar-müxalifət düşərgəsinə bölməkdənsə onları daha çox vahid platforma və amallar ətrafında səfərbər etmək cəhdlərinə dəstək veririk, buna müsbət yanaşırıq.

- İctimai Palata və orada təmsil olunan partiyalarla da görüş olacaqmı?

- Bir daha demək istəyirəm ki, biz QHT-lərlə görüşə istisnasız olaraq bütün təşkilatları dəvət etdik. Düzdür, ora gəlmək istəməyən bəzi şəxslər sonradan mətbuatda çıxış edib bildirdilər ki, biz görüşə dəvət olunmamışdıq. Yalnız bir təşkilatın - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ölkədə olmadığına görə görüşə dəvət olunmamışdı. Onu da axtarmışdılar, amma burada olmadığına görə tapmamışdılar. Yerdə qalan bütün QHT-lər istisnasız olaraq həmin tədbirə dəvət almışdı, o cümlədən Eldar Namazovun Ziyalılar Forumu adlanan təşkilatı və digərləri. Amma görüşə qatılmadılar.
Bəzilərinin nəyə görə belə etdiyini anlayıram. Çünki onların indiyədək dəfələrlə qaldırdığı və heç bir mahiyyət kəsb etməyən, əsassız, yalnız cəmiyyəti çaşdırmağa yönəlmiş məsələlər orada ifşa olunacaqdı. Onlar iddia edirlər ki, guya hakimiyyət dialoqdan qaçır, QHT-ləri dinləmək istəmir, cəmiyyətdəki fərqli fikirlərə biganə yanaşır. Bu uydurma tezislər orada ifşa olunub iflasa uğrayacaqdı. Görüş açıq-aşkar dialoq idi, hər bir insan orada fikrini sərbəst formada söyləyə bilərdi. Gəlmədilər, özləri bilərlər.
Hesab edirəm ki, siyasi partiyalarla görüşə də istisnasız olaraq bütün partiyalar dəvət olunacaq. Hər bir partiyanın nəyə, hansı səviyyəyə qadir olduğunu, hansı meyli nümayiş etdirdiyini orada görəcəyik.

- Bütün bunların nəticəsi olaraq hakimiyyət hansı addımları atmağı planlaşdırır?

- Əlbəttə, siyasətdə proqnozlaşdırma aparmaq mühüm bir amildir. Amma belə tədbirlərə əvvəlcədən qiymət vermək sonrakı dövrdə onun mahiyyətini bir qədər təhrif edə bilər. İndi yalnız onu deyə bilərəm ki, təkliflərin heç biri nəzərdən qaçmayacaq, ümumiləşdiriləcək, ictimai əhəmiyyəti olanlar qəbul ediləcək.

- Nazirlər Kabinetinin sonuncu müşavirəsində prezident İlham Əliyev müxalifəti sərt formada tənqid etdi, onlarla bağlı kəskin fikirlər səsləndirdi. Prezidentin fikirlərini və ona verilən reaksiyaları necə qiymətləndirirsiniz? Sizcə, müşavirədə deyilənlər sizin apardığınız dialoq prosesinə mane ola bilərmi?

- Əvvəla, onu deyim ki, cənab prezidentin fikirləri bütün müxalifətə aid deyildi. Həmin sözlər antiazərbaycan mövqeyində dayanan qüvvələrə aid idi. Onların adı da orada çox gözəl bir sətirlə keçib. Hesab edirəm ki, bu, cənab prezident tərəfindən sözün həqiqi mənasında milli maraqlardan, milli mənafedən və Azərbaycan xalqının milli tələbatından çıxış edərək səsləndirilmiş fikirlərdir.
Mayın 31-də QHT-lərin toplantısında mən də buna oxşar fikirlər səsləndirmişdim. Ona görə də mən cənab prezidentin fikirlərini tam dəstəkləyirəm. Mən orada demişdim ki, bəzi rəzil müxalifət ünsürləri - ola bilər ki, bəlkə mən bir az daha yumşaq demişdim, müşavirədə səsləndirilən fikir daha sərt idi - Dağlıq Qarabağ, Xocalı kimi milli problemlərimizi bir kənara atdılar, baxmayaraq ki, belə problemlərdən əziyyət çəkən insanlar arasında onların öz qohum-əqrəbası da var, amma xaricdən gələnləri aparıb daha çox mikrorayonlardakı qeyri-abad yerləri göstərdilər ki, bəs Bakının hər yeri abad, gözəl deyil. Yaxud da bir milyon qaçqın və köçkünün hüquqlarını tamamilə bir qırağa atıb hansısa konkret şəxsin hüquqlarını ictimailəşdirərək dünyanın diqqətinə çatdırmağa, Azərbaycanı biabır etməyə çalışırdılar.
Xalq gəzintisi adı ilə bulvara çıxıb özlərini yerə atıb qışqırırdılar ki, müxaliflər, xaricilər bunları çəksinlər. Yəni guya bunları döyürlər, təqib edirlər. Həmin fikri cənab prezidentdən qabaq bizim ziyalılar və QHT təmsilçiləri səsləndirmişdi. Onlar bu tipli insanları ifşa etmişdilər, fəaliyyətlərinin antiazərbaycan mahiyyəti daşıdığını qeyd etmişdilər. Cənab prezident bunları ümumiləşdirdi, cəmiyyətdən gələn fikirləri bir daha müşavirədə səsləndirdi.
Həmin fikirlər bütün müxalifətə, QHT-lərə, alternativ fikir daşıyıcılarının hamısına aid deyil. Bu fikirlərin kimlərə ünvanlandığını həmin şəxslər özləri də yaxşı bilirlər və buna cavab da veriblər.

- Ölkədə alternativ fikrə ehtiyac varmı? Siyasəti formalaşdırarkən və idarəçilik prosesində “hər şeyin doğrusunu iqtidar deyir və edir” prinsipini əsas götürürsünüz, yoxsa “alternativ fikirləri də dinləmək lazımdır” prinsipini? Hakimiyyətin bununla bağlı mövqeyi necədir?

- Obyektiv alternativ fikrə bütün dövrlərdə ehtiyac olub. Hətta peyğəmbərimizin də alternativ fikrə ehtiyacı olub və o, həmişə bundan istifadə edib. Xüsusən də peyğəmbərimiz öz fəaliyyətini qiymətləndirmək üçün kənar baxışlardan istifadə edib. Alternativ fikir olmayan cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Biz Azərbaycanda alternativ fikrin olmasının, çoxfikirliliyin, bütün məsələlərə müxtəlif rakurslardan yanaşılmasının tərəfdarıyıq

- Amma reallıq sizin dediyinizdən fərqlidir. Azərbaycanda dövlət televiziyası və dövlətdən maliyyələşən qəzetlər var. Bu mətbuat orqanlarında bir qayda olaraq hakimiyyətin mövqeyi işıqlandırılır, bir dəfə də olsun alternativ fikrə rast gəlmək mümkün deyil. O cümlədən hakimiyyətə yaxınlığı sirr olmayan özəl televiziyalarda alternativ fikir yoxdur. Əgər hakimiyyət alternativ fikiri vacib sayırsa, niyə dövlətdən maliyyələşən KİV-lərdə və özəl televiziyalarda həmin fikrə yer verilmir?

- Mən sizin dediklərinizlə razılaşa bilmərəm. Çünki alternativ fikir yalnız müxalif fikir deyil. Əgər alternativ fikrin göstəricisi kimi Azərbaycanda konkret olaraq yalnız hansısa radikal müxalifət partiyasının sədrinin fikrini götürsək, onda yanılarıq. Əlbəttə, bu da alternativ fikirdir, amma alternativ fikir yalnız hansısa müxalif fikirdən ibarət deyil. Cəmiyyətdə olan insanların sayı qədər də fikir var. Bəzən bu fikir sahibləri qruplaşıb partiya yaradırlar, bəziləri bir araya gəlib QHT və ya cəmiyyət təsis edir. Lakin onların da hamısı eyni cür düşünmür, fərqli fikirlər olur.

