Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda FACİƏ: Kürdə ata və oğlu boğuldu
Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub. "Report” xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-in Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

Son xəbərlər
Bütün xəbərlər »