Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş vəkili Trampın bütün sirrini açıqlamağa şərt qoydu
Xəbər verdiyimiz kimi, seçkiqabağı kampaniya zamanı susmaları üçün iki qadına rüşvət təklif etdiyi iddiası ilə ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen haqqında cinayət işi açılıb.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, Koen isə hüquqi ehtiyaclarının qarşılanacağı təqdirdə, Tramp haqqında bütün həqiqətləri açıqlayacağını bildirib.

Bu açıqlamadan sonra Koenin vəkili Lanni Deyvis “GoFundMe” xeyriyyə saytında kampaniyaya start verib və 500 min dollar limit qoyub. 1 gün ərzində fonda 52 min dollara yaxın yardım toplanıb.

Kampaniya hazırda davam edir.

Son xəbərlər
Bütün xəbərlər »