- Amma müxalifət televiziyalara buraxılmır. Bunun səbəbi nədir?

- Niyə buraxılmır? Əgər siz müxalifət deyəndə yalnız iki partiyanın sədrini nəzərdə tutursunuzsa, onlardan bəhs edirsinizsə, ola bilər ki, onlar efirdə az görünür. Amma gün ərzində televiziyalar onların tədbirlərini işıqlandırır, fikirlərini efirə verir. Xüsusən də İTV-də. Düzdür, bu, İTV-nin borcudur. Bundan başqa, özəl televiziyaların əksəriyyətində mən onları görürəm, dinləyirəm.
Əgər söhbət konkret olaraq bir-iki radikal partiya sədrindən gedirsə, onların çıxışları heç özlərinin ailəsinə də xeyir gətirməz. Ona görə də onları nə qədər az versələr, bir o qədər yaxşıdır. Amma bütövlükdə Azərbaycanda müxalif fikir də, alternativ fakir də, ictimai rəy də, vətəndaş cəmiyyətinin ideyaları da var.

- Efirdə görünməsini istəmədyiniz partiya rəhbərləri AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdirmi?

- Mən bilmirəm siz kimi nəzərdə tutursunuz. Amma mənim də ürəyimdə tutduqlarım var.

- Əli müəllim, hakimiyyət, Yeni Azərbaycan Partiyası 2013-cü ilin prezident seçkisinə necə hazırlaşır? Hakimiyyət komandasının prezidentliyə namizədi bəllidirmi?

- YAP-ın prezidentliyə namizədi partiyanın sədri, hazırkı dövlət başçısı cənab İlham Əliyevdir. Bu, birmənalı olaraq belədir və partiyada onun alternativi yoxdur. Amma cənab İlham Əliyev 2013-cü il seçkiləri ilə bağlı hələ özü açıqlama verməyib. Ona görə də YAP-ın ali rəhbər orqanı hələ yığışıb bunu müzakirə etməyib.
Hakimiyyətin və YAP-ın prezident seçkisinə necə hazırlaşmasına gəlincə, hakimiyyət də, hakim partiya da uzun müddətdir ki, kampaniyaçılıqdan imtina edib. Biz faktiki olaraq bir seçki qurtaran gündən növbəti seçkiyə hazırlaşırıq. Necə hazırlaşırıq? Əhalinin ehtiyaclarını öyrənirik, onları təmin edirik. İnsanların istək və arzularını, ehtiyaclarını, hakimiyyətdən gözləntilərini müəyyənləşdirib bunları dövlət proqramları şəklində həyata keçiririk. Mən hələ birinci müddəti demirəm, cənab İlham Əliyev 2008-ci ildə prezident seçildiyi gündən faktiki olaraq Azərbaycanda xalqın, vətəndaşların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, istək və arzularının təmin olunması ilə məğşuldur. Ona görə də seçkiyə bir müddət qalmış ayrıca kampaniya aparmağa ehtiyacımız yoxdur. Kampaniyanı o adamlar aparırlar ki, beş il yatırlar, gizlənirlər və seçki gələndə meydana çıxırlar. Amma hakimiyyət və YAP bu beş ilin bir gününü də xalqın içərisindən çəkilməyib, onun ehtiyaclarından, tələbatından uzaqda dayanmayıb.

- Seçki ili yaxınlaşır. Əgər prezident İlham Əliyev seçkidə iştirak etməməyə qərar versə, hakimiyyətin, YAP-ın namizədi kim ola bilər? Yeni namizədi müəyyənləşdirib təbliğatını qurmaq problem olayacaq ki?

- Mən bunu proqnozlaşdırmaq istəmirəm. Çünki hələlik zamanımız var. Mən ona da əminəm ki, YAP-ın hazırlıqları, gözləntiləri və müəyyən edilmiş normaları, eyni zamanda artıq müəyyən olunmuş namizədi var. Ona görə də bu gün bu məsələ ətrafında fikir mübadiləsi aparmağa ehtiyac yoxdur, hələlik tezdir.

- Martın 1-də Qubada məlum hadisələr baş verdi, insanlar küçələrə çıxdılar, etirazlarını bildirdilər və son nəticədə xalqın etiraz etdiyi icra başçısı vəzifəsindən azad olundu. Bu hadisələrin üzərindən sirr pərdəsi götürülməyib. Çünki istintaq davam edir, hüquq mühafizə orqanları açıqlama vermir. Siyasi hakimiyyət üçün Quba hadisələrinin əsl səbəbləri məlumdurmu?

- Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi. Hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur. Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər. Amma istənilən halda bu, Quba camaatının geniş ictimai narazılığı deyildi. Buna baxmayaraq müxalifət bunu məhz belə təqdim etməyə cəhd göstərdi. Guya insanların hakimiyyətə qarşı üsyanıdır. Əslində isə qətiyyən belə deyildi. Bu konkret olaraq rayon icra hakimiyyəti başçısına qarşı məqsədyönlü şəkildə təşkil olunmuş aksiya idi. Təəssüflər olsun ki, icra başçısı da ona qarşı təşkil olunmuş aksiyaya müəyyən qədər əsas vermişdi.

- Bir qrup kino xadimi yüksək vəzifəli hakimiyyət rəsmilərinin iştirakı ilə bir araya gələrək Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıb. Son illərdə Rüstəm İbrahimbəyovla hakimiyyətin mövqeyi üst-üstə düşmürdü. Onun təşkilatına alternativ yaratmaq zəruri idimi?

- Alternativ yaratmaq hər yerdə zəruridir. Alternativsiz olan yalnız Allahdır. Hətta peyğəmbərimizin də alternativləri, rəqibləri, ona qarşı çıxanları vardı. Rüstəm İbrahimbəyov kimdir ki, onun alternativi olmasın?! Əvvəla, Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının sədri kimi son zamanlar hansı iş gördüyünü ortaya qoysun. Azərbaycanda hansı kino şedevrləri yaradıb, nə vaxt kino ictimaiyyətinin ehtiyaclarını dinləyib və onları təmin edib? Azərbaycanda Kinematoqrafçılar İttifaqı istisna olmaqla bütün ittifaqlar inkişaf edib. Yazıçılar Birliyi, Rəssamlar İtifaqı və digər yaradıcı qurumlar. Rüstəm İbrahimbəyov isə son zamanlar daha çox siyasətə və öz ambisiyalarını reallaşdırmağa girişib. Ona görə də buna qeyri-adi baxmaq lazım deyil.
Siz dediniz ki, Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradılıb. Bu onu göstərir ki, ora artıq Rüstəm İbrahimbəyovun şəxsi ittifaqı idi. Amma belə olmamalıdır. Kinematoqrafçılar İttifaqına kimin rəhbərlik etməsini kino xadimləri müəyyənləşdirməlidir, ittifaqa rəhbərliyi onlar seçməlidir. Heç kim həyatda daimi olmadığı kimi vəzifədə də daimi deyil. Əgər Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmaq istəyirsə, buyursun, partiya yaratsın, öz silahdaşlarını da ətrafına toplayıb mübarizə aparsın. Yeni ittifaqın təsis toplantısındakı çıxışlara əsasən deyirəm ki, kinematoqrafçılar artıq hesab ediblər ki, Rüstəm İbrahimbəyovun orada olması Azərbaycan kinosunun inkişafına xidmət etmir, hakimiyyətlə, cəmiyyətlə qarşıdurma yaradır. Bu da ittifaqın inkişafına ziyan vurur. Ona görə də onlar alternativ qurumlarını yaratdılar. Çox düz etdilər. Hesab edirəm ki, yeni ittifaq tezliklə öz yerini tutacaq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]