Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Azərbaycan və İran məhsullarını geri qaytardı
Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən 105 tona yaxın məhsulun bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər. Oxu.az xəbər verir ki, geri qaytarılan məhsullara dörd partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şaftalı daxildir.

Qeyd edək ki, məhsullarda şərq meyvəyeyəni və yovşan-quyruq ambroziya aşkarlanıb.

Zərərvericilərin mövcudluğu “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib.

Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunaraq məhsullar ixracatçı ölkələrə geri qaytarılıb.

Son xəbərlər
Bütün xəbərlər »