Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakı Xanları evi” bərpa ediləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12.00-dək qəbul olunur.

Qeyd edək ki, XVII-XVIII əsrlərə aid “Bakı Xanları evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

olke.az

Son xəbərlər