Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni bir müharibə başlaya bilər...
Fələstinin Qəzza sektorunda yeni bir müharibə başlaya bilər.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu xəbərdarlıqla Birləşmiş Millətlər Təşkilatının Siyasi məsələlər üzrə baş katibi Rosemari Dikarlo çıxış edib.

“Qəzzada yeni müharibə təhlükəsi var və humanitar vəziyyət İsrailin bölgədə tətbiq etdiyi məhdudiyyətlər üzündən daha da pisləşir”, - Dikarlo BMT-nin Təhlükəsizlik Şurasında çıxışında bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Qəzzadakı böhrana həll axtarmağa çalışır:

“Biz də İsrail işğalı və iki dövlətli həll kontekstində səylərimizi davam etdiririk. Bölgəyə humanitar yardımın göstərilməsi mövzusunda heç bir siyasi və ya təhlükəsizlik bəhanəsi olmamalıdır”.

Son xəbərlər
Bütün xəbərlər »