Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya çempionatında kuryoz qol - Video

Şənbə günü, Rusiya çempionatının beşinci turu çərçivəsində Moskva derbisində “Spartak” və “Dinamo” komandaları qarşılaşıb.

Bizimyol.info-un Oxu.Az-a istinadən xəbərinə görə, oyun “Spartak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeddinci dəqiqədə Kvinsi Promes meydan sahiblərini hesabda irəli çıxarıb. 14-cü dəqiqədə isə Lorenso Malqareho ikinci topu qonaqların qapısından keçirib.

Matçın 82-ci dəqiqəsində “Dinamo”nun müdafiəçi Vladimir Rıkov meydanın özlərinə aid hissəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücü çatmayıb.

Beş turdan sonra hesabında 13 xal olan “Spartak” turnir cədvəlinə başçılıq edir. “Dinamo” isə 6 xalla altıncıdır.

Son xəbərlər
Bütün xəbərlər »