Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mübahisələr yerini əməkdaşlığa verdi”

Azər Badamov: “Bu razılaşmadan ən çox Azərbaycan fayda götürəcək”

“Xəzər Konvensiyası ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığı genişləndirəcək”

Son həftələr ərzində Azərbayanın da iştirakçısı olduğu bir sıra mühüm hadisələr baş verib. Bunlardan biri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Prezidentlərinin bu il avqustun12-də Qqazaxistanin Aktau şəhərində imzaladıqları mühüm sənəd – Xəzərin hüquqi statusuna dair Konvensiya idi. Bu hadisə təkcə Azərbaycanın və regionun deyil, bütütn dünyanın gündəminə oturdu. Bununla yanaşı Amerika Birləşmiş Ştatları hökumətinin regionun üş böyük dövlətinə - İran, Rusiya və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, onların nəticələri də bu ölkələrlə Azərbaycanın münasibətlərinin diqqətlə araşdırılması gərəyini doğurdu. Baş verənlər Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinin yönünü necə müəyyən edir? Bütün bunlarla bağlı Bizim Yol ölkənin tanınmış ictimai-siyasi, dövlət xadimləri, mütəxəssisləri, ziyalıları ilə silsilə müsahibələr hazırlayır. Əməkdaşımız Gülnarə Əmirqızının bugünkü müsahibi Milli Məclisin deputatı, parlamentin Regional siyasət komitəsinin üzvü, 6 ölkə ilə Azərbaycanın parlamentlərarası işçi qruplarının üzvü Azər Badamovdur.

- Azər müəllim, Xəzərin hüquqi statusu haqqında avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış Konvensiyanın Azərbaycan üçün, Azərbaycanın regional və qlobal proseslərə və layihələrə inteqrasiyası baxımından əhəmiyyəti nədir?

- Xəzərin hüquqi statusu haqqında avqustun 12-də Xəzryanı 5 ölkə prezdentlərin birgə imzaladığı Konvensiya ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Xəzərin hüquqi statusu haqqında Konvensiya tarixi sənəddir . Əvəla onu qeyd etmək istəyirəm ki, bu sənəd 22 ildə öz həllini tapmayan və bizi narahat edən Xəzər dənizdə neft-qaz istehsalı və nəqli ilə bağlı problemlərin həlli deməkdir. Sənəd imzalanmamışdan əvvəl Xəzər dənizdə iş görəndə hər hansı ölkə ilə bir problem yarananda Xəzəryanı ölkələrin ümumi razılığı lazım gəlirdi və bu çox çətin məsələ idi. İndiki sənəddə isə iki ölkə arasında yaranacaq mübahisə ancaq həmin iki ölkə arasında həll edilməyi nəzərdə tutulur. Bu, Xəzərdə ikitərəfli münasibətlərin və əlaqələrin daha da güclənməsinə şərait yaradır. Konvensiyada Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri öz əksini tapıb. Xəzəryanı ölkələr bundan sonra Xəzər dənizində Konvensiyanın tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklər. Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları Konvensiya ilə qorunacaq. Konvensiya Azərbaycanın regional və qlobal proseslərə və layihələrə inteqrasiyası baxımından çox əhəmiyyətli sənəddir. Çünki, Konvensiyada Xəzər dənizdə layihələrdə birgə iştirakın mümkünlüyü nəzərdə tutulur ki, bu da bundan sonra mübahisəli yataqların və digər layihələrin birgə işlənməsinə imkan verəcək. Həm də bu sənəd yuxarıda qeyd etdiyim kimi Xəzərdə nəqliyyat, ekologiya və təhlükəsilik məsələlrin həllində ölkələrin birgə iştirakına imkan verir. Bu da Xəzərin sülh dənizi statusunu möhkəmləndirir.

- Konvensiyada prinsipial məqamlardan biri Xəzərin dibindən qaz kəmərlərinin və başqa kommunikasiya xətlərinin çəkilməsinə dair razılaşma idi. Bu məsələ uzun müddət idi ki mübahisə doğururdu. Bu razılaşma Azərbaycanın təşəbbüskarlarından və fəal iştirakçılarından biri olduğu Cənub Qaz dəhlizi layihəsi baxımından necə əhəmiyyət daşıyacaq?

- Xəzər dənizinin hüquqi statusu haqqında imzalanmış Konvensiyadan ən çox xeyir götürəcək tərəf də məhz Azərbaycandır. Çünki, Xəzəryanı ölkələrdən ancaq Azərbaycan beynəlxalq nəqliyyat tranzit layihələrinə imza atmışdır. Qeyd etdiyiniz Cənub Qaz Dəhlizi XXI əsrin layihəsidir. Bu layihə Xərərdə istehsal olunan Azərbaycan qazını Avropaya çatdırmağımıza imkan yaradır. Həm də bu layihənin imkanları daha genişdir və Xəzər yanı ölkələrinin də qoşulmaq imkanları mövcud idi. Konvensiya imzalana qədər Xəzərin dibiylə boru çəkmək problemə çevrilmişdi. Amma Konvensiyanın təsdiqindən sonra sərhədlərlə birləşən iki ölkə arasında razılıqla nəql etmə kəməri və kommunikasiya xətləri çəkmək imkanı əldə olunmuş olur. Bu da Türkmənistan qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırmaq imkanını yaratmış olur. Təbii ki, Qonşu ölkələrdə istehsal olunan enerji resurslarının Azərbaycanın tranzit imkanlarından istifadə etməklə nəql olunması uzun illər ölkəmizə böyük iqtisadi gəlirlər gətirəcəkdir.

- Azərbaycan Prezidenti İlham Əliyev imzalanma mərasimindən sonra mətbuat üçün açıqlamasında bəzi rəqəmlər söylədi. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların 100 dəfədən çox artdığını dedi. Bu göstəricilərin daha arta biləcəyini bildirdi. Bunu necə şərh edərdiniz? Bu nəqliyyat arteriyaları Azərbaycana nə qazandıracaq?

- Cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti uzun illər Azərbaycanın sıçrayışlı inkişafını təmin edəcəkdir. İqtisadiyyatın diversifikasiyası və nefttdən asıllığını minimuma endirmək istiqamətində qeyri-neft sektorunun inkiışaf etdirilməsi dövlət iqtisadi siyasətinin təməlində dayanır. Ölkəmizin qeyri-neft sektorunda önəmli yerlərdən birisi də Azərbaycanın yerləşdiyi coğrafiyasına görə tranzit imkanlardan səmərəli istifadə edilməsi dayanır. Ölkəmizin Avropayla Asiyanın birləşdiyi yerdə yerləşməsi və Xəzər dənizi vasitəsilə Xəzəryanı ölkələrə çıxış imkanlarımızın olması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirir. Məhz bu imkanlarımızdan səmərəli istifadə edilməsi üçün cənab Prezdent Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin tikilib istifadəyə verilməsini dövlət proqramlarımızda prioritet elan etmişdi. Artıq Bakı-Tiblisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı tikilərək istifadəyə verilmiş və bu da Çindən çıxan yük konteynerlərin Avropaya ən qısa müddətdə çatdırmağımıza imkan verir. Məhz qeyd ediyimiz nəqliyyat dəhlizlərin istifadəyə verilməsi Azərbaycandan daşınan tranzit yükərin miqdarını 100 dəfədən çox artmasına imkan yaratmışdır. Yaxın gələcəkdə Şimal –Cənub nəqliyyat dəhlizinin tikintisinin yekulaşmasından sonra Azərbaycanın üzərindən daşınacaq tranzit yüklərin həcmi dəfələrlə artacaq ki, bu da ölkəmizə gələcək milyonlarla dollar əlavə vəsait deməkdir.

- Tərəflər Xəzərdə müvafiq blokların birgə işlənməsi haqqında razılığa gəlmişlər. Bu, İranla və Türkmənistanla Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı məsələdə mübahisəli məqamları aradan qaldırdımı?

- Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyda nəzərdə tutulan məqamlardan birisi də Xəzərdə mubahisəli karbohidrogen yataqlarının birgə işlənməsinin mümkünlüyünün razılığa gəlməsidir. Xəzərdə Azərbaycanın İranla və Türkmənistanla birləşən sektorlarında işlənən yataqlarla mübahisəli məsələlər mövcud idi. Konvensiya təsdiq olunandan sonra belə mübahisəli yataqlar birgə işləniləcək və hər iki ölkə qarşlıqlı razılaşmaya uyğun mənfəət götürəcəkdir. Bu da Xəzər dənizdə çoxdan öz həllini tapmayan mübahisəli məsələlərdən birisinin həll olunması deməkdir.

- Xəzərin hüquqi statusuna dair Konvensiyayabeynəlxalq səviyyədə reaksiya necə oldu? Sizcə, bu, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Avropa İttifaqı və eləcə də, ABŞ-la münasibətlərə ciddi anlamda mənfi təsir edəcək, yoxsa əksinə?

- Təbii ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyasının imzalanmasına maneçilik törətmək istəyənlər düşmənimiz ermənilər və onlara xidmət edənlər olmuşdur. Onlar bilrdilər ki, Konvensiyanın imzalanması Azərbaycanın daha güclənməsi deməkdir. Lakin Konvensiyanın imzalanmasına Avropa İttifaqı və ABŞ – ın münasibəti çox müsbətdir. Çünki, Konvensiyanın əsas məqsədlərindən birisi Asiyadan Avropaya Xəzər dənizin üstündən daşınacaq yüklərin təhlükəsizliyin təmin olumasıdır. Yəni, Konvensiyada Xəzərin sülh dənizi olması və Xəzərdə təhlükəsizliyin təminatı ön yerlərdə dayanır. Bununla yanaşı Xəzərdə və Asiya ölkələrində istehsal olunan təbii qazın Avropaya çatdırılmasında Xəzədən istifadə imkanlar genişlənir ki, bu da Avropanın təbii qazla təminatında yeganə alternativ rolunu artırır. Konvensiyanın imzalanması Azərbaycanın Avropa İttifaqı və ABŞ-la strateji əməkdaşlıq imkanları genişləndirir ki, bu da qeyd etdiym qitələr üçün Azərbaycanın əhəmiyyətini artırır.

- Azərbaycanın ən böyük ticarət tərəfdaşlarlndan biri olan qardaş Türkiyə Cümhuriyyətinə qarşı ABŞ-ın başlatdığı iqtisadi müharibənin Türkiyənin və eləcə də, Azərbaycanın iqtisadiyyatına, xüsusilə də Azərbaycan-Türkyə münasibətlərinə təsiri necə oldu? Azərbaycan şirkətlərinin Türkiyədəki, Türkiyə şirkətlərinin Azərbaycandakı fəaliyyətinə hər hansı maneə ola bilərmi?

- Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Bunu ABŞ da bilir. ABŞ-ın Türkiyəyə sanksiyaların tətbiqi yaxşı hal saymıram. Bunu Türkiyənin dünyada artan nüfuzuna qarşı ABŞ-ın iqtisadi mübarizəsi kimi başa düşürəm. Təbii ki, tətbiq olunan sanksiyalar Türkiyə iqtisadiyyatına öz mənfi təsiri göstərir. Amma bu, heç bir şəkildə Azərbaycan- Türkiyə münasibətlərinə təsir göstərə bilməz. Azərbaycan hər zaman Türkiyənin yanındadır və nəzərdə tutulmuş bütün investisiya layihələr müəyyən olunmuş vaxta reallaşacaqdır. Bunula yanaşı qeyd etmək istəyirəm ki, hər işdə bir xeyir var. ABŞ-ın Türkiyəyə sanksiyaların tətbiqinin açıqlamasından sonra dünya ölkələrinin Türkiyəyə dəstəyinin nümayiş etməsi Türkiyənin dünyada yüksək yer tutduğunu müəyyənləşdirdi. Həm də sanksiyaların çətinliyi müvəqqəti olur. Bu , müəyyən vaxt ərzində ölkədə yeni sənaye və istehsal sahələrin inkişafına təkan verir. Yəni, müəyyən zaman kəsiyində ölkə iqtisadiyyatı daha rəqabətqabiliyyətli olur və böyük inkişafın üfüqləri genişlənir.

- Regionumuzun üç böyük ölkəsinə Rusiyaya, Türkiyəyə və İrana ABŞ-ın tətbiq etdiyi sanksiyalar Azərbaycanın bu dövlətlərlə iqtisadi-ticarət əlaqələrində hansı nəticələr doğura bilər?

-Təbii ki, qonşu ölkəlrin və ya iqtisadi əlaqələrimiz olan ölkələrin iqtisadiyyatlarında sanksiyaların tətbiqiylə əlaqədar geriləmələrin yaranması Azərbaycanın iqtisadiyyatına müsbət bir şey vermir. Çünki, Rusiya, Türkiyə və İranın milli valyutaların dollar qaşısında gücdən düşməsi Azərbaycanın idxal-ixrac əməliyyatlarında müəyyən çətinliklər yaradacaqdır. Bu ixracın azalmasına və idxalın artmasına gətirib çıxara bilər. Düşünürəm bunun baş verməməsi üçün idxal- ixrac əməliyyatlarında müəyyən tənzimləməlrin edilməsini vacib hesab edirəm. Çünki, idxal olunan mallar heç bir halda daxili istehsala maneçilik törətməməlidir. Biz, daxili istehsalın reqabətqbiliyyətliyini artırmalıyıq ki, qonşu ölkələrə tətbiq olunan sanksiyalar ölkəmizin iqtisadiyyatına təsiri olmasın.

- Region ölkələri ilə, o cümlədən Türkiyə ilə Azərbaycanın milli valyutalarla ticarət etməsinin müsbət və mənfi tərəfləri hansılar ola bilər?

-Region ölkələri ilə milli valyutalarla ticarət edilməsi mexanizmi qurularsa bunu müsbət hal hesab edirəm. Milli valyutalalarla ticarət olunması dollara olan tələbatı azaldacaqdır. Bu da milli valyutaların dollar qarşısında kəskin ucuzlaşmasına öz təsirini göstərər. Amma onu da qeyd etmək istəyirəm ki, bu çox çətin məsələdir. Çünki, nə qədr milli valyutalarla ticarət etsək də yenə də hesablamalarda ekvivalent kimi dollar götürüləcəkdir. Bu da dolların uzun müddət bundan sonra da dünyada qəbul olunmuş vahid valyuta rolunda qalacağı deməkdir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »