Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
81 yaşlı atasını yandıraraq öldürən oğul məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində 81 yaşlı atasının üstünə benzin tökərək yandıraraq öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

Dəhşətli hadisə bu il yanvarın 31-də Maştağada baş verib. İmdad Mehdiyevlə oğlu İlyas Mehdiyev ailə münaqişəsi zəminində mübahisə ediblər. Sonda İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu yandırıb. İlkin məlumata görə, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev içkili olub. O, atasından pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğul arasında davası düşüb. Sonda da dəhşətli qətl baş verib.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsüsi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirli bilinir.

81 yaşlı İmdad Mehdiyev “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »