Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda film kimi hadisə - Məhkəmə
Atasını öldürməkdə təqsirləndirilən oğul və ziddiyyətli ifadələr

Bakı Ağır Cinayətlər Məhkəsində qətl törətməkdə ittiham edilən Elməddin Əliyev, Nəcməddin İsmayılov və Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmənin hazırlıq islası keçirilib.

Bizimyol.info xəbər verir ki, prosesdə dövlət iihamçısı ittiham aktını elan edib.

Balta ilə qətl

İtihama əsasən, Elməddin atası İbrahim Əliyevin kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olmasını bilərək onu öldürmək qərarına gəlib. Bu barədə tanışları Vəlican Dadaşov və Nəcməddin İsmayılovla razılığa gəlib. V.Dadaşov İ.Əliyevə zəng vuraraq başqa məsələ ilə bağlı Zirə qəsəbəsində qardaşına məxsus bağ evinə çağırıb. İ.Əliyev həyətə daxil olan kimi V.Dadaşov baltayla onun baş nahiyəsinə zərbə endirib. Daha sonra isə bıçaqla sinəsindən üç dəfə vurub. Elməddinlə Nəcməddini çağırıb, İbrahimin öldüyünə əmin olduqdan sonra hər üçü hadisə yerindən qaçıblar. Lakin elə həmin gecə geri qayıdaraq izi itirmək üçün evi yandırıblar.

Ziddiyyətli ifadələr

Sonradan isə Elməddin istintaqa fərqli ifadə verib. O, atasını öldürməyi sifariş etmədiyini, Vəlicanın atasına 3 min manat borcu olduğunu, qaytarmadığını, atası isə hər gün pulu ondan tələb etdiyini deyib. Ona görə də atası Vəlicanla özü danışmaq istəyib: “Atam Nəcməddinə dedi ki, Azərin evinə gedib məni orada gözləyin. Biz ora gedəndə Vəlicanla əlində fənər həyətdə hərlənirdi. Nə baş verdiyini soruşanda İbrahimi öldürdüyünü dedi. Vəlican atamı mənim tapşırığım və istəyimlə öldürməyib. Cinayətin törədilməsində iştirak etməmişəm”.

“Günahım o olub ki, qanlı şalvar geyinmişəm "

Məhkəmədə İttihama münasibət bildirən İttiham olunan şəxslər özlərini günahkar təqsirli bilmədiklərini deyiblər.

V.Dadaşov qətl törətmədiyini deyib: "Elməddin bizə dedi ki, atası onu döyüb öldürür və onu öldürəcək. Sonra onun istəyi ilə Elməddini maşınla Zirəyə apardıq, bir qədər sonra da zəng etdi, gedib götürdük. Elməddin dedi ki, atasını öldürüb, mən də güldüm, fikir vermədim. Sonra Elməddin dedi kiminsə maşınında benzin qurtarıb, ona görə alıb Zirəyə qayıtdıq. Mən maşından düşüb gözlədim, Elməddin harasa gedib gəldi, maşına minib qayıtdıq. Mənim günahım o olub ki, qanlı şalvar geyinmişəm ".

V.Dadaşov əvvələr dəfələrlə məhkum olunub.

“Vəlicandan qorxduğum üçün heç nə soruşmadım”

Məhkəmədə ifadə verən Elməddin Əliyev deyib ki, atasının ölümündə günahı olmayıb: "Mən ora gəlib Vəlicanın üstünü qanlı görüb qorxmuşam. Əlində də balta var idi. Vəlicandan qorxduğum üçün heç nə soruşmadım. Ordan da kluba getdim, Vəlican da sonra paltarını dəyişib gəlmişdi. Dedi paltarı yandırdım. Sonra gedib benzin aldıq, pulu mən verdim. Evə getdik, mən qıraqda dayandım, Vəlican evi yandırdı".

“Elməddin zəng edi ki, Vəlican atamı öldürüb”

Nəcməddin İsmayılov məhkəmədə ifadəsi zamanı sadəcə Vəlicanla Elməddini Zirəyə aparıb: "Elməddin dedi atasından pul alaraq Vəlicana verib, indi də qaytarmır. Atası da onu evdən qovub ki, ya pulu gətir, ya da Vəlicanı çağır özüm görüşüm. Mən də Elməddinlə Vəlicanı İbrahimgilə aparırdım, çatana yaxın Elməddinin telefonunda kontur yox idi. Mənim telefonumla zəng etdim İbrahimə, dedim Vəlicangili sizə gətirirəm, dedi Azərin evinə apar. Bunun səs yazısı da var. Mən də ora apardım, özüm çıxıb getdim. Sonra Elməddin zəng edib dedi Vəlican atamı öldürüb, tez gəl. Mən özümü cinayəti bilib gizlətməkdə təqsirli bilirəm. Elməddin dedi qorxuram Vəlican bizi də öldürər, mən dedim qorxma, gedək anana deyək. Onlara dedim mənim telefonumla zəng etmisiz, problem yaranar, gedin polisə deyin. Səhəri gün mənə zəng etdilər ki, gedək evi yandıraq, mən də dedim məni qatmayın, gedin evdə danışın hər şeyi. Sonra evdəydim, gördüm ev yanır, Elməddinə zəng edib soruşdum, dedi hə yandırdıq. Məni Elməddin qoymadı ki, kiməsə deyim, dedi desək Vəlican bizi də öldürəcək. İbrahim kişinin haqqında deyilənlər isə yalandır".

Qeyd edək ki, bu, Elməddin Əliyevin ilk cinayət əməlidir,Vəlican Dadaşov isə daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Nəcməddin İsmayılovun da daha əvvəl də oğurluğa görə ittiham edilib və şərti cəza alıb.

Rəşad VAQİFOĞLU

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »