Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlil Məmmədquluzadənin İsveçrə nisgili…

Uşaq vaxtı Cəlil Məmmədquluzadənin bir felyetonunu oxumuşdum. Mirzə Cəlil felyetonda yaşadığı toplumun reallığından gileylənirdi. Sonda yazırdı ki, biz bunları yaşadığımız halda kimsə İsveçrədə oturub, əsəbləri sakit həyat yaşayır, təmiz hava udur, xoş güzəran keçirir:

“Kaş mən də bir oranın dağlarında təmiz oksigen uda biləydim…”.

Cəlil Məmmədquluzadənin İsveçrə nisgili...Mirzə bunu İsveçrəyə sevgisindən çox, ölkəsinin gerçəkliklərinə etiraz olaraq deyirdi, reallığa üsyan edirdi. Üstündən nə az, nə çox, düz 100 il keçir, amma fərqli bir şey olmayıb: nə İsveçrə xaraba qalıb, nə bizim ölkə çiçəklənib.

İsveçrə tarix boyu aqrar təsərrüfata üstünlük verən ölkə olub. Bu ölkəyə bankçılıq bir az fərqli imaj yaratsa da, Orta Əsrlərdən son əsrə qədər geçim qaynağını daha çox kənd təsərrüfatı təşkil edib. Və təbii, bu da oturuşmuş kənd həyatı, mədəniyyətini formalaşdırıb.

Cəlil Məmmədquluzadənin İsveçrə nisgili...İsveçrəli üçün təbiətdən müqəddəs heç nə yoxdur. Şüurlu insan onu göz bəbəyi kimi qorumalıdır. İnsanın dünyada yeganə məğlubiyyətlə nəticələnəcəyi qalibiyyəti təbiət üzərində olacaq. Sadə isveçrəli belə düşünür.

Bizdə isə tam fərqlidir. İmkanı olan təbiəti korlayıb, yerində otel, istirahət mərkəzi tikir.

Cəlil Məmmədquluzadənin İsveçrə nisgili...Etiraf etməliyəm ki, Azərbaycanda, xüsusilə onun dağlıq ərazilərində təbiət İsveçrənin Alp ətəklərindəki gözəlliklərdən heç də geri qalmır. Amma İsveçrədən fərqli olaraq, bizim ölkədə təbiətin nə olduğu, onunla necə rəftar edilməli, onun qoynunda necə yaşanmalı olduğu tam dərk edilmir. Buna görə Ağcakənd ətrafındakı əhəng dağları sırf əhəng daşına görə partladılır, İlisu şəlaləsi üzlük lay daşlara görə dağıdılır, biçənəklər kafe-restoran, “İstirahət mərkəzi” adıyla talan edilir. Ümumiyyətlə, sizə deyim ki, İsveçrədə təbiət qoynuna siz bir dənə də olsa kafe-restoran görə bilməzsiz.

İsveçrə kəndi ilə bizim kəndlər müqayisəyə gəlməz. İsveçrədə dağ başında olan bir kəndin belə real dünya ilə ilin 12 ayı mütəmadi əlaqəsi var. Dağ başındakı kəndə günün istənilən vaxtı yetişə bilərsiniz. Harada yerləşməsindən asılı olmayaraq, istənilən kəndə tramvay işləyir. Yollarda asfalt şüşə kimidir. Çünki onlar başa düşür ki, inkişaf üçün ilkin şərt yoldur.

Cəlil Məmmədquluzadənin İsveçrə nisgili...Azərbaycanda isə bu, ümumiyyətlə dilə gətiriləsi mövzu deyil. Heç rayon mərkəzlərində belə 100 metr salamat yol yoxdur, nəinki Lerikin, Yardımlının və ya Qax, Gədəbəyin ucqar kəndlərinə. Azərbaycan kəndlisi isveçrəlidən heç də az zəhmətkeş deyil, bəlkə də daha artıq torpağa bağlıdır. Amma, bu məhsulu bazara çıxarmaq üçün heç olmasa nəqliyyat rahat işləyə biləcəyi yol lazımdır, ya yox?

Yazıda həm İsveçrə, həm də Azərbaycan kəndlərindən fotolar var. Özünüz müqayisə edin.

seyahetchi.com

Son xəbərlər
Bütün xəbərlər »