Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Azərbaycana sərnişin daşıyan şirkətin təyyarələri yararsızmış - ŞOK QALMAQAL
Rusiyadan Azərbaycana sərnişin daşıyan şirkətin təyyarələri yararsızmış - ŞOK QALMAQAL
Rusiyanın “Rostransnadzor” dövlət qurumu bu ölkənin “VİM-AVİA” aviasiya şirkətinin təyyarələrində texniki qüsurlar müəyyən edib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu texniki qüsurlar olduqca ciddidir və şirkətin əməkdaşlarının da bundan xəbəri var.

Məlumata görə, indiyədək şirkətin əksər təyyarələri texniki baxışdan keçməyib. Bundan başqa şirkətin bəzi banklara külli miqdarda borcu var. Girov kimi isə şirkət banklara təyyarə mühərriklərini qoyub.

Bir qədər əvvəl isə Privoljsk Nəqliyyat prokurorluğu “VİM-AVİA” şirkətinə məxsus uzun mənzilə uçan “Boeing 777-200ER” markalı təyyarəsinin texniki göstəricilərinin yoxlanılması barədə mütəxəssislərə müraciət edib.

Məlum olub ki, bu təyyarənin ADIRU bloku yararsız haldadır. ADİRU-nun açılışı Air Data/Inertial Reference Unit deməkdir. Bu blok təyyarənin “beyni” hesab edilir.

Mütəxəssislərin dediyinə görə, bu blokun qiyməti həddən artıq bahadır. Şirkət isə onu dəyişməyə tələsmir. Əksinə, nasaz təyyarələr hələ də “VİM-AVİA” tərəfindən istismar edilir.

“VİM-AVİA” ətrafında baş verənlərin Azərbaycana da dəxli var. Söhbət ondan gedir ki, bu şirkət Rusiyadan Gəncə və Lənkərana da sərnişin daşıyır. Hər iki reys Moskvadan, “Domodedovo” aeroportundan həyata keçirilir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »