Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skeletə bənzəmək üçün burnunu və qulağını kəsdi - Fotolar
Kolumbiyada 22 yaşlı Erik Yeyner Hinkapi Ramirez skeletə bənzəmək üçün qorxunc əməliyyatlar keçirib.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, Ramirez iki illik əməliyyat nəticəsində burnunu və qulaqlarını kəsdirib.

22 yaşlı gəncin kəllə sümüyü və skeletə olan böyük həvəsi onun 2 il ərzində bir sıra əməliyyatlar keçirməsinə səbəb olub. Anası öldükdən sonra prosesləri sürətləndirən gənc burnunun ucunu və qulaqlarını kəsdirib.

Ramirez bununla da kifayətlənməyib və dilini iki yerə böldürərək hər bir hissəni fərqli rəngə boyayıb. Gənc göz bəbəklərini də tatu vasitəsilə qara rəngə boyayıb, dişlərini itiləyib.

Son xəbərlər
Bütün xəbərlər »