Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Balaca qalibiyyətli müharibə”

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
20/6/2012 [12:58]
Baxılıb :
1973 dəfə

Müharibənin başladılması üçün bir, başladılmaması üçün yüz bir səbəb var. İkincilər birincini basdığından, müharibə də olmayacaq.

Hansıdır o hərbə mane olan səbəblər? Bəzilərini sadalayaq. Əvvəla, Qarabağ problemi hər iki dövlətin daxili siyasətinin “qızıl yumurtlayan toyuğ”dur. Bu cür toyuğu kəsməzlər. O, öz vətəndaşlarını xarici düşmənlə qorxutmaq, səfərbər etmək, şantaj etmək, sosial və iqtisadi problemlərdən diqqəti yayındırmaq aləti kimi illərdir istifadə olunur və olunacaq da.

İkincisi, anti-xalq və qeyri-azad rejimlərdə “əli silahlı adam qorxusu” var. Müharibə silahlı adamlara sərbəstlik verir. Silahın və güllənin trayektoriyası və istiqaməti isə səngərdən irəliyə yönəldiyi kimi, arxaya da yönələ bilər. Yəni, hədəf dəyişilər.

Üçüncüsü, dünya güclərinə cəbhədəki indiki status sərf edir və onlar nə müharibədə, nə də problemin həllində maraqlıdırlar.

Dördüncüsü, müharibələr təkcə bir tərəfin qələbəsi ilə yox, həm də (və mütləq) uduzan tərəfdə hakimiyyətin devrilməsi ilə bitir. Uduzan hakimiyyətlər təkcə ölkə ərazisini yox, həm də öz hakimiyyətini uduzurlar.

Siyahını davam da etdirmək olar, buradaca kəsmək də. Elə bu səbəblərə görə də, 2 həftə əvvəl müharibənin başlayacağına dair realda və virtualdakı söz-söhbəti əlahiddə sakitliklə qarşıladım. Hakimiyyətlərin hazırda “balaca qalibiyyətli müharibə” ehtiyacları yoxdur, çünki, müharibənin həm balaca, həm də qalibiyyətli olacağına ümidləri yoxdur.

Əvəzində isə qısamüddətli səngər atışmaları, hər 2 tərəfdən itkilər və tez də bərpa olunan status-kvo var. Mütəmadi əl atılan bu səngər avantüraları hakimiyyətlərin ölkə problemlərindən diqqəti yayındırmaq istəklərinə yetərincə cavab verir. Baxmayaraq ki, o avantüralarda axan su deyil, 18-20 yaşlı yeniyetmələrin qanıdır.

Həm bu avantüraları anlamaq, həm də sonrakı gedişatı proqnozlaşdımaq üçün tarixə nəzər salmaq faydalıdır. Seçdiyim tarixi misal 30 il əvvəl Argentina ilə Böyük Britaniya arasında baş vermiş Folklend müharibəsinə aiddir. O müharibəni alovlandırmış səbəblərlə bu gün Qarabağ ətrafındakı vəziyyəti müqayisə etsəz, razılaşarsız: Bizdə müharibə olmayacaq.

***

Həmin vaxt Argentinada hərbi xunta hakimiyyətdə idi. 1976-cı ildə hərbi çevrilişlə hakimiyyətə gəlmiş və ölkəni 6 il idarə etmiş xuntanın əməlləri tarixə “Çirkli müharibə” adı ilə daxil olub. Xunta öz xalqına qarşı repressiyaları ən çirin meodlarla aparırdı: minlərlə Sol fəalın məhkəməsiz edamı, oğurlanması, itkin düşməsi, işgəncələr, həbs olunanların əl-qolunun bağlanıb təyyarədən okeana atılması...

1981-ci ilin dekabrında xuntanın başına 55 yaşlı general Leopoldo Qaltiyeri gəldi. Ölkə iqtisadi problemlərin məngənəsində boğulurdu, sosial narazılıq tüğyan edirdi, marksistlər xuntaya qarşı partizan müharibəsi aparırdı. Belə bir vaxtda “balaca qalibiyyətli müharibə” lap yerinə düşərdi. Nəzərlər Folklend adalarına dikildi. Argentina heç vaxt bu adaların Böyük Britaniyaya məxsus olması ilə barışmayıb və həmişə onları Malvin adaları adlandırıb.

Bəhanə də tapıldı. Folklendə yaxın yerləşən Cənubi Georgiya adasında (həmçinin Britaniyaya məxsusdur) rus əsilli argentinalı biznesmen 300 min dollara köhnə ov gəmilərini alıb doğratdıraraq Argentinaya gətirmək hüququ qazanır (qazancı 10 qat olacaqdı. Yəni, metalı 3 mln. dollara satacaqdı). Britaniyanın razılığı da alınmışdı. Adaya gələn argentinalı fəhlələr oradakı Britaniya bayrağını endirib yerinə öz bayraqlarını sancırlar. Qaltiyerinin fikrincə, London buna göz yumacaqdı, bununla da adalar Argentinanın idarəçiliyinə keçəcəkdi. 10 min kilometr uzaqlıqdakı adalardan ötrü Britaniya müharibəyə başlamayacaqdı ki?

Ancaq Qaltiyeri bir şeydə yanılmışdı: Necə ki ona, eləcə də Marqaret Tetçerə “balaca qalibiyyətli qələbə” lazımdı. “Dəmir ledi”nin neoliberal islahatları ölkədə iqtisadi vəziyyəti çox ağırlatmış, sinfi mübarizəni kəskinləşdirmişdi. İngiltərədə rəsmən 5 milyon işsiz vardı. Ölkəni fəhlə tətilləri bürümüşdü. Şaxtaçıların müddətsiz tətili ölkəni sarsıtmışdı və hətta bir an şaxtaçıların Tetçeri devirəcəyi tamamilə labüd görünürdü. Vətəndaşların diqqətini ölkədəki durumdan yayındırmaq və psevdovətənpərvər şüarlarla həmrəyliyə nail olmaq üçün Tetçerə general Qaltiyerinin avantürası göydəndüşmə oldu. Və müharibə başladı. Folklend adalarının harada yerləşdiyini belə bilməyən britaniyalılar bir anda çevrilib patriot oldular. Eyni isteriya Argentinanı da bürüdü.

Müharibə 3 ay çəkdi, 560 argentinalının və 250 britaniyalının ölümünə səbəb oldu. Qələbəni Tetçer qazandı.

Uduzmuş Qaltiyerini xalq bağışlamadı. Xunta devrildi, general həbs olundu. 9 il sonra onu azad etdilər, anccaq 2002-ci ildə yenə tutdular. 1 il də keçdi, 76 yaşlı Qaltiyeri məhbəsdə infarktdan öldü.

Qalib Tetçer isə ən ağrılı iqtisadi islahatlar üçün kart-blanş aldı və neoliberal islahatlarını başa çatdırdı.

***

Hər 2 hakimiyyətə “balaca qalibiyyətli müharibə” çox gərək olanda, bu müharibə başlayır.

Hər 2 hakimiyyətə diqqəti mütəmadi olaraq daxili problemlərdən müvəqqəti yayındırmaq üçün isə “səngər avantüraları” da yetərlidir.

Müharibələri isə heç vaxt xalqlar başlamır. Onları siyasətçilər başlayır, xalqlar qırdırılır, sonra özlərinə lazım olanda elə siyasətçilər də müharibəni dayandırır. Bir də lazım olana qədər...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]