Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisini ayağa qaldıran türk xanımla bağlı AÇIQLAMA
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ötən gün Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisənin baş verdiyini təsdiqləyib.

Bu barədə V.Əsədov Oxu.Az-a açıqlamasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, dünən (17 iyul) saat 16:30-da Abdulla Şaiq və Balababa Məcidov küçələrinin kəsişməsindəki hərəkət yalnız düzünə əmredici nişanın tələbini pozaraq, sağa dönmə əməliyyatı aparıb, həmin küçədə “giriş qadağandır” nişanının tərsi zonasına daxil olduğu üçün “Hyundai ix35” markalı avtomobili idarə edən sürücü Yol Polisi tərəfindən saxlanılıb.

“Sözügedən avtomobilin sükanı arxasında Bakıya qonaq gələn Türkiyə vətəndaşı 1993-cü il təvəllüdlü D.Ö-yə törədilən xəta və ona cərimə yazılması ilə bağlı məlumat verilərkən, avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Ç.M-va polisin əmrinə tabe olmayıb. Ç.M-va polisin qanuni fəaliyyətinə, sənədlərinin yoxlanmasına, İnzibati Xəta haqqında protokol tərtib etməsinə mane olmağa çalışıb. Bilərəkdən səs-küy yaradıb, ətrafdakıların diqqətini cəlb edib. Yol Polislərinə qarşı xoşagəlməz hərəkətlər nümayiş etdirib. “Bu, mənim qonağımdır. Siz ona heç nə edə bilməzsiniz. Niyə ona cəza yazırsınız, qonaqdır”, - deyə xanıma yaraşmayan tərzdə polis müfəttişlərinin əmrinə tabe olmayıb”, - deyə V.Əsədov qeyd edib.

Onun sözlərinə görə, Yol Polisinin əməkdaşları hadisə zamanı təmkin nümayiş etdirərək, qanunvericiliklə nəzərdə tutulmuş tələb üzrə hərəkət edib, aidiyyəti üzrə Post Patrul Xidmətinə məlumat veriblər: “Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sözügedən əraziyə aidiyyəti üzrə iki Post Patrul avtomobili ilə gələn polis müfəttişləri xanımları şəxsi avtomobilləri ilə birgə yaxınlıqdakı Bakı şəhər Polis bölməsinə dəvət ediblər. Burada polis bölməsinə dəvət edilərkən sükan arxasında olan D.Ö-yə polisin fəaliyyətinə mane olduğu üçün törətdiyi xəta ilə bağlı protokol tərtib olunub. Sükan arxasında olan xanımın yanında olan sərnişin Ç.M-va da İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (İctimai qayda, İctiami təhlükəsizlik və İctimai mənəviyyat əleyhinə olan inzibati xətalar) ilə protokol tərtib edilib. Polis bölməsinə xanımların izahatları alınıb, araşdırma aparılıb, səs yazıları yoxlanılıb, kamera görüntülərinə baxılıb. Daha sonra isə xanımlar sərbəst buraxılıb”.

V.Əsədov sükan arxasında olan xanım sürücünün içkili olmadığını əlavə edib.

Qeyd edək ki, ötən gün Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb. Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.

Son xəbərlər
Bütün xəbərlər »