Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fəxri Xiyabanda bəzi abidələr vandalizmə məruz qalıb”
Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu Fəxri Xiyabanda mərmərdən hazırlanmış bəzi qəbirüstü abidələr vandalizmə məruz qalıb.

Bunu Bizimyol.info-ya heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov bildirib.

“Mən baxıram Fəxri Xiyabanda bəzi qəbirüstü abidələrin rəngləndiyini görürəm. Qara və ağı mərməri, eləcə də tuncdan olan xatirə lövhələrini, məzar daşlarını, abidələri rəngləmək cinayətdir. Bu abidələrlə çox incə davranılmalıdır. Məsələn, Mirzə İbrahimbovun abidəsi rənglənib. Bu olmaz”,-deyə Ö.Məmmədov bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »