Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanalzasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı öldü
Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb və ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Hadisə zamanı ölən şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, quyuda təmir işləri aparan İlqar adlı fəhlə və onu xilas etmək üçün quyuya düşən FHN əməkdaşı Rasim Məmmədov ölüb.

Onların hər ikisi qazdan boğulub.

FHN-in dörd əməkdaşı isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

umqayıtda baş vermiş hadisə zamanı zəhərlənən şəxslərin adları məlum olub.

Onlar - 1988-ci il təvəllüdlü Əhmədov Namiq Zahid oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Natiq Namiq oğlu, Əliyev Ayaz Niyazi oğlu və Bağırov Zahid Maqsud oğludur.

N. Əhmədov və N. Məmmədovun vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Son xəbərlər
Bütün xəbərlər »