Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızın hər iki oğlana sevgi vədi verməsi qanla nəticələndi - Təfərrüat

Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyaşıdını bıçaqlayan gəncin məhkəməsi başlayıb.

Cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Rüstəmov Ayxan Mehman oğlunun məhkəmə prosesinə hakim Elmin Rüstəmov sədrlik edir.

Şəmkirdə sevdiyi qıza görə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.

Belə ki, 2018-ci il 2 may tarixində rayonun Könüllü kənd sakini, 2000-ci il təvəllüdlü Ələkbərli Mətləb Safəddin oğlunu bıçaqlayan Samux rayon Alabaşlı kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Ayxan Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisəyə səbəb onların arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə olub. Belə ki, M.Ələkbərli ilə A.Rüstəmov tay-tuş olublar. Eyni məktəbdə oxuyan gənclər elə eyni qızı da seviblər. Qızın hər iki oğlana “səni sevirəm” deməsi gənclərin qanlı-bıçaq olmasına gətirib çıxarıb. M.Ələkbərli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin səyləri nəticəsində Mətləbin həyatını xilas etmək mümkün olub. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »