Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricilərin Azərbaycan banklarında əmanətləri azaldı: Bunun nə kimi təsirləri olacaq? - Açıqlama
“Bank sektorunda vəziyyət ağır olaraq qalır. Düzdür, artıq xeyli müddətdir ki, bu və ya digər bankın bağlanması hadisəsi baş vermir. Bununla belə, banklara inamın bərpa olunması haqda danışmaq hələ tezdir. Bunu banklarda yerləşdirilən əmanətlərin həcmi də, yəni onun dəyişiklik dinamikası da deməyə əsas verir. Yeganə müsbət faktor ondan ibarətdir ki, xarici valyutada əmanət yerləşdirilməsi əvvəlki dinamikada deyil. Başqa sözlə, bu sahədə azalma, milli valyutada isə irəliləyiş var. Xaricilərin, yəni ki, qeyri-rezidentlərin isə Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcminə gəldikdə, bu, onsuz da elə böyük paya sahib deyil və bu sahədə azalma da ciddi əhəmiyyət kəsb etməz”.

Bizimyol.info məlumat verir ki, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov xaricilərin Azərbaycan banklarındakı əmənətlərinin azalması ilə xəbərlərə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bunu bir sıra səbəbləri var:

“Belə ki, son vaxtlar istər qlobal iqtisadiyyatda gedən proseslər, istərsə də ölkəmizin iqtisadiyyatında cərəyan edən tendensiyalar qeyri-rezidentlərə də təsirsiz ötüşməyib. Məlum olduğu kimi, son vaxtlar bir neçə xarici şirkət, onların buradakı nümayəndəlikləri ölkəmizdən gediblər. Bu, həmin şirkətlərin öz vəziyyətləri ilə izah olunur. Demək istədiyim odur ki, xaricilərin kommersiya banklarındakı əmanətlərinin həcminin azalmasında bunun da rolu olub.

Bütövlükdə isə azalma özü də elə ciddi rəqəmlə ifadə edilmir. Həmçinin azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə baş verib. Manatla ifadədə isə artıb. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında yeni bir dövrün start götürməsi, transformasiya prosesləri qeyri-neft sektorunun inkişafı ilə nəticələnməklə qeyri-rezidentlərin də banklardakı vəsaitlərinin artması ilə müşahidə olunacaq”.

Elnarə Salamova

Son xəbərlər
Bütün xəbərlər »