Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: Şamaxı yolunda yeni uçqunlar baş verib
Nazirlik: Şamaxı yolunda yeni uçqunlar baş verib
“Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var”.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O xatırladıb ki, Şamaxı şəhərinin 48A məhəlləsində bir neçə ay bundan əvvəl sürüşmə, oturma hadisələri baş vermişdi: “Həmin sürüşmənin dinamikasında yenidən ciddi artım qeydə alınıb. Son günlərdə qədim sürüşmə sahəsi olan Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində də yenə uçqun hadisələri baş verib. Hazırda yolu təmizləyiblər, nəqliyyat vasitələri işləyir”.

Rəisin sözlərinə görə, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir: “Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Ə.Qaralov bildirib ki, Ağsu aşırımında yerləşən Salyan sürüşmə sahəsində də aktivlik başlayıb: “Şamaxı rayonu Qaravəlli kəndində sürüşmə sahəsi mövcuddur, orada da müəyyən aktivlik qeydə alınıb. Şamaxının Muğanlı sürüşmə sahəsi qədim sürüşmə sahəsidir, orada atmosfer yağıntıları intensiv olduqda sürüşmə prosesləri aktivləşir. Ötən il ərazidə 60-dan çox evin sakini köçürülüb, həmin ərazidə də aktivlik qeyd olunub”.

Mütəxəssisin sözlərinə görə, Çuxuryurd avtomobil yolunda, Mədrəsə kəndi ərazisində də aktivlik müşahidə edilib.

Ə.Qaralov qeyd edib ki, hazırda Şamaxıda qəzalı vəziyyətdə olan evlər var: “Kütləvi şəkildə hamının köçürülməsi mümkün deyil. Həmin evlərin çoxu sürüşmə prosesindən deyil, köhnə konstruksiya ilə tikilməsi səbəbindən qəzalı vəziyyətə düşüb, çünki sular birbaşa bünövrəyə axır”.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »