Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygöldə kömür quyuları aşkarlandı
Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt”inə daxil olan şikayəti Nazirliyin əməkdaşları araşdırıb.

Bu barədə ETSN-in Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı Göygöl rayon Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilən meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən, 300 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Son xəbərlər
Bütün xəbərlər »