Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: Sevindirici haldır ki, “Arsenal”la qarşılaşacağıq

Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən, sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq.

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirərkən deyib.

46 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrupundakı rəqiblərin də çətin olduğunu və ağır oyunlar keçirdiklərini söyləyib:

“Ən azından, azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də, bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq. (Oxu)

Son xəbərlər
Bütün xəbərlər »