Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə yaşamaq hüququ almağın yolları

İsveçdə yaşamaq bir çox miqrantın arzusudur desək, yanılmarıq. Bir çoxları bu ölkədə yaşamaq, təhsil almaq istəyir. Bəs, görəsən İsveçdə müvəqqəti yaşamaq hüququnu necə qazanmaq olar?

1.İsveç Krallığında yaşamaq hüququ almağın yollarından biri iş təklifidir. İş təklifi almaq bu ölkədə elə də asan deyil. Səbəb isə tələbatın yalnız yüksək ixtisaslı peşəkarlara olmasıdır. Misal olaraq İT sahəsində yüksək ixtisaslı kadrlara ehtiyac var.

2.Əgər bu ölkədə yaxın qohumlarınız yaşayırsa, buna görə də müvəqqəti yaşamaq hüququ ala bilərsiniz.

3.İsveçdə də ölkənin vətəndaşı ilə ailə qurmaqla yaşamaq hüququ əldə etmək keçərlidir. Lakin bu qaydalar elə də asan deyil. Belə ki, ailənin həqiqətən qurulduğunu bilmək üçün dövlət rəsmiləri həmin ailə ilə 6 aydan bir görüş keçirir. Bu, 2 il davam edir.

4.İsveçdə biznes açmaqla da uzun müddətə yaşamaq hüququ sənədini əldə etmək olar.

Bu sənədi əldə etmək üçün İsveçin ölkədəki səfirliyinə müraciət etməlisiniz. Müraciət müsbət dəyərləndirildikdən sonra həmin şəxs səfirliyə görüşə çağrılır və bu mərhələni də uğurla keçərsə, İsveçdə bir müddətlik yaşamaq hüququ qazanır. Yaşamaq izni hər kəsə individual yanaşılmadan sonra verilir. Müddəti isə 6 ay və ya 1 il olur.

Avropa ölkələrində yaşamaq hüququ kartını 2011-ci ilin 20 mayından bu yana “Residence card”-lar əvəz edir. Əvvəllər isə kartların əvəzinə kağızdan ibarət stikkerlər verilirdi. Yeni kartlarda sahibinin biometrik göstəriciləri və iki barmağının izi yer alır. (seyahetchi.com)

Son xəbərlər
Bütün xəbərlər »