Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metropolitendən gediş haqqının artırılacağı ilə bağlı xəbərlərə açıqlama
Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

Lent.az-ın məlumatına görə, gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələnin gerçəkliyini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.

N.Paşayev Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir: “Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »