Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sosial mənzil "paylayanlara" hökm oxundu
mehkeme
Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Ülviyyə Abdalova və Leyla İsmayılovaya hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyasının hökmü ilə Ü.Abdalova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2017-ci il 21 iyul tarixində anadan olan qızının 14 yaşı tamam olana kimi hökmün icrası təxirə salınıb. Ü. Abdalova məhkəmə zalından azadlığa buraxılıb. Ü. Abdalova əvvəl də məhkum olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və şərti cəza alaraq azadlığa çıxıbmış. Həmin hökmdən qalan cəzası də ödənilməyib.

Digər şəxslərə isə şərti cəza verilib və istintaq zamanı həbs edilmədikləri üçün sərbəst qalıblar.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəmişdi.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev, M.Qafarov və digərləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Eldar Salayev, Məhəmməd Qafarovun, Leyla İsmayovanın və Ülviyyə Abdalova saxlanılıb.

Rəşad VAQİFOĞLU

Bizimyol.info

Paylaş »
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »