Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türk Hava Yolları” şirkətinin təyyarəsi Azərbaycan üzərindən müəmmalı şəkildə geri döndü
“Türk Hava Yolları” şirkətinin İstanbul-İslamabad reysi ilə uçan (TK710 reysi) A330-300 sərnişin təyyarəsi Azərbaycanın hava sahəsindən məcburi geri dönüb.

Türkiyə KİV-ləri xəbər verir ki, İstanbul Atatürk Hava Limanından ötən gün avqustun 22-də axşam saatlarında qalxan TC-LNG bort nişanlı sərnişin təyyarəsi Azərbaycanın hava məkanında yaşanan və hələlik açıqlanmayan səbəb üzündən İstanbula geri dönməli olub.

Atatürk Hava Limanına enən təyyarə reysdən çıxarılıb. Təyyarənin sərnişinləri başqa təyyarə ilə İstanbuldan İslamabada yola salınıblar. Məsələ ilə bağlı THY mətbuata heç bir açıqlama verməyib./Virtualaz.org

Son xəbərlər
Bütün xəbərlər »