Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kapital Bank”da kart növbəsi yaranıb – bankadan AÇIQLAMA - FOTOLAR
“Kapital Bank”ın Nərimanov kart mərkəzləri filialında bir neçə gündür ki, izdiham yaşanır. Mərkəzə müraciət edənlər o qədər çoxdur ki, basabasda növbə gözləyən vətəndaşlar arasında mübahisələr, ciddi narazılıqlar da yaşanır. Vəziyyət o həddə çatıb ki, əraziyə post-patrul (PPX) xidmətinin əməkdaşları da cəlb edilib. Polis əməkdaşlarının bir neçəsi fililalın daxilində növbə sisteminə, digərləri isə fililaın qarşısına yığışan vətəndaşlara nəzarət edirlər. Xidmət aparan polis əməkdaşı Bizimyol.info-nun müxbirinə bildirib ki, bu cür vəziyyət bir neçə gündür davam edir. Səbəb isə “Kapital Bank”da olan pensiya kartlarının Bakı şəhəri üzrə yalnız bu fililada dyişdirilə bilməsidir. Əvvəllər isə hər bir vətəndaş Bakı şəhəri üzrə öz yaşadığı rayondakı fililada kartları dəyişə bilərdi. Polis əməkdaşı əlavə edir ki, sakinlər arasında hər hansı insident qeydə alınmasa da, isti havada saatlarla nöbvə gözləyənlər arasında ara-sıra mübahisələr düşür. “Qoca və xəstə vətəndaşları bankın içərisinə buraxaraq, orada əyləşmələrinə şərait yaradırıq. Digərləri isə növbəyə duraraq bayırda gözləyirlər. Biz də növbə sisteminin pozulmamasına, narazılıq yaranmamasına nəzrət edirik” – deyə PPX əməkdaşı bildirir.

İsti havada saatlarla növbə gözləyən insanlar arasında isə ciddi narazılıq var. Onlar kartların Bakı şəhəri üzrə “Kapital Bank”ın yalnız bir filialında – Nərimanov kart mərkəzi filialında verilməsinə etiraz edirlər.

“Daxili işlər nazirliyi, müdafiə nazirlyilindən təqaüdə çıxmış, həmçinin əmək pemsiyası “Kapital Bank” vasitəsilə ödənilən bütün vətəndaşlar bu mərkəzə yönlədilib. Pensiya kartları 3 ildən bir dəyişdirilir. Əvvəllər hər kəs öz rayonundakı “Kapital Bank” filialına gedib kartlarını dəyişə bilirdi. Məsələn, biz Xətai rayonundan almışdıq, bu qədər növbə və problem də yaranmırdı. İndi isə hamısı bu filiala yönəldilib. Nəticə də göz qabağındadır. Yaşlı bir qadın qohumumun əvəzindən burada növbəyə durmuşam. Onun ümumiyyətlə bura gəlməyə fiziki imkanı yoxdur. Hələ mənim kimi sağıam adam 10 gündür ümumiyyətlə növbə sisteminə yaxı düşə bilmirəm. Qoca, xəstə, fiziki əngəlli şəxslər necə gəlib bu istidə saatlarla növbədə gözləsinlər?” – Habil Haqverdiyev adlı vətəndaş belə deyir.

Digər vətəndaş da bildirir ki, isti yay günündə saatlarla növbədə durmaq mümkün deyil. “Növbədə azı 50-60 adam olur. Burada saatlarla durub gözləmək mümkün deyil. Evdə uşaq qoyub gəlmişəm. Növbə nömrəsini götürüb getmək də olmur, çünki vaxt çatan kimi orda olmasan, yenidən növbəyə durmalısan. İkinci dəfədir ki, növbəyə dururam. Başa düşmürük ki, bütün Bakı şəhəri niyə təkcə bu balaca filialdan almalıdır. Bu nədir, bankdaxili inhisarçılıqdır? Eyni bankdır, digər filialları da ərazi üzrə versələr, heç bir problem qalmayacaq” – adının qeyd edilməməsini xahiş edən xanım bildirir.

Qeyd edək ki, “Kapital bank”ın sözügedən filialı “Nərimanov” rayon metrostansiyasının yaxınlığında Mirzəbala Məmmədzadə 71-81 ünvanında yerləşir.

Məsələ ilə bağlı “Kapital bank”ın mövqeyini öyrəndik. “Kapital bank”ın mətbuat katibi Pərviz Sədrəddinov Bizimyol.info saytına açıqlamasında bildirib ki, ötən ildən başlayaraq “Kapital bank”da kart mərkəzlərinin açılması ilə bağlı qərar verilib. Bunun səbəinə gəlincə: “Əvvəllər müştərilər kart dəyişdirmək üçün rayon filiallarına yaxınlaşırdılar, bu isə özülüyündə həmin filiallarda böyük növbələrə səbəb olurdu. Bu həm kredit müştəriləri üçün, pul köçürməsindən və digər bank xidmətlərindən istifadə edən vətəndaşlar üçün problem yaradırdı. Həmçinin kart üçün müraciət edənlərin sayının çoxluğu ilə əlaqədar əməliyaytçılar bu həcmdə işi çatdırmırdılar. Çünki “Kapital bank”da 3 milyondan artıq kart sahibi var. Bu sayın kifayət qədər çox olduğunu nəzərə alaraq qərara alındı ki, regional kart mərkəzləri yaradılsın. Bu mərkəzlərin həm regionlarda, həm də Bakı şəhərində yaradılması nəzərdə tutulub. İlkin olaraq Bakı şəhərində də “Kapital Bank”ın Nərimanov kart mərkəzi fəaliyyətə başladı. Həmin mərkəzdə Bakı şəhəri üzrə 7-8 filial yalnız kart məsələləri üzrə xidmət edir. Mərkəzdə böyük sıxlığın yaranmasının səbəbi də müavinət, pensiya və s. kartlarla bağlı rayon filiallarına deyil, məhz həmin mərkəzə müraciət edilməsidir. Əsas səbəblərdən biri də odur ki, güc nazirliklərinin əksəriyyətinin pensiya kartlarını 3 illik verilir və hamısı birdən yenilənir. Bu da digər kartlarla bağlı müraciət edənlərlə eyni vaxtda olanda böyük kütlənin yaranmasına səbəb olur. Ancaq mərkəzlərdə əlilliyi olan şəxslərə növbəsiz xidmət göstərən ayrıca əməkdaş ayrılıb ki, onların daha ttez yola salınmasına nail olunsun. P.Sədrəddinov bildirir ki, ayrıca kart mərkəzi Bakı şəhərində ilk dəfə olduğu üçün bu cür insan sıxlığı da birinci dəfədir yaşanır və bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülməkdədir. “Əvvəllər Nərimanov kart mərkəzində həftənin I-V günləri xidmət göstərilirdisə, sıxlığın aradan qaldırılması üşün qərar aldıq ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstəsin. Yəni mərkəz istirahət günləri – şənbə günü və bazar günləri də tam qrafiklə fəaliyyət göstərəcək. Həmçinin müştərilərin daha tez yola salınması üçün bu gün mərkəzə əlavə 5 əməliyaytçı ezam edilib. Mərkəzdə bir müştəri üzrə xidmət göstərmə vaxtı 3-5 dəqiqədir. Əməkdaşlar da orada tam gücü ilə intensiv xidmət göstərirlər və yaranan sıxlığın səbəbi sadəcə müraciət edənlərin sayının çoxluğudur. İnsan kütləsi azalmayana qədər istirahət gününün iş qrafiki olması və əlavə əməkdaşların ezamiyyəti davam edəcək. Əgər belə davam edərsə, daha bir neçə əməkdaşın da ezam olunması nəzərdə tutulub. Amma artıq azalmalar müşahidə edilir. İlk pilot layihə olduğu üçün çaşqınlıq yaranıb, tezliklə problem həllini tapacaq. Artıq sifariş olunan kartların 30 faizi sahiblərinə çatdırılıb.

Mərkəzdəki növbə sisteninin qaydasına gəlincə, mətbuat katinbi bildirir ki, səhər gələndən hamıya sıra nömrəsi paylanılır. “Həmin nömrlər üzrə müştərilər növbə ilə qəbul edilir. Paylanan son nömrəli müətəriyə xidmət göstərilməyənə qədər filial bağlanmır. Məsələn, dünən axşam saat 10-dək filial əməkdaşları orada çalışaraq dünənə üçün müraciət edən bütün müştəriləri yola salıblar”.

O əlavə edir ki, müştərilər filiallarda kartların alınmasının rahat olduğunu söyləsələr də, həmin vaxt orada da narahatlıqlar mövcud idi: “Digər bank xidmətləri ilə bağlı müraciət edən müştərilər növbədə gözləməli olurdular. Kart sahəsi üzrə müştərilər digərlərinə narahatlıq yaratmasın deyə, rüsum, vergi, pensiya və.s kartlar üzrə ayrıca mərkəzlər yaradılıb. Bu səbəbdən də adı “kart mərkəzi filialı” gedir”- deyən bank rəsmisi qeyd edir ki, artıq müştəri sıxlığı da aradan qalxmaqdadır.

Mətbuat katibi sonda vurğulayır ki, hem bir müştərinin narahat olması üçün əsas yoxdur və sıxlıq aradan qalxanadək filialda gücləndirilmiş iş rejimi davam edəcək və hər bir vətəndaşın kartı sahibinə təqdim ediləcək.

Rəşad VAQİFOĞLU

Fotolar müəllifindir

[gallery columns="1" size="large" ids="9439,9440,9441,9442,9443,9444">

Son xəbərlər
Bütün xəbərlər »