Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
32 yaşlı qadın dünyanın diqqət mərkəzində - Foto

Ən böyük xobbisi sualtı dalış olan alman memar Marsela Hanz belə gəzintilərin birində ayağına plastik tullantı ilişdikdən sonra ağlına möhtəşəm ideya gəlib.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, Hanz "Sakit okean axtarışı" üçün 400 metr sahəsi, 40 metr hündürlüyü olan bir platforma yaradıb.

Hər il dənizlərdə 4,8 - 12,7 milyon ton plastik zibil yığıldığını bildirən Hanz bildirib ki, bu cür davam etsə, okenalardakı plastik tullantı balıqlardan çox olacaq.

"Bu plastiklərdən qurtulmalıyıq. Layihəmin yeni vaxtlarında mənə güləcəklərini düşünürdüm. Bir gün nahar yeməyi fasiləsində RWTH Aachen Universitetində layihəmi təqdim etdim. Hidravlika Mühəndisliyi və Su mənbələri İnstitutundakı alimlər layihəmi çox bəyəndi, inkişaf etdirməmi istədilər".

Marselanın "Üzən Daraq" adını verdiyi layihəsindəki nəhəng platforma tullantıları yığmaqla bərabər onları enerjiyə də çevirir. Layihənin dərhal reallaşdırılması üçün "Sakit okean axtarışı" adı verilən və qeyri-biznes xarakterli kampaniya başladılıb.

Son xəbərlər
Bütün xəbərlər »