Bizimyol.info xezerxeber.az-a istinadən bildirir ki, son zamanlar ipoteka şərtlərinin sadələşdirilməsi mənzil bazarında canlanmaya səbəb olub.
Əvvəlki illərdən fərqli olaraq şərtlərin sadələşdirilməsi mənzil bazarında tələbatı artırıb. Xüsusi olaraq da vətəndaş ilkin ödənişin 40 faizini ödəyə bilirsə, ondan tələb olunan sənədlərə qoyulan şərtlər də yüngülləşdiririlir.
Dəyişiklikdən sonra xidməti müqaviləylə çalışan şəxslər üçün də ipoteka kredit xətti daha əlçatan olub.Belə ki, artıq xidmətlə məşğul olan sahibkarların orta aylıq gəlirliliyinin 40 deyil, 70 faizi nəzərə alınır.Belə olan halda isə həmin şəxslərə də kredit xəttinin ayrılması üçün qoyulan tələb də ödənmiş olur.
Ekspertlər mənzil bazarında qiymət artımının yanvar ayına qədər davam edəcəyi qənaətindədirlər.