Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Elə əlil vətəndaşlarımız var ki...”

“Elə əlil vətəndaşlarımız var ki...”
Bölmə :
KİVDF
Yayım tarixi :
30/4/2013 [11:48]
Baxılıb :
831 dəfə

Hər il dekabrın 3-ü BMT-yə üzv ölkələrdə Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu barədə qərar 1992-ci il dekabrın 3-də BMT Baş Assambleyasında qəbul edilib. Məqsəd əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərin təşkil edilməsidir. 
Əhali nisbəti ilə götürsək, Azərbaycanda əlillər əhalinin 4,5 faizini təşkil edir. Amma dünyada, Avropada əlilliyin faizi 9-12 arasında dəyişir. Bu da maraqlı məsələdir, o baxımdan ki, Qarabağ müharibəsinin təsirlərini itirəcək o qədər də uzun zaman keçməyib, üstəlik müharibəni hələ də bitmiş saymaq olma. Deməli, həm Azərbaycanın təbiəti, ekoloji durumu, genetik faktorlar, həm də sağlamlığın qorunması istiqamətində görülən işlər son nəticədə əlillik faizinin aşağı olmasını şərtləndirib. 


“Elə əlillərimiz var ki...”

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli ilə söhbətimizin davamında sağlamlıq məhdudiyyəti olan insanlarımızın təhsil problemlərindən danışdıq: “Bu təbəqədən olan elə vətəndaşlarımız var ki, təhsil ala bilərlər, lakin bunun üçün lazımi şərait yoxdur. Xüsusi təhsil formaları var. Ancaq bu kütləvilik tətbiq olunmayıb. Məşğulluğun təmin olunması sahəsində 23 minə yaxın əlil işlə təmin olunub. Necə inkişaf etmiş ölkə olursa-olsun, orda da problemlər tam həll olunmayıb”.
Həmsöhbətimizin sözlərinə görə, paytaxt Bakıya “London taksi”lərinin gətirilməsi arzuolunan haldır: “Əliliyi olan insalar bu nəqliyyat vasitsəsindən istifadə edə bilər. Ancaq əlilin aldığı sosial müavinət və pensiya ona imkan vermir ki, bu taksinin xidmətlərindən istifadə etsin.
Yaxınlarda ictimai nəqaliyyat üçün xidmət göstərən 200-ə yaxın avtobus gətirildi. Onlar əlilliyi olan insanlar üçün uyğun idi, ancaq bu uyğunluq sonradan yoxa çıxdı. O uyğunluğu da arada götürdülər.
Avtobus dayancaqlarında da şərait yoxdur. Əlillərin arabalarda burda dayanması mümkünsüzdür. İnkişaf etmiş ölkələrdə də saydığım bu və başqa problemlərin hamısı öz həllini tapmayıb. Ancaq həll oluna biləcək problemlərdir. 
Şəhərin infrastrukturu qurulur, təmir işləri gedir. Ancaq əlillər nəzərə alınmır, alınanda da standartlara uyğun deyil. Bizim göstərdiyimiz problemlərin həlli üçün gərək yenidən şəhərin infrastrukturunda, planında dəyişiklik olunsun. Hansı ki, bunu elə təmir işləri zamanı da etmək olar. 
Deyilənə görə, bir metrostansiyada əlil arabalarının hərəkəti üçün padnus qoyulub. Ancaq başqa metrostansiyalarda bu yoxdur. Belə olan halda bir stansiyada əlillər üçün yaradılan şəraitin mənası yoxdur. Ona görə də kompleks tədbirlər götülməlidir. Görüntü xakaterli olmamalıdır, kiməsə təqdim etmək üçün iş görülməməlidir”.

“İstehsalatda bədbəxt hadisələrin sayı azalıb”

Davud Rəhimli bildirir ki, əlilliyə yol açan halların aradan qaldırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini də qeyd etmək lazımdır: “Bu xidmətin çox böyük, ardıcıl fəaliyyəti nəticəsində istehsalatda bədbəxt hadisələr üzündən əlillik halları dəfələrlə azalıb. Baxın, təkcə tikintilərdə təhlükəsizlik qaydalarının gözlənilməsi ilə bağlı nə qədər işlər görülüb! Başqa sözlə, ötən il Azərbaycanda istehsalatda ölümlə nəticələnən 83 hal qeydə alınıb, 2100 adam əlil olub. Bütün bunlar sistemli görülən işlərin nəticəsidir. Ancaq sözsüz ki, istehsalatda ölüm və əlilliyə yol açan halların aradan qaldırılması istiqamətində səylər daha da gücləndirilməlidir. Əlilliyin qarşısının alınması üçün avtomobil nəqliyyatında olan hadisələrə də xüsusi diqqət yetirmək lazımdır”.
Azərbaycanda bu gün müharibə, Qarabağ əlilləri var. Müharibələr əlilliyin artmasına, fəlakətlərin çoxalmasına xidmət edir. Məişət zəminində də elə hallar olur ki, əlilliyə yol açır. Bununla bağlı ailələrdə məişət zorakılığı hallarının qarşısını almaq üçün addımlar atılır.
Azərbaycanda zəlzələyə davamlı binaların tikintisi də əlilliyin qarşısının alınması istiqamətində mühüm məsələdir”.

“İldə bir dəfə tibbi müayinədən keçilməlidir”

Davud Rəhimli əlillərin reabilitasiya mərkəzləri, sanator-kurort xidmətlərinə də toxundu: “Əlliyin reabilitasyası ilə bağlı Azərbaycanda hansı işlər görülür? Azərbaycanda əlillik fiziki qüsurların çox-azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bəzən əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər.
Bu gün Azərbaycanda 14 reabilitasiya mərkəzi var. Bölgələrdə də belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. Bu yolla ildə 10 minlərlə əlil istehsalata qayıdır, öz sağlamlığını bərpa edir və sağalır.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir yaxşı işini də qeyd etmək istəyirəm. Nazirlik əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar. 
Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar”.

“Xüsusilə gənc əlillər işlə təmin edilməlidir”

Müsahibimiz ölkədə əlillərin sosial müdafiəsi istiqamətində görülən işlərdən danışır: “Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyard səkkiz yüz milyon manatdan çox vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Qarabağ əlillərinə həm müavinətlər, həm də prezident təqaüdü verilir. O cümlədən Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar.
Bunlar vaxtaşırı atılan çox böyük addımlardır. Xeyriyyəçilik və mərhəmət baxımından da bu istiqamətdə böyük işlər görülür. Gözdən Əlillər, Karlar cəmiyyətləri kimi xüsusi qurumlar, fiziki qüsurları olan insanlarla iş aparan QHT-lər var. Bu QHT-lərin maliyyələşməsində özəl bölmə, xeyriyyəçi adamlarımız fəal iştirak edirlər. Bu da son nəticədə əlillərin social-psixoloji durumunu yaxşılaşdırır.
Əlillərin sosial müdafiəsi istiqamətində daha nə etmək olar və nə etmək lazımdır? Biz əlillərin işə qəbul olunması barədə düşünürük. Elə iş yerləri var ki, əlillər burada çalışa bilərlər. Tutaq ki, qəzet köşklərində, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər.
Bu gün bir çox əlillər işləmək arzusundadırlar. Əsasən nəzərə alaq ki, gənc əlillərin müxtəlif komlekslərindən azad olmaları, özlərini vətəndaş kimi təsdiqləmələri üçün onların işləmələri vacibdir. Lakin bu arzusu olan əlillərin əlillik dərəcəsini müəyyən edən sənəddə əmək qabiliyyətsizliyinin yazılması onları işləməkdən məhrum edir. Çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır. Lakin belə gənclərə yaxşı olar ki, əlil cəmiyyətləri kömək etsinlər. Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil. Məsələn, gözü görməyən insan gələrək hansısa müəssisədə gözətçi işləmək istəyir. Təbii ki, bu mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin məşğulluq məsələsində bir təsnifatlaşma, xüsusi normativlər olmalıdır. 
Lakin onu da deyim ki, bu gün rüşvətlə əlillik dərəcəsi alanlar da var. Buna qarşı da ciddi mübarizə aparılmalıdır. Elə hallar indi çox olsa da, bu iş gizli aparıldığından heç kim xəbər tutmur və cəzalandırılmamış qalır. Əslində yalandan əlillik dərəcəsi alan adamlar İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyətə cəlb olunur. İki ildən bir əlliliyin təzədən yoxlanılması da buna xidmət edir.
Vaxt keçdikcə həyata keçən reallıqlar, proseslər, ictimai birliklərin təşəbbüsləri, maliyyə imkanları qanunlarımızda bir sıra əlavələr və dəyişikliklər etməyə zəmin yaradır. Əsas təkliflər isə əlilliyin müavinətinin artırılması ilə bağlıdır”.

Qeyd

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının rəsmi internet ünvanı (www.udpo.az) var. Burada xüsusi naliyyətləri olan əlillər barədə xeyli sayda informasiya yerləşdirilib. Onlardan diqqətimizi çəkən iki nəfəri tanıdaq:
Leyla Ramazova - 1968-ci il tarixdə Gəncə şəhərində anadan olub. Bakı şəhərində Kimya təmayullu məktəbi və Bakı şəhəri Əczazılıq Texnikumu və Azərbaycan Dovlət Neft Akademiyasının Tətbiqi riyaziyyat fakultəsini bitirib. I qrup əlildir. Muhəndis - proqramçıdır. 1995-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyində muhəndis - proqramşı ixtisasında işləyir. 1994-2007-ci illərdə Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyətinin idarə heyətinin üzvü olub. Toxuma işi ilə məşğul olur. 
İlham Zəkiyev - 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. I qrup əlildir. İdmançıdır. Boyu 188 sm, Çəki dərəcəsi: +100 kq
Nailiyyərləri:
- 2003-cü il, Kvepek, Kanada, Dünya çempionatının bürünc medalçısı;
- 2004-cü il, Afina XII Yay Paraolimpiya oyunlarının qızıl medalçısı;
- 2005-ci il, Vlardingen, Hollandiya, Avropa çempionatının qızıl medalçısı;
- 2006-cı il, Baki Azərbaycan, Avropa çempionatının şəxsi və komanda
hesabında qızıl medalçısı;
- 2007-ci il, Brazilya, Dünya çempionatı və Dünya oyunlarında qızıl medal və komanda hesabında bürünc medalçısı;
- 2008-ci il, Pekin XIII Yay Paraolimpiya oyunlarının qızıl medalçısı
Azərbaycan çempionu

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]