Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələnin yerini proqnozlaşdırmaq mümkün olacaq - Yenilik

“Google”un mühəndislərdən ibarət komandası tərəfindən işlənib hazırlanmış süni intellekt zəlzələdən sonra baş verə bilən təkrar seysmik təkanları proqnozlaşdıra bilər.

Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, güclü zəlzələdən sonra bir neçə həftə və ya ay ərzində zədələnmiş ərazidə tez-tez təkrar təkanlar qeydə alınır və bu da daha böyük dağıntılara səbəb ola və bərpa işlərini çətinləşdirə bilər.

Alimlər tərəfindən afterşokların yerini proqnozlaşdırmaq üçün istifadə edilən metodların səmərəsi, hələ ki, çox azdır.

“Google AI” bölməsinin tədqiqatçıları bu problemi həll etmək üçün süni intellekt texnologiyasından istifadə ediblər. Alimlər afterşokların baş verə biləcəyi yeri öncədən proqnozlaşdırmağa cəhd etmək üçün dərin kompüter təlimi alqoritmlərinin köməyi ilə dünyada baş vermiş zəlzələlərin məlumat bazasını təhlil ediblər.

Hazırlanmış sistem, hələ ki, çox dəqiq işləmir, amma mövcud metodlarla müqayisədə təkrar zəlzələlərin yerini daha yaxşı proqnozlaşdıra bilər.

Son xəbərlər
Bütün xəbərlər